8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Ermənistanın Azərbaycana qarşı sentyabr təxribatı zamanı məhv edilən erməni hərbçilərin yeni sayı açıqlanıb.
Sozcu.info xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Qor Abrahamyan məlumat yayıb.
O bildirib ki, 224 erməni hərbçisinin nəşi üzərində aparılan araşdırma nəticəsində onların hamısın şəxsiyyəti müəyyən edilib və bu proses başa çatıb.
Qeyd edək ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi bu il sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törətməsi barədə məlumat yayıb. Təxribatların qarşısının alınması üçün ordumuz cavab tədbirləri görüb. Nəticədə bir sıra yüksəkliklər ələ keçirilib. Ordumuz erməni təxribatı nəticəsində 80 şəhid verib.
yeniavaz.com