Dünən, 21:14
23-06-2026, 12:29
23-06-2026, 00:52
16-06-2026, 09:32
15-06-2026, 11:07
Sozcu.info xəbər verir ki, bu barədə “Dojd” kanalı məlumat yayıb.
Hərbçilərin bu şəkildə “cəzalandırılmalarının” əsas səbəbi onların yuxarı komandanlığı tənqid etmələri olub. Əsgərlərin dediyinə görə, 1439-cu alayın səfərbər olunanlardan təşkil edilən birinci və ikinci batalyonları dərhal hücuma göndərilib: “Biz ərazi müdafiəsinə cəlb olunmağımızı gözləyirdik, lakin bizi heç yerə köçürmürlər”, - deyə onlardan biri bildirib.
Bundan əvvəl İrkutskdan səfərbər olunan əsgərlər 3 dəfə Vladimir Putinə müraciət edərək onları həmlə bölüklərindən ayırmalarını istəyiblər. Müraciətdə əsgərlər səfərbərlik yolu ilə gətirilən hərbi qulluqçuların orta yaş həddinin 35-40 olduğunu, çoxlarının xroniki xəstəliklər daşıdığını, artıq çəkiyə malik olduqlarını, hücumda ancaq qurban gedəcəklərini söyləyiblər.
“Komandanlıq üzümüzə bizim “qurbanlıq material” olduğumuzu deyir”, - deyə müraciətdə göstərilib.
Əsgərlərin bildirdiyinə görə, qondarma “DXR”dən olan komandirlər həmlə bölüklərinə getmək istəməyən səfərbər olunan hərbçilərə avtomatlardan atəş açırlar.
Fevralın 26-da İrkutsk vilayətinin qubernatoru İqor Kobzev Hərbi Prokurorluqdan bununla bağlı izahat tələb etdiyini və yaxın gələcəkdə vilayətdən səfərbər olunanaların yeni məntəqəyə köçürüləcəyinə söz verdiyini açıqlayıb.
Musavat.com