8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin Baş Qərargah rəisi Milley Rusiyanın bu il Ukraynada işğal etdiyi ərazini hərbi yolla çıxarmasının çox çətin olacağını bildirib.
Hurriyyet.az xəbər verir ki, Ramşteyn bazasında keçirilən və Ukraynaya dəstəyin müzakirə olunduğu Ukrayna Müdafiə Təmas Qrupu Toplantısından sonra ABŞ Müdafiə naziri Lloyd Austin və General Milley jurnalistlərin suallarını cavablandırıb.
General Milley Ukrayna ilə Rusiya arasında müharibənin çox çətin olduğunu, çox uzun cəbhədə və geniş ərazidə aparıldığını, Ukrayna ərazisində hələ də çoxlu rus qüvvələrinin olduğunu bildirib:
“Hərbi nöqteyi-nəzərdən Rusiya qüvvələrini bu il Rusiyanın işğal etdiyi bölgədən hərbi yolla çıxarmağın çox çətin olduğunu düşünürəm. Bunun çətin olması qeyri-mümkün demək deyil".
Ukrayna ordusunun hücuma keçərək bəzi bölgələri Rusiyadan almasının mümkün olduğunu bildirən Milley Rusiyanın bu müharibədə böyük itkilər verdiyini bildirib: “Müharibələrdəki itkilərin sayı həmişə sual altındadır. Keçən dəfə Rusiyanın itkilərini deyərək, 100 mindən çox olduğunu bildirmişdim. Deyə bilərəm ki, indi ondan qat-qat çoxdur. Rusiya çox ciddi itkilər verir. Bura “Vaqner” kimi muzdlu qruplar da daxildir”.
teleqraf.com