8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Avropa Komissiyası Gürcüstanın Aİ-yə üzvlük müraciəti ilə bağlı hesabat dərc edib. Bildiyimiz kimi, Gürcüstanın Aİ-yə üzvlüyü bu hesabatdan asılıdır. Bu gəlişmə ilə bağlı Aİ-nin Gürcüstandakı səfiri Pavel Xerçinski deyib: “Mən Gürcüstan hökumətini və Gürcüstanın Dövlət Xidmətini Avropa Komissiyasının çox müsbət hesabatının dərc olunması münasibətilə təbrik etmək istərdim”.
Onun sözlərinə görə, hesabatda Gürcüstanın 33 müxtəlif istiqamət üzrə Avropa İttifaqına üzv olmağa hazırlığının dərəcəsi təsvir olunub. Bundan əlavə, səfir qeyd edib ki, müəyyən sahələrdə daha çox işə ehtiyac var və Avropa İttifaqı Gürcüstanın Dövlət Xidmətinin irəliləməsinə kömək etməyə hazırdır.
“Avropa Komissiyasının hesabatından aydın olur ki, Gürcüstan bütün parametrlər üzrə namizəd statusuna layiq idi. Keçən il Aİ strukturlarının qəbul etdiyi siyasi qərar nə dərəcədə ədalətli olub, biz ictimaiyyətə mühakimə etməyi tapşırmışıq”, deyə “Gürcü arzusu”nun sədri İrakli Kobaxidze brifinqdə bildirib. Kobaxidzenin sözlərinə görə, Avropa Komissiyasının qiymətləndirmə sənədi göstərir ki, obyektiv meyarlara əsaslanan qərarın qəbulu şəraitində Gürcüstan bu il mütləq Aİ üzvlüyünə namizəd statusunu almalıdır.
“Avropa Komissiyasının hesabatı açıq şəkildə göstərir ki, Gürcüstan ilk islahatçı ölkə kimi Aİ-yə namizəd ölkə statusuna layiqdir”, deyə Gürcüstanın baş naziri İrakli Qaribaşvili “Twitter” səhifəsində yazıb. Hökumət başçısının sözlərinə görə, Avropa Komissiyasının hesabatında Gürcüstanın Avropaya inteqrasiya yolunda əldə etdiyi irəliləyiş aydın şəkildə əksini tapıb. “Avropa Komissiyası Gürcüstanın milli qanunvericilik bazasının Aİ qanunvericiliyinə uyğunluğu ilə bağlı analitik hesabat dərc edib. Sənəd ölkəmizin Avropaya inteqrasiya yolunda əldə etdiyi irəliləyişi aydın şəkildə əks etdirir və bir daha aydın şəkildə nümayiş etdirir ki, Gürcüstan ilk islahatçı kimi Avropa İttifaqına namizəd ölkə statusuna layiqdir”, deyə İrakli Qaribaşvili qeyd edir. Hurriyyet.az