8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Rusiya prezidenti Vladimir Putin fevralın 24-də başlayan və 10 aydır davam edən Ukrayna müharibəsinin gedişatını dəyişmək üçün düyməni basıb. Sozcu.info xəbər verir ki, ötən gün Müdafiə Nazirliyində, hərbi hissələrə nə istəsələr veriləcəyini açıqlayan Vladimir Putinin müharibənin yeni mərhələsi üçün düyməni basdığı iddia edilir. Belə ki, rus ordusu yeni hazırlıqlarla əsgər sayını 1,5 milyona çatdırır və qərb sərhədində yeni birliklər yaradır.
Onu da qeyd edək ki, Rusiya liderinin dünən Müdafiə Nazirliyində verdiyi açıqlama əslində, yeni dövrün ipuclarını daşıyırdı. Çıxışında hipersəs qanadlı raketlərin yaxın həftələrdə silahlı qüvvələrə təqdim ediləcəyinə dair söz verən Putin maliyyə probleminin olmadığını, hərbi hissələrə istədikləri hər şeyin veriləcəyini də açıqlayıb.
Məhz bu, onu deməyə əsas verir ki, Putin Ukraynanın irəliləməsindən ciddi narahatlıq keçirir və vəziyyəti Rusiyanın xeyrinə dəyişmək üçün sözügedən qərarı qəbul edib.
Hurriyyet.az