8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Hurriyyet.az xəbər verir ki, fevralın 6-da Türkiyə ilə eyni gündə zəlzələyə məruz qalmış Suriya dövləti yaralıları xilas eləmək üçün tibbi avadanlığa, dərmanlara və digər ləvazimatlara ehtiyacı olduğunu bəyan edib.
Bu barədə açıqlamanı ölkənin Səhiyyə naziri Həsən əl Qabaş mətbuat konfransında verib. Onun çıxışı “Əl Əxbariyyə” kanalında yayımlanıb: “Fəlakətin miqyası böyükdür, zərərçəkənləri xilas eləmək üçün tibbi avadanlığa, dərmanlara və digər ləvazimatlara ehtiyacımız var”.
O, BMT ölkələrini, təşkilatın idarə və institutlarını, Beynəlxalq Qızıl Xaç Cəmiyyətini “humanitar fəlakətdən zərər çəkmiş insanlara əl uzatmağa” çağırıb.
Nazir deyib: “Bizə xəstəxana lazımdır. Çünki səhiyyəsahəsindəki infrastrukturların böyük hissəsi dağılıb”.
Qabaş ölkəyə yardım etmiş hər kəsə təşəkkürünü bildirib.