8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Hurriyyet.az xəbər verir ki, 2022-ci ildə Türkiyədə əcnəbilər rekord sayda ev alıblar. Onların arasında rusiyalılar birinci yerdədir.
“Deyli Sabah” (“Daily Sabah”) nəşrinin Türkiyənin Statistika İnstitutuna (TurkStat) istinadla verdiyi xəbərə görə, 2022-ci ildə rusiyalıların Türkiyədə daşınmaz əmlak alışı 3 dəfə artıb. Onlar rekord sayda – 16 312 ev alaraq, bu siyahıda İran və İraq vətəndaşlarını müvafiq olaraq, ikinci və üçüncü yerlərə sıxışdırıblar. Bu rəqəm ötən illə müqayisədə 203% artım deməkdir və Rusiyanın Ukraynaya təcavüzündən sonra Qərbin sanksiyalarından qaçan rusiyalı axınının böyüklüyünü əks etdirir.
Statistika idarəsinin məlumatına görə, rusiyalılar Türkiyədə ev alan xaricilərin az qala dörddən birini təşkil edir. İl ərzində xaricilərə ümumilikdə rekord sayda – 67 490 ev satılıb ki, bu da əvvəlki illə müqayisədə 15,2% çoxdur. Ötən il iranlılar 8 223, iraqlılar isə 6 241 ev alıblar.
Əsasən cənubdakı Antalya vilayətində yaşayan qohumlarının yanına getmiş Ukrayna vətəndaşları da ötən illə müqayisədə 106,6% çox ev, yəni 2 574 ev alıblar.
Xaricilərə ev satışı 2022-ci ildə ümumi həcmin 4,5%-ni təşkil edib və ümumilikdə bu rqəm 1,49 milyon evə bərabərdir.
Xaricilərə ev satışında birinci yerdə İstanbul şəhəri gəlir – burada 24 953 ev satılıb. Ardından populyar istirahət bölgəsi olan Antalya – 21 860 ev, üçüncü yerdə isə daha bir cənub rayonu olan Mersin – 4 316 ev – gəlir.
Hürr Tərcüman