Saakaşvilinin məktubu: Putin öldürmək əmri verib


Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili rusiyalı hüquq müdafiəçisi Mark Feyqinə məktub göndərib.

Saakaşvili məktubunda Putinin göstərişi ilə zəhərləndiyini bildirib.

Hüquq müdafiəçisi Mark Feyqin Saakaşvilinin ona göndərdiyi məktubu şəxsi Tvitter hesabında paylaşıb:

"Əziz Mark, bayramınız mübarək. Mən çoxdan sizin fanatınızam və hələ də sizi müntəzəm olaraq izləyirəm. Putin həqiqətən məni həbsxanada öldürmək əmrini verib. Amerikalı toksikoloqlar həbsxanada zəhərləndiyimi və bütün bunların mənim simptomlarımda üzə çıxdığını dəqiq müəyyən etdilər. Mən bütün bunlara dözməyə çalışıram. Sizə fəaliyyətinizdə uğurlar arzulayıram”.

Mark Feyqin isə Gürcüstanın sabiq prezidentinin məktubuna bu cür cavab verib:

"Mixail Saakaşvili mənə həbsxanadakı xəstəxanadan məktub göndərdi. Əgər biz heç nə etməsək, Mixail Nikoloz oğlu öləcək". \\Ölkə.az



Oxşar Xəbərlər

Xəbər lenti