Basarkeçərin iki kəndi tam boşalıb – ERMƏNİLƏR QAÇIB


2022-ci il sentyabrın 13-14-də sərhəddə baş verən qarşıdurma nəticəsində Basarkeçər (Qeqarkunik) rayonunun Yuxarı Şorca (Verin Şorja) və Aşağı Şorca (Nerkin Şorja) kəndləri tam boşalıb.

Sozcu.info xəbər verir ki, bu informasiyanı “Tatoyan Fondu” yayıb.

Keçmiş Ombudsman Arman Tatoyanın rəhbərlik etdiyi Fondun araşdırmasına görə, bu kəndlərdə artıq mülki həyat yoxdur. 

 

Dağlarda azərbaycanlılar post qurub, su təchizatında ciddi problemlər var, çünki 2021-ci ilin may ayından su anbarları və təbii su mənbələri Azərbaycanın nəzarətinə keçib.

Mənbə yazır ki, Azərbaycanla digər sərhəd kəndlərində də ciddi təhlükəsizlik problemləri yaranıb.

bizim.media



Oxşar Xəbərlər

Xəbər lenti