“Azərbaycan Respublikasına şiə ölkəsi kimi baxırıq” - İranlı generaldan açıqlama


"Sepah" generalı Əli Fədəvi Azərbaycanın İranla sərhəddə keçirdiyi son hərbi təlimlərdən söz açıb.

Sozcu.info xəbər verir ki, o, rəsmi Tehranın regionla bağlı siyasi mövqeyini təkrarlayıb: "Şübhəsiz ki, bölgədə coğrafi dəyişmə indiki zamanda və hazırkı şərtlərdə bizim üçün məqbul deyil. Bu təlimlər bütün dünyada müəyyən edilmiş adi prosedura uyğun olaraq həyata keçirilib.

Biz də təlim üçün müxtəlif yerlər seçdik, onlardan biri şimal sərhədləri idi. Azərbaycan Respublikasına şiə ölkəsi kimi baxırıq. İrandan sonra dünyada ikinci şiə ölkəsi Azərbaycandır ki, əhalisinin də əksəriyyəti 12 imamçı şiədir".

General Əli Fədəvi əlavə edib: "Bütün Qafqaz belə idi. Bu bölgə İran Azərbaycanı ilə "Sovet Azərbaycanı" dediyimiz Azərbaycan arasında yerləşir. Qacar padşahlarının səriştəsizliyi ucbatından həmin ərazi İrandan ayrılıb. Şiə xalqı təzyiq altında olub, 70 illik kommunizm şəraitində ilkin şiə inancını itirməyib. Təbii ki, bizim Azərbaycan xalqı ilə nəinki heç bir problemimiz yoxdur, eyni zamanda, unikal ümumi cəhətlər də var. Bir qayda olaraq, Azərbaycanda çoxluq təşkil edən şiələrə xüsusi diqqət yetirən bir hökumət olmalıdır".

Daha sonra "Sepah" hərbçisi vurğulayıb: "Ölkələr arasında sərhəd mübahisəsi regional coğrafi dəyişikliyə səbəb olmamalıdır. Bu mühüm məsələdir və biz bunu vurğulayırıq".

yenisabah.az



Oxşar Xəbərlər

Xəbər lenti