8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, Almaniya Polşanın II Dünya müharibəsi ilə bağlı təzminat tələbinə cavab verib.
Polşanın Xarici İşlər Nazirliyinin açıqlamasına görə, dünən Almaniya tərəfindən verilən rədd cavabında “məsələnin bağlandığı” bildirilir: “Almaniya hökumətinə görə, təzminat və müharibə itkiləri üçün kompensasiya məsələsi artıq bağlanıb və Almaniya hökuməti bu mövzuda müzakirələr aparmaq niyyətində deyil. Polşa hökuməti isə 1939-1945-ci illərdə Almaniyanın təcavüzkarlığı və işğalının vurduğu zərərə görə təzminat almaq üçün səylərini davam etdirəcəkdir”. Polşa hökuməti məsələnin həlli üçün BMT-yə müraciət eləməyə hazırlaşır.
2022-ci il senytabrın 1-də Polşa hökuməti II Dünya müharibəsi zamanı Polşanın məruz qaldğı maddi itkilərin qeyd edildiyi ətraflı hesabat dərc eləmiş, ardından Almaniyadan təzminat qismində 1,3 trilyon avro tələb eləmişdi.
2022-ci il oktyabrın 3-də Polşa XİN təzminat tələbi ilə Almaniyaya diplomatik nota göndərmişdi.