8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Sozcu.info xəbər verir ki, Polşanın Baş naziri Mateuş Moravetski ölkəsinin Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilini müalicə eləməyə hazır olduğunu bildirib.
Qeyd edək ki, fevralın 6-da Tbilisi şəhər məhkəməsi səhhətinə görə Mixail Saakaşvilini azad eləməkdən, yaxud da cəzasını çəkməsini təxirə salmaqdan imtina edib.
Bu qərardan sonra müxalifətçi “Vahid milli hərəkat partiyası” partiyada fövqəladə vəziyyət elan edib. Partiya rəhbərliyi eks-prezident xaricə müalicəyə göndərilənə qədər Tbilisidə mitinqlər keçirəcəklərini bəyan edib.
Mixail Saakaşvilinin hazırda müalicə aldığı klinikadan bildiriblər ki, fevral ayı başlanandan bəri o, qida rasionunu bir qədər artırıb. Lakin onun çəkisinin az olması hələ də həkimlərdə narahatlıq doğurur.