İtaliya Ermənistana 4 milyon avro AYIRDI


İtaliya hökuməti Qarabağdan çıxan ermənilər üçün İtaliya Qızıl Xaç Cəmiyyətinə 4 milyon avro ayırıb.

Sozcu.info xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İtaliya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, bundan əvvəl İtaliyada Ermənistan hökumətinin müvafiq yardım üçün Avropa Komissiyasına müraciət etdiyi bildirilirdi.

Xatırladaq ki, erməni separatçılarının tərksilah edilərək ərazilərimizdən çıxarılması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə ordumuz tərəfindən sentyabrın 19-20-də bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb. 23 saatdan bir qədər çox davam edən tədbirlər nəticəsində Qarabağdakı qanunsuz hərbi birləşmələr ağ bayraq qaldıraraq təslim olublar.



Oxşar Xəbərlər

Xəbər lenti