Dünən, 21:14
23-06-2026, 12:29
23-06-2026, 00:52
16-06-2026, 09:32
15-06-2026, 11:07
Sozcu.info “Ukrainskaya Pravda” nəşrinə istinadla xəbər verir ki, Ukraynanın “Patriot” HHM sistemi Rusiyanın “Kinjal” hipersəs raketini vurub.
Bu barədə məlumatı Ukrayna Silahlı Qüvvələrinin Hava Qüvvələri komandanı, general-leytenant Nikolay Oleşuk “Teleqram” səhifəsində verib.
Oleşuk yazıb: “Ukrayna xalqını tarixi hadisə münasibətilə təbrik edirəm! Bəli, biz “analoqu olmayan” “Kinjal”ı vurduq! “Patriot”la. Hadisə mayın 4-də Kiyev vilayətinin səmasına gecə hücumu zamanı baş verib. X-47 “Kinjal” raketi MiQ-31K tərəfindən Rusiya ərazisindən atılmışdı”.