Kiyevə kütləvi dron hücumu - Ölən və yaralılar var


Ukraynanın paytaxt Kiyevə kamikadze dronları ilə kütləvi hücum edilib. 

Hurriyyet.az xəbər verir ki, Kiyev şəhər Hərbi Administrasiyasının yaydığı məlumata görə, zərərsizləşdirilən kamikadze dronlarının dağıntıları paytaxtın bir neçə rayonunda yaşayış binalarına ziyan vurub. 

Kiyev meri Vitali Kliçko bildirib ki, partlayışlar səbəbindən Solomen, Şevçenko, Podol və Darnitski rayonlarında təcili yardım xidmətlərinə bir neçə dəfə zəng olub. 

Kliçko vurğulayıb ki, Darnitski rayonunda yaşayış binasının fasadı dağılıb, hadisə nəticəsində yaralananlar var. Onlar xəstəxanaya yerləşdirilib. Bundan başqa, Podol rayonunda qeyri-yaşayış binasında olub. 

Digər ərazidə yanğın yerindən bir nəfərin meyiti tapılıb. 

yenisabah.az



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}