Növbəti addım Ukraynaya ordu göndərməkdir - Nazir


Avropa öldürücü silahlar və zirehli texnikalar göndərməklə Ukrayna konfliktində daha dərinə batır. Bu tendensiya davam edərsə, Ukraynada insan resurslarını tükənəcəyi təqdirdə Avropa ölkələri oraya qoşun göndərməli olacaq.

Sozcu.info xəbər verir ki, bu barədə Macarıstan müdafiə naziri Kriştof Salai-Bobrovnitski deyib.

“Qərb münaqişəni lokallaşdırmaq yox, ümumi müstəviyə çatdırmaq qərarına gəlib. Əvvəlcə sanksiyalara səs verdik, sonra pulla, müdafiə vasitələri ilə yardım etdik, indi "Leopard" tanklarının göndərildiyini görürük - həmçinin qırıcılar gedəcək. Belə davam edərsə, Ukraynada insan resurslarının tükənəcəyi təqdirdə əsgərlər lazım olacaq. Bu da bir növ eskalasiyadır və nəticədə Avropa müharibənin mərkəzində olacaq”, - deyə o bildirib.

O qeyd edib ki, müharibənin bitməsi üçün ABŞ və Rusiyanın danışıqları lazımdır, çünki Ukrayna öz taleyini həll etmək iqtidarında deyil:

“ABŞ-ın razılığı olmadan sülh olmayacaq. Bunu hamı bilir. ABŞ, Qərb və azad dünyanın dəstəyi olmasaydı, Ukrayna bu savaşı çoxdan uduzardı”.



Oxşar Xəbərlər

Xəbər lenti