Saakaşvili siyasətdən gedir?


Lideri olduğu partiyaya yeni sədr seçildi

Hurriyyet.az xəbər verir ki, Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili əsasını qoyduğu “Vahid Milli Hərəkat” partiyasının yeni sədri vəzifəsinə seçilməsi münasibəti ilə Levan Xabeişvilini təbrik edib. Saakaşvili müxalifət partiyasının yeni sədrinə ünvanladığı məktubda onu özünə yaxın adam hesab elədiyini, onu dəstəklədiyini, özünün isə daha Gürcüstanda siyasətlə məşğul olmayacağını qeyd edib.

Xatırladaq ki, yanvarın 28-dəki yeni sədr seçkilərinə qədər partiyaya Nika Meliya rəhbərlik edirdi. 



Oxşar Xəbərlər

Xəbər lenti