Saakaşvilinin vəkilləri Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcək


Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvilinin vəkilləri Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcək.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Saakaşvilinin vəkili Şalva Xaçapuridze jurnalistlərə açıqlamasında bildirib.

O, qeyd edib ki, bu gün Tbilisi Şəhər Məhkəməsində keçirilən məhkəmə iclasında hakim Giorgi Arevadzenin qəbul etdiyi qərar qarşıdakı günlərdə Strazburq məhkəməsinə göndəriləcək.

Şalva Xaçapuridze Saakaşvilinin həbsdə saxlanılması qərarının siyasi mahiyyət daşıdığını və mübarizənin dayandırılmayacağını qeyd edib.



Oxşar Xəbərlər

Xəbər lenti