8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Sozcu.info xəbər verir ki, Ukraynanın Tbilisidəki səfiri vəzifəsini icra edən Andrey Kasyanov Gürcüstan Xarici İşlər Nazirliyinə çağrılıb, ondan verdiyi bəyanatı izah eləmək tələb olunub.
Kasyanov Gürcüstanın Avropa İttifaqı və NATO-nun üzvlüyünə namizədliyini irəli sürməsi ilə Rusiya ilə aviasiya əlaqələrini bərpa eləmək niyyətinin bir araya sığmadığını bəyan eləmişdi: “Fakt olaraq görürük ki, Aİ və NATO yolunda ardıcıl şəkildə irəliləməkdə olan ölkə öz siyasətçilərinin açıqlamasında başqa tərəfə üz tutmağa başlayıb. Bu, bizim üçün ümumi xarici siyasət və siyasi təhlükəsizlik kimi əsas prinsiplərimizə etinasız yanaşmadır. Bu aşkar fakt Avropa İttifaqının üçüncü sanksiya paketinin pozulması deməkdir”.
Bəlli olduğu kimi, Avropa İttifaqı Rusiyanın Ukraynada müharibəyə başlamasından sonra hava yollarını onun üzünə bağlayıb.
Kasyanov bildirmişdi ki, “Rusiya ilə hava əlaqəsinin bərpa edilməsindən sonra rusiyalıların axını səbəbindən Ukrayna tərəfi öz vətəndaşlarını Gürcüstandan evakuasiya edə bilər”.