Qriqoryandan sülh sazişiylə bağlı mühüm açıqlama: “İlin sonuna qədər...”


“Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzərində iş davam edir”. 

Sozcu.info xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.

“Biz mətn üzərində işi davam etdiririk və bizim redaktə etdiyimiz versiya tezliklə Azərbaycana ötürüləcək”, - Qriqoryan bildirib.

Təhlükəsizlik Şurasının katibi vurğulayıb ki, Ermənistan tərəfi ilin sonuna qədər sülh sazişinin imzalanması üçün bütün səylərini sərf edəcək.

“Ermənistan dövləti hökumət timsalında bütün səylərini sərmayə qoyub ki, biz sülh sazişini əldə edək. İndi ilin sonuna yaxın olduğundan bunun uğurlu olacağını söyləmək çətindir, lakin biz işləməyə davam edəcəyik və hər şey işin nəticəsindən asılıdır”, - Qriqoryan bildirib.

Qriqoryan Qarabağ məsələsinə toxunaraq, bildirib: “Dağlıq Qarabağ məsələsi sülh müqaviləsi ilə həll olunacaq, yoxsa ayrıca beynəlxalq mexanizm yaradılacaq, hələlik yekun qərar yoxdur”.

“Vaşinqtonda Qarabağ və Azərbaycan arasında Dağlıq Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyini müzakirə etmək üçün beynəlxalq mexanizmin yaradılmasına dair razılaşma var idi. İndiyə qədər bu mexanizmlə bağlı heç bir aydınlıq yoxdur. Həmçinin, bunun sülh müqaviləsi əsasında və ya sülh müqaviləsindən kənarda həyata keçiriləcəyinə dair də heç bir aydınlıq yoxdur.

İrəvan təhlükəsizlik təminatlarının yaradılmasının, habelə Dağlıq Qarabağla Azərbaycan arasında hüquq və təhlükəsizliklə bağlı müzakirələrin aparılmasının tərəfdarıdır”, – deyə Qriqoryan yekunlaşdırıb.

yenisabah.az



Oxşar Xəbərlər

Xəbər lenti