8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Türkiyədə mayın 14-nə təyin edilmiş ümumi seçkilər ölkənin cənub-şərqində baş verən dağıdıcı zəlzələlərin nəticələrinə görə qeyri-mümkün ola bilər.
Sozcu.info xəbər verir ki, bu barədə TGRT Haber telekanalı məlumat yayıb.
Qeyd olunub ki, hakim AKP-nin səlahiyyətli komitələrində seçki tarixinin təxirə salınması ilə bağlı hər hansı qiymətləndirmə aparılmayıb. Amm artıq siqnallar gəlməyə başlayıb.
“Digər tərəfdən, müxalif Cümhuriyyət Xalq Partiyasının dəhlizlərində söz-söhbətlər dolaşır. Prezident Tayyib Ərdoğan seçkiləri ən azı 1 il təxirə salacaq”, - məlumatda bildirilib.
Telekanal Türkiyə Respublikası Konstitusiyasının 78-ci maddəsinə istinad edir ki, seçkilərin təxirə salınması üçün yeganə istisna müharibə vəziyyətidir.
Bundan əvvəl Türkiyə prezidenti Ərdoğan ölkədə ümumi (həm prezident, həm də parlament) seçkilərin mayın 14-nə təyin edildiyini bildirmişdi.
Fevralın 6-da Türkiyənin cənub-şərqindəki Kahramanmaraş vilayətində baş vermiş 7,7 və 7,6 bal gücündə zəlzələlər on minlərlə insanın ölməsinə və yaralanmasına səbəb olub. Dağıntılar ölkənin 10 şəhərini əhatə edib./Modern.az