Suriya ilə Səudiyyə Ərəbistanı arasında münasibətlər bərpa olunur


Sozcu.info "Vestnik Kavkaza" nəşrinə istinadla xəbər verir ki, Suriyanın diplomatik missiyası Səudiyyə Ərəbistanındakı fəaliyyətini bərpa edəcək.

Bu barədə açıqlamanı Suriyanın Xarici İşlər Nazirliyi verib.

Xəbər verdiyimiz kimi, 12 illik qovulmadan sonra ötən həftənin sonunda Suriya Respublikası yenidən Ərəb Dövlətləri Liqasına qəbul edilib. Bundan sonra Səudiyyə Ərəbistanı XİN Suriyadakı səfirliyin yenidən açılacağı qərarını bəyan edib.

Qeyd edək ki, Suriya Ərəb Dövlətləri Liqasının əsasını qoymuş ölkələrdən biridir. Liqa 1945-ci ildə qurulub, ərəb dilində danışan 22 ölkə bu təşkilatın üzvüdür.



Oxşar Xəbərlər

Xəbər lenti