Dünən, 21:14
23-06-2026, 12:29
23-06-2026, 00:52
16-06-2026, 09:32
15-06-2026, 11:07
"Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin atəşkəsi pozması Ordumuzu adekvat və təsirli cavab addımları atmağa vadar edir".
Bunu "Unikal"a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. O xatırladıb ki, Münxendə Prezident İlham Əliyev Ermənistan-Azərbaycan sərhədində ikitərəfli qaydada nəzarət-buraxılış məntəqələrinin yaradılması bəyanatını səsləndirib.
"Son baş verənlər ondan xəbər verir ki, erməni tərəfi bu nəzarət-buraxılış məntəqəsinin yerləşdirilməsindən narahatlıq keçirir və separatçı qurum atəşkəsi pozmaq kimi yanlışlıqlara yol verir. Bu cür addımların qarşısının alınması üçün "Qisas-2" əməliyyatının keçirilməsi də istisna edilməməlidir. İstənilən halda Azərbaycan ən yaxın və mümkün müddətdə bütün Qarabağ ərazisində suverenliyini təmin etmək niyyətindədir. Fəallaşmaq istəyən qeyri-qanuni erməni silahlı dəstələri Vətən müharibəsi və ondan sonrakı dövrdə baş verən hadisələrin nəticələrindən dərs çıxarmalıdır".
Xatırladaq ki, fevralın 21-də Azərbaycan Ordusunun Şuşa, Xocavənd, Kəlbəcər, Tovuz və Naxçıvandakı mövqeləri atəşə tutulub.