“Saakaşvili ölüm ayağındadır, orqanları sıradan çıxmaq üzrədir”


Hurriyyet.az xəbər verir ki, Gürcüstanın hazırda həsxanada olan üçüncü Prezidenti Mixail Saakaşvili ağır xəstədir. Endrokrinoloq Lali Cavaşvili  yanvarın 30-da Tbilisi şəhər məhkəməsinin iclasındakı çıxışı zamanı onun orqanizmin bir neçə sisteminin zədələnməsindən əziyyət çəkdiyini bildirib.

Müstəqil ekspert kimi çıxış edən Cavaşvilinin sözlərinə görə, Saakaşvili poliorqan çatışmazlığının “bir addımlığındadır”. Həkim izah edib ki, poliorqan çatışmazlığı zamanı bir orqanın sıradan çıxması ilə digərləri də işləməməyə başlayır və bu, ölümlə nəticələnə bilər. O, Saakaşvilinin vəziyyətinin ağır olduğunu, təcili tədbir görmək lazım gəldiyini söyləyib.



Oxşar Xəbərlər

Xəbər lenti