Azərbaycan-Gürcüstan sərhədində yeni gömrük POSTU YARADILACAQ


Azərbaycan-Gürcüstan sərhədində yeni gömrük postu yaradılacaq.

Sozcu.info xəbər verir ki, bu barədə “Sputnik Gürcüstan” Maliyyə Nazirliyinin Gürcüstan Gəlirlər Xidmətinə istinadən xəbər verir.

Bildirilib ki, Asiya İnkişaf Bankı (AİB) Gürcüstana yeni gömrük postunun tikintisinə kömək edəcək.  

 

Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin rəis müavini Vladimir Xundadze ilə AİB-in beynəlxalq eksperti Radomir Curiç arasında keçirilən işgüzar görüşdə yeni postun yaradılması məsələsi müzakirə olunub. Tərəflər birgə məntəqənin tikintisi ilə bağlı texniki məsələləri, eləcə də gələcək planları müzakirə ediblər.

Görüş zamanı sözügedən gömrük postunun konsepsiyasını hazırlayan Asiya İnkişaf Bankının eksperti obyektin təşkili və düzgün işləməsi şərtləri ilə bağlı hazırlanmış təqdimatı iştirakçılara təqdim edib.

bizim.media




Oxşar Xəbərlər

Xəbər lenti