8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Dekabrın 31-də Ukrayna Silahlı Qüvvələri Xerson vilayətinin Çulakovka qəsəbəsi ərazisində işğalçıların bölmələrinə zərbələr endirib. Düşmənin itkiləri 500-ə yaxın əsgər, yaralı və həlak olub. Bu barədə Ukrayna Baş Qərargahın məlumatında deyilir.Bundan əlavə, yanvarın 1-də Xerson vilayətinin Fedorovka qəsəbəsi ərazisində işğalçıların şəxsi heyətinə zərbələr endirilib, düşmənin itkiləri dəqiqləşdirilir.Məlumatda qeyd edildiyi kimi, Donetsk və Luqansk vilayətlərini tam nəzarətə götürməyə çalışan ruslar səylərini Baxmut istiqamətində hücum əməliyyatları keçirməyə cəmləşdirirlər. Liman və Avdeyevski istiqamətlərində düşmən taktiki vəziyyəti yaxşılaşdırmağa çalışır, Novopavlovskidə Xerson istiqamətindən köçürülən bölmələr hesabına qruplaşmanı gücləndirir.
Hurriyyet.az