İran agenturası HƏRƏKƏTƏ KEÇDİ: Nigeriyada Taleh Bağırzadəyə görə AKSİYA - İsrail və ABŞ-la yanaşı Azərbaycanı da SİFARİŞ EDİRLƏR

İran agenturası HƏRƏKƏTƏ KEÇDİ: Nigeriyada Taleh Bağırzadəyə görə AKSİYA
DİA.AZ: - "İnsan hüquqları" anlayışı ilə daban-dabana ziddiyyət təşkil edən və bu gün özünün primitiv hüquqları uğrunda savaş açan milyonlarla soydaşımızı edam etməkdən belə çəkinməyən fars-molla rejimi bu dəfə Azərbaycana uzaq Nigeriyadan BOY GÖTSƏRDİ... Hər halda, belə görünməyə çalışdı...

DİA.AZ bildirir ki, fars-molla rejimi özünün ənənəvi agenturasını bu dəfə İsrail və ABŞ-la yanaşı Azərbaycana qarşı da təbliğata istifadə etməyə başlayıb. Gülməli olanı odur ki, ağacdan təzə enən Nigeriya sakinləri özləri avtoritar rejimdə yaşadıqları təqdirdə Azərbaycana hüquq dərsi keçməyə qalxırlar...

Təbii ki, burada məqsəd aydındır və işin nə yerdə olduğu da bəllidir. Təbii ki, hansısa niger üçün Taleh Bağırzadə kimliyi mövcud deyil. Burada məqsəd Azərbaycanı söyməkdir və fars-molla rejimi, bir daha qeyd edirik, özünün ənənəvi agenturasına artıq İsrail və Amerika ilə yanaşı Azərbaycanı da SİFARİŞ EDİB...

İndi isə “Parstoday”in yaydığı məlumatı diqqətinizə çatdırırıq:

VİDEOYA BURADAN BAXIN: aksiyanın videosu üçün bura tıklayın...

Nigeriyada islami hərəkatın fəalları Azərbaycanda Müsəlman Birliyi Hərəkatının üzvlərinə və təşkilatın lideri Taleh Bağırzadəyə qarşı təqib və işgəncələrin olduğunu bildirərək, bu halı pisləyən aksiya keçiriblər.
“Parstoday” xəbər verir ki, Abuca milli məscidində keçirilən mitinqdə İslam Hərəkatı Akademik Forumunun milli katibi Abdullah Musa da iştirak edib.
Musa bildirib ki, Azərbaycan hökuməti bu inanclı şəxsləri qeyri-qanuni, qeyd-şərtsiz təqib edir:
“Ona görə də hər bir müsəlman tiranlıq və zülmə qarşı durmalıdır”.
Nümayişçilər və iştirakçı gənclər küçələrə çıxaraq “Amerikaya ölüm, İsrailə ölüm” şüarları səsləndiriblər.
“Mitinqin mahiyyəti Azərbaycandakı bacı və qardaşlarımızla, xüsusən də onların lideri Hacı Taleh Bağırzadə ilə həmrəy olduğumuzu göstərməkdir. Biz bu fürsətdən istifadə edərək onları dərhal azad etməyə çağırırıq”, – Nigeriya İslami Hərəkatının digər üzvü Bala Həsən Bauçi deyib.
Oxşar etiraz aksiyaları Kano əyalətində də keçirilib.
Aksiya iştirakçıları əllərində Taleh Bağırzadənin fotoşəkillərini tutaraq həmrəylik nitqi ilə çıxış ediblər.

P.S. Dəyərli oxucu, əslində bu kimi faktlar fars-molla rejiminin hansı dərəcədə əndişə içində olduğunu göstərir... Başqa sözə ehtiyac yoxdur...



Oxşar Xəbərlər

Xəbər lenti