İranda məhkəmə binasına silahlı hücum - Ölən və yaralananlar var


İranın Sistan-Bəlucistan əyalətinin Zahedan şəhərində yerləşən yerli məhkəmə binasına silahlı hücum həyata keçirilib. 

Hadisə nəticəsində azı 4 nəfər həyatını itirib, çox sayda insan yaralanıb.

Məlumata görə, səhər saatlarında Azadi küçəsində yerləşən Sistan və Bəlucistan Əyalət Ədliyyə Binasına bir neçə silahlı şəxs tərəfindən atəş açılıb. Hücumdan sonra əraziyə geniş təhlükəsizlik qüvvələri cəlb edilib.

Rəsmi qurumlar ölənlərin sayının artma ehtimalını istisna etmir. Yaralıların sayı və vəziyyəti ilə bağlı hələlik dəqiq məlumat verilməyib. Hücum edən şəxslərin kimliyi barədə isə rəsmi açıqlama yoxdur.

İran təhlükəsizlik mənbələri hadisənin məsuliyyətini separatçı "Ceyş əl-Zəlim" silahlı qrupunun üzərinə götürdüyünü bildiriblər. Qeyd edək ki, bu qrup daha əvvəl də Sistan-Bəlucistan bölgəsində hüquq-mühafizə orqanlarına qarşı təşkil etdiyi hücumlarla gündəmə gəlmişdi.

AzPolitika.info



Oxşar Xəbərlər

Xəbər lenti