Prezident onlara qonaq getdi -
Fotolar
İlham Əliyev:
Xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır
İlham Əliyev:
Bütün Azərbaycan xalqı üçün bayramdır
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində sakinlərlə görüşüb
“WhatsApp” sizə bildiriş göndərəcək:
Doğum günlərini...
Dünya bu DƏHŞƏTLİ GÖRÜNTÜLƏRDƏN danışır - FOTOLAR
Maşın almaq istəyənlərə VACİB XƏBƏR
SON DƏQİQƏ! Sürətlə Yerə yaxınlaşır -
Tarix AÇIQLANDI
Məktəbin həyətində 22 yaşlı gənc bıçaqlandı
Ukrayna dəhşətli hücuma başladı: 270 dron...
Gənc yazıçı Natiq Əliyevin "Hiss" romanının təqdimatı keçirildi
Foto
Azərbaycan axtarışda olan şəxsləri Özbəkistana təhvil verdi
Əvvəlki
Sonrakı
BAKIDA ƏMLAK QİYMƏTLƏRİ YENİDƏN ARTDI
Regionlar üzrə qiymətlər + CƏDVƏL
7-07-2026, 21:32
Prezident ARDNF ilə bağlı ÖNƏMLİ QƏRARI təsdiq etdi
7-07-2026, 01:18
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib
26-06-2026, 21:14
İlham Əliyev Sərdar Berdiməhəmmədovu Füzulidə qarşıladı
-FOTO
23-06-2026, 12:29
Bakının bəzi ərazilərində işıq kəsiləcək
23-06-2026, 00:52
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
İlham Əliyev separatizmə qarşı lider kimi - torpağı işğalda olanların gözü bizdə... T
Azərbaycanın müzəffər ordusunun rəşadəti və Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi dünyada separatizmdən əziyyət çəkən ölkələrə bir nümunə göstərməkdədir. “Yeni Müsavat” xəbər verir ki, dünyada torpağı işğalda olan ölkələr, xüsusən dost Gürcüstan və Ukraynanın gözü Azərbaycandadır.
Abxaziya və Cənubi Osetiya kimi ərazilərindən məhrum olan, separatçı rejimlərlə qarşılaşan Gürcüstan, Donbas və Luqanskda separatçı qüvvələrlə bacarmayan Ukrayna Azərbaycanın Qarabağdakı terrorçu qüvvələrlə mübarizəsindən stimul almaqdadırlar. İ.Əliyev separatizm kimi bəlalı bir qlobal problemlə bağlı mübarizədə dünya üçün presedent yaratmaqdadır. Ona görə hamının gözü bizdədir. Ordumuzun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində darmadağın edilən düşmən qüvvələri, qondarma Qarabağ respublikasının qorxaq, müti əsgərləri top-tüfəngini, silah-sursatını ataraq qaçırlar. Bu, Qarabağ ərazilərində separatizmin yerli-dibli məhv edilməsi üçün başladılan prosesdir. Ona görə də Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Azərbaycana dəstəyini bildirərək ölkəsinin və Ukraynanın birmənalı yanımızda olduğunu açıqladı.
Gürcü siyasətçinin İrəvan Dövlət Universitetindəki fəxri doktor ünvanının geri alınmasına cavabı isə bu təltifi xatırlamaması oldu. Bəli, torpağı işğalda olanlar gördülər ki, separatizmə ağır zərbə vurmaq, bu cür xunta rejimlərini diz üstə çökdürmək mümkündür. Yetər ki, siyasi iradəsi olan qətiyyətli lider və fədakar, rəşadətli ordu öndə getsin - Azərbaycan Prezidenti və silahlı qüvvələri kimi... Bu mənada baş verən hadisələr işğaldan əziyyət çəkən dövlətlərə bir impulsdur. Sirr deyil ki, dünyada 50-dən çox separatizm bölgələri mövcuddur.
Biz qonşu Gürcüstanla dost Ukraynanın adlarını sadaladıq, lakin Moldovada Dnestryanı münaqişələr, İspaniyada Kataloniya problemi, Serbiya ilə Kosovo, erməni cəlladlarını açıq dəstəkləyən Fransanın özünün Korsika, Böyük Britaniya ilə Şimali İrlandiya və Şotlandiya, Belçika ilə Flandriya və Valloniya kimi münaqişə ocaqlarını qeyd etmək olar. Həmçinin Hindistanla Kəşmir və Pəncab, Çinlə Tibet, Afrikada Nigeriya ilə Şimali Nigeriya, Sudanla Cənubi Sudan, Amerikada Kanada ilə Kvebek, Meksika ilə Çyapas və s. arasındakı etnik münaqişələr uzun illərdir davam edir.
Amma İ.Əliyevin komandanlığı altında ordumuz separatizmin başına od ələyir, canına vəlvələ salıb, başlarını götürüb gizlənməyə deşik axtarırlar.
Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayevin “Yeni Müsavat”a bildirdiyinə görə, Azərbaycanın Dağlıq Qarabağda antiterror əməliyyatları, erməni işğalçılarını qovması analoji problem yaşayan digər ölkələr üçün nümunə ola bilər. Deputat hesab edir ki, həmin dövlətlər də beynəlxalq təşkilatların qətnamələrinin icra olunmamasından, bir sıra böyük ölkələrin ikili standartlarla yanaşmasından narazıdırlar. R.Nurullayevin fikrincə, Azərbaycan Qarabağı terrorçu güclərdən təmizlədikdən sonra eyni əziyyəti çəkən ölkələrə stimul yaranacaq və separatizmə silahlı yolla son qoyulması dünya gündəmində yer alacaq. “Çünki diplomatiya, danışıqlar münaqişələrin sülh yolu ilə nəticələnməsinə gətirib çıxarmır. Gərək güc və hərb yolu ilə sülhə məcbur edəsən. Azərbaycan çox dedi, az eşitdilər və bu gün Ermənistanı sülhə məcbur etmək üçün uğurlu hərbi əməliyyatlar aparırıq. Hazırkı dünya düzənində sülhün bərqərar olması zorsuz mümkün deyil”, - deyə deputat vurğuladı.
Partiya sədri döyüş əməliyyatlarının sona qədər davam edəcəyini düşünür və hesab edir ki, heç bir xarici təzyiq yolumuzdan döndərə bilməz: “Paşinyan həyasızlıq edir və abırsız adamdır. Özünü alçaldır və bütün dünya liderlərini zəngləri ilə bezdirib. Putinin onunla danışmaqdan imtina etdiyini gördük. Şuşada yallı gedən, başından yekə tullanan Paşinyan indi aciz vəziyyətə düşüb. Bu halından utanmaq yerinə həyasızlığı davam etdirir. Düşünmürəm ki, bu halda hansısa beynəlxalq siyasi təzyiqlər bizim əməliyyatları dayandıra bilər. Prezidentin çıxışı bir yol xəritəsidir. Cənab İlham Əliyev Makrona dedi ki, separatçıların dərdini çəkirsinizsə onlara Marseldə yer verin, İspaniyada Kataloniyaya haqq verin, Fransada Korsikaya o hüquqları verin. Mənə belə gəlir ki, dünya öz-özünü təkzib etməyə başlayıb. Çox təəssüf ki, o ölkələrdən biri olan Kanada ədalətli yanaşa bilmir. Kanada Türkiyə ilə silah ixracatına qadağa qoyur, amma indiyə qədər Ermənistanı bir dəfə işğalçı adlandırmayıb. Bu, ikiüzlü siyasətdir. Artıq dünyada bir çox ölkələr və xalqlar riyakar siyasətdən yorulub, bu da BMT-nin, eləcə də digər beynəlxalq təşkilatların dağılmasına gətirib çıxaracaq. Çünki kimin sözü keçir, kimin gücü çoxdur, onun qarşısında quyruq bulayırlar”.
Qeyd edək ki, sentyabrın 27-dən Azərbaycan əks-hücum əməliyyatlarına başlayıb. Cəbrayıl rayonu və bir sıra kəndlərimiz, strateji yüksəkliklər azad edilib.
“Yeni Müsavat”
Oxşar Xəbərlər
Xankəndidə həyəcan siqnalı verilir - VİDEO
Əli Babayev Gürcüstan əsilli soydaşlarımızı İlham Əliyevə səs verməyə çağırdı
PUTİN ERMƏNİSTANLA MÜTTƏFİQLİKDƏN DANIŞDI...
Daşqın Gülməmmədov: "Ukrayna üçün artıq Rusiya rəsmi düşməndır"
Xəbər lenti
Növbəti 3 günlə bağlı
Xəbərlər
Prezident onlara qonaq getdi -
Fotolar
İlham Əliyev:
Xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır
İlham Əliyev:
Bütün Azərbaycan xalqı üçün bayramdır
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində sakinlərlə görüşüb
“WhatsApp” sizə bildiriş göndərəcək:
Doğum günlərini...
Dəhşətli təyyarə qəzası: ölənlər var
Dünya bu DƏHŞƏTLİ GÖRÜNTÜLƏRDƏN danışır - FOTOLAR
Maşın almaq istəyənlərə VACİB XƏBƏR
Növbəti 4 günə diqqət! –
ŞOK XƏBƏRDARLIQ EDİLDİ
SON DƏQİQƏ! Sürətlə Yerə yaxınlaşır -
Tarix AÇIQLANDI
Məktəbin həyətində 22 yaşlı gənc bıçaqlandı
Ukrayna dəhşətli hücuma başladı: 270 dron...
Arıqlamaq üçün ən faydalı iki bitki:
Düyü və qarabaşağın fərqi nədir?
Gənc yazıçı Natiq Əliyevin "Hiss" romanının təqdimatı keçirildi
Foto
Azərbaycan axtarışda olan şəxsləri Özbəkistana təhvil verdi
Hava pisləşəcək:
İntensiv yağış yağacaq, sel keçəcək
Azərbaycanda 4 mindən çox şəxs fəxri ada görə təqaüd alır
Bakı-Naxçıvan reysləri buna görə ləğv edilirmiş - RƏSMİ
Səfirlik Bakıda yeni bina tikəcək
Balakəndə qəbiristanlıq su altında qaldı -
Kirayə mənzil bazarı ilə bağlı
SON DƏQİQƏ AÇIQLAMASI
İcbari tibbi sığortada mühüm yenilik –
Kağız şəhadətnamə ləğv olunur?
Ağcabədidə 19 bıçaq zərbəsi alan 7 yaşlı uşağın son vəziyyəti açıqlandı
"Mənsum İbrahimova bənzəməyə çalışıram, idealımdır" -
Foto
Əlavə xərc tələb etməyən və sağlamlığı yaxşılaşdıran beş səhər vərdişi
Əhaliyə XƏBƏRDARLIQ:
Bu ərazilərdə işıq olmayacaq
Kamran Əliyev yeni vəzifəyə TƏYİN OLUNDU
MİQ imtahanları bu tarixdən başlayacaq -
Açıqlandı
Elşad Xosedən polisə şikayət olundu
Rusiya Ukraynada sərnişin avtobusunu vurdu
Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ -
QİYMƏTLƏR
SON DƏQİQƏ:
Prezident FƏRMAN imzaladı
"Ay qızım, kömək elə…” –
Bakıda eskalator zülmü - Reportaj/Foto
Qazaxda çəkilən BU GÖRÜNTÜLƏR müzakirələrə səbəb oldu - FOTO
Bir daha restorana gedəndə buz istəməyin:
Mütəxəssislər səbəbini açıqladı
Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib
Ceyhun Bayramov:
Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb
Bakının bir sıra yollarında tıxac yaranıb
İran XİN ABŞ-yə kömək edən ölkələri hədələdi
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
Azərbaycanda bu işə minlərlə insan cəlb olunacaq —
Açıqlama
Ece İrtemin ölüm səbəbi məlum oldu
Xarici işlər nazirinin iki müavininə səfir rütbəsi verilib
Prezident Şuşa şəhəri haqqında qanunda dəyişiklik etdi
Prezident fərman imzaladı - Qadağan edildi
Prezident bu vəzifəni energetika nazirinə həvalə etdi -
Sərəncam
Azərbaycan bu ölkə ilə viza rejimini ləğv edir
Sabirabadda 10 kiloqram narkotik aşkarlanıb
16 yaşlı Vüsalın da meyiti tapıldı
PRİZMA
Sərhəd Məmmədov – Şərəfli ömrün 80 illik yubileyi
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 132 milyard dolları ötüb
SOSİAL
1
2
3
4
5
6
Növbəti 3 günlə bağlı
Xəbərlər
Növbəti 4 günə diqqət! –
ŞOK XƏBƏRDARLIQ EDİLDİ
Arıqlamaq üçün ən faydalı iki bitki:
Düyü və qarabaşağın fərqi nədir?
Hava pisləşəcək:
İntensiv yağış yağacaq, sel keçəcək
Azərbaycanda 4 mindən çox şəxs fəxri ada görə təqaüd alır
Kirayə mənzil bazarı ilə bağlı
SON DƏQİQƏ AÇIQLAMASI