Baş Qərargah: Rusiya gizli səfərbərliyə başlayıb


Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı cəbhədəki son vəziyyəti açıqlayıb. 

Soscu.info xəbər verir ki, Ukrayna ərazisinə raket hücumlarının artdığı, xüsusən mülki infrastrukturun hədəf alındığı qeyd olunub. 

Bildirilib ki, son sutkada Rusiya qüvvələri 9 raket zərbəsi və 23 aviazərbə endirib, həmçinin reaktiv yaylım atəşi sistemlərindən istifadə edərək 80-dən çox atəş açıb. 

"Ukraynanın bütün ərazilərində mülki obyektlərə qarşı aviasiya və raket zərbələrinin endirilməsi təhdidi xeyli artıb. Rusiya qüvvələrinin əsas hissəsi Baxmut və Avdeyev istiqamətlərində hücuma yönəldilib", - deyə məlumatda vurğulanıb. 

Həmçinin qeyd edilib ki, Rusiya Krım ərazisində gizli səfərbərliyə başlayıb və xüsusən, Sevastopolda informasiya texnologiyaları mütəxəssisləri, maliyyə sahəsində çalışan işçilər və digər səfərbərlikdən azad edilənlər kateqoriyasına daxil olan insanlar hərbi komissarlıqlara çağırılıblar. (yenisabah)



Oxşar Xəbərlər

Xəbər lenti