Rusiya ilə Moldova arasında gərginlik


Təhdiddən sonra Rusiya səfiri Moldova XİN-ə çağrılıb

Sozcu.info TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Rusiyanın Kişinyovdakı səfiri Oleq Vasnetsov Moldova Xarici İşlər Nazirliyinə çağrılıb.

Buna səbəb Xerson vilayətinin Rusiya tərəfindən təyin edilmiş valisi Vladimir Saldonun Ukrayna Silahlı Qüvvələrinin Krımdakı Çonqar körpüsünü atəşə tutması ilə bağlı açıqlamasında söylədikləri olub. Saldo bu zərbəyə cavab olaraq Kiyevi Odessa vilayətindəki və Moldova dövlətinin ərazilərindəki körpüləri vurmaqla hədələyib.



Oxşar Xəbərlər

Xəbər lenti