ABŞ-ın yeni prezidenti kim olacaq? - Putin öz seçimini açıqladı


Rusiya prezidenti Vladimir Putin ABŞ-da 2024-cü il noyabrın 5-də keçiriləcək prezident seçkiləri ilə bağlı təəccüblü açıqlama verib.
Xarici mediayanın məlumatına görə, Putin ABŞ prezidenti kimi Co Bayden və ya Donald Trampı görmək istəməsi ilə bağlı suala Co Baydeni ABŞ prezidenti olaraq görmək istədiyini bildirib.

Putin "Co Bayden. O, daha təcrübəli və dünyagörmüş biridir. O, köhnə məktəb siyasətçisidir. Amma Amerika xalqı hansı lideri seçəcəksə onunla işləyəcəyik” - deyə cavab verib.

Rusiya prezidenti qeyd edib ki, Trampın ABŞ-ın müttəfiqləri ilə münasibətlərinin necə inkişaf etməli olduğuna dair öz fikirləri var.

Əfsanə Rəcəb



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}