8-05-2026, 18:42
5-05-2026, 23:48
28-04-2026, 12:14
22-04-2026, 13:21
17-04-2026, 19:33
ABŞ, Fransa, İtaliya, İspaniya və Almaniya Türkiyədə yaşayan vətəndaşlarına terror ehtimalı ilə bağlı xəbərdarlıq edib.
Sozcu.info xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, İsveç və Danimarkada Qurani-Kərimə edilən çirkin hücumdan sonra Türkiyədə ibadət yerlərinə "qisas" hücumu edilə bilər.
Buna görə də sözügedən ölkələr vətəndaşlarına insanların sıx toplaşdığı yerlərdən, o cümlədən dini məkanlardan uzaq gəzmələri barədə xəbərdarlıq edib.
axar.az