Gürcüstan güclü təzyiq altındadır - Makron


Bu gün Gürcüstandakı vəziyyət bizi narahat edir, oradan narahatlıq doğuran kadrlar görürük.

Sozcu.info xəbər verir ki, bu sözləri Fransa Prezidenti Emmanuel Makron deyib.

“Bu, bizi narahat etməyə bilməz”, - deyə o bildirib.

Dövlət başçısı qeyd edib ki, hazırda Gürcüstan ciddi təzyiq altındadır və ölkə barışıq yolu tapmalıdır.

Qeyd edək ki, Gürcüstanda "Xarici agent haqqında" qanunun qəbuluna etiraz olaraq kütləvi aksiyalar başlanılıb. Hakimiyyət qanunu geri çəksə də, aksiyaçılar hökumətin istefası tələbi ilə mitinqlərə davam edirlər. \\Axar.Az



Oxşar Xəbərlər

Xəbər lenti