Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılır
Əli Əsədov yeni qərar İMZALADI
Baş nazir Samir Şərifovu sədr
TƏYİN ETDİ
TƏCİLİ! Nazirlər toplandı -
İclas keçirilir
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi
Ali Məhkəmə mühüm məlumat yaydı
Günay Malikqızı vəzifəsindən ayrıldı
SON DƏQİQƏ! Azərbaycan neftinin qiyməti ilə bağlı VACİB XƏBƏR
Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək
İlham Əliyev Trampa təşəkkür etdi
Cavid Qurbanov bu xanıma yüksək VƏZİFƏ VERDİ
İlham Əliyev "John Deere" şirkətinin nümayəndə heyətini qəbul etdi -
Fotolar
Əvvəlki
Sonrakı
BAKIDA ƏMLAK QİYMƏTLƏRİ YENİDƏN ARTDI
Regionlar üzrə qiymətlər + CƏDVƏL
7-07-2026, 21:32
Prezident ARDNF ilə bağlı ÖNƏMLİ QƏRARI təsdiq etdi
7-07-2026, 01:18
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib
26-06-2026, 21:14
İlham Əliyev Sərdar Berdiməhəmmədovu Füzulidə qarşıladı
-FOTO
23-06-2026, 12:29
Bakının bəzi ərazilərində işıq kəsiləcək
23-06-2026, 00:52
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Bakının müharibədən sonrakı xarici siyasəti -
nələr dəyişməli...
Azərbaycanın 44 günlük II Qarabağ savaşından sonra xarici siyasətində nələri dəyişməsi yönündə çoxsaylı müzakirələr gedir. Bu da əsassız deyil. Belə ki, müharibə dövründə və parlaq qələbəmizdən sonra dostlarımızla yanaşı, bədxahlarımız da üzə çıxdı. Məsələn, rəsmi Bakının hər zaman münasibətlərini yaxşı saxlamağa çalışdığı Fransa noyabrın 25-də həyasızlığının pik həddini nümayiş etdirdi. Bu ölkənin senatı qondarma “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyini tanıdı. Avropa Birliyinin digər ölkələrindən də umduğumuz dəstəyi görmədik. Eyni sözləri beynəlxalq qurumlara da şamil etmək olar. Onlar da bu sınaqdan üzüqara çıxdılar.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev çıxışlarında bu məsələnin üzərinə tez-tez qayıdır. Avropa qurumlarının haqq mübarizəmizdə mövqesizlik nümayiş etdirmələrini haqlı olaraq tənqid edir, sərt şəkildə qınayır. Dövlət başçısı hazırda Ermənistanda baş nazir Nikol Paşinyan əleyhinə keçirilən aksiyalarda iştirakçılara qarşı zorakı üsullardan istifadə olunmasına Qərb dairələrinin susqunluğunu da tez-tez xatırladır.
Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə Azərbaycanın öz yolunu davam etdirəcəyini söylədi:
“Azərbaycanın xarici siyasəti tərəfdaşlıq və əməkdaşlıq üzərində qurulur. Hansısa ölkələrdə Nijdenin ideologiyası, eləcə də faşizm ideologiyası ilə fəaliyyət göstərən erməni təşkilatlarının təxribatı, korrupsiyaya bulaşmış Avropa siyasətçilərini ələ alması Azərbaycanın xarici siyasətinə öz təsirini göstərməyəcək. Biz əməkdaşlıq etdiyimiz, tərəfdaş olduğumuz ölkələrlə öz əlaqələrimizi davam etdirəcəyik. Fransa senatının qərarına gəlincə, bu zərbə ilk növbədə, Fransanın özünə endirilib. Hamıya məlumdur ki, imperialist xülyalarla yaşayan Fransa Vyetnamda, Əlcazairdə, Afrikanın bir sıra ölkələrində hərbi cinayətlər törədib. O ölkənin daxilində indi anti-İslam, rasizm artdığına görə hamı görür ki, erməni qüvvələri Cənubi Qafqazda yenidən müharibə istəyir. Fransa senatının belə qərarı əslində müharibə istəyidir. Bu da imperialist mifologiyasından irəli gələn qərardır.
Asim Mollazadə: “Əməkdaşlıq etdiyimiz, tərəfdaş olduğumuz ölkələrlə əlaqələrimizi davam etdirəcəyik”
Azərbaycanın siyasətində hansısa bir dəyişiklik gözləmirəm. Rəsmi Bakı əməkdaşlıq etdiyi, strateji layihələr həyata keçirdiyi istiqamətlərdə öz işlərini davam etdirəcək. Əməkdaşlığa daim hazırıq. Bölgəmizi sülh, əmin-amanlıq bölgəsinə çevirmək Azərbaycanın planıdır. Azərbaycan qardaş ölkələrlə, türk birliyi ilə çox böyük bir strateji sistemin formalaşmasında öz fəaliyyətini davam etdirəcək. Erməni faşizminin bizə olan təxribatlarına gəlincə, Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini icra edib, demək olar ki, Minsk Qrupunun fəaliyyətini yekunlaşdırıb. Bunu da edən Azərbaycanın Müzəffər Silahlı Qüvvələri olub. Senatdakı bu cür təxribatlar Azərbaycanı yolundan döndərə bilməz. Belə qərarların heç bir hüquqi əsası yoxdur. Bunlar beynəlxalq hüquq normalarına ziddir”.
Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayevin də fikirləri diqqət çəkir:
“Azərbaycan bundan sonra daha qətiyyətli və birmənalı xarici siyasət yürütməlidir. Biz çalışırıq ki, bir çox ölkələrlə dost-qardaş olaq və s. Bütün dünya ölkələrinə qarşı bərabər şəkildə xarici siyasət yürütməyə davam etmişik. Amma mənə gəlir ki, son 30 il ərzində xarici dostlarımızı da, düşmənlərimizi də, bizə qarşı rəğbəti olanları da, olmayanları da tanıya bilmişik. Belə bir məsəl var: ”Qozbeli qəbir düzəldər". Bir ölkə və onun siyasətçiləri Azərbaycana qarşı birmənalı olaraq, qərəzli mövqe sərgiləyirsə, onlara əmək, vəsait, güc, diplomatiya, zaman sərf etməyə dəyməz. Onlara sərf etdiyimiz bütün resursları digər ölkələrə qoyaq ki, onları özümüzə daha da yaxın dost dövlət edək. Hesab edirəm ki, Azərbaycan artıq birmənalı olaraq müstəqilliyimiz əldən gedər, biz müstəqil, suveren dövlətik kimi bəyanatlardan əl çəkməlidir. Biz zatən müstəqil, suveren, güclü dövlətik.
Razi Nurullayev: “Bəzi məsələlərdə qətiyyətsizlik sindromundan azad olmalıyıq”
Bunları tez-tez təkrar etməyə ehtiyac görmürəm. Mən düşünürəm ki, Fransa dövlətinin, senatının üzvləri heç zaman demirlər ki, Fransa müstəqil dövlətdir, bizə təhlükə var. Onlar artıq bunu qəbul ediblər. Biz də gücümüzü döyüş meydanında göstərdik. Azərbaycanın müstəqilliyi, suverenliyi dönməzdir. Bundan sonra biz özümüzü güclü, qətiyyətli, sözü bütöv, tərəfdaşını, dostunu, rəğbəti olanları tanıyan bir ölkə kimi göstərməliyik. Başqa yolumuz da yoxdur. Qiyməti artıq özümüz-özümüzə verməliyik. Birmənalı olaraq, bəzi məsələlərdə qətiyyətsizlik sindromundan azad olmalıyıq. Bütün ölkələr bizə hansı münasibətləri göstərəcəksə, biz də qanunların, beynəlxalq hüququn, diplomatik qaydaların imkan verdiyi tərzdə onlara eyni tərzdə münasibət göstərək. Bizə pis deyirsə, biz də pis deyək. Bir diplomatımıza qarşı yaramaz hərəkət etdilərsə, biz də onların bir diplomatına qarşı bunu edək. Dünyanın özündən razı ölkələri hansı addımları atırsa, çəkinmədən buna uyğun şəkildə addımlarımızı ataq. O zaman bizə daha çox hörmət qoyacaqlar".
Elxan Şahinoğlu: “Xarici siyasətdə dəyişikliklər etmək məcburiyyətindəyik”
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu: “Hesab edirəm ki, bəli, xarici siyasətdə dəyişikliklər etmək məcburiyyətindəyik, etməliyik də. Türkiyə ilə birbaşa strateji müttəfiqliyi gücləndirməliyik. Bu, Avropada kimlərinsə xoşuna gəlib-gəlməyə bilər. Amma bu bizi narahat etməməlidir. Türkiyə müharibədə bizə siyasi və mənəvi yöndə kifayət qədər dəstək verdi. Satdığı müasir silahlar ermənilərə çox güclü zərbələr endirdi. Türk ordusu Azərbaycanda yerləşməlidir. Xarici siyasətimiz bu yöndə müəyyənləşməlidir. Bu, əlbəttə, Avropada Fransa, Almaniya kimi dövlətlərin xoşuna gəlməyəcək. Bizə təzyiq etməyə, ermənilərin xeyrinə müəyyən sənədlər qəbul etməyə çalışacaqlar. Amma bu, bizi narahat etməməlidir. Onlar bizə hörmət etməlidir. Hansı əsaslarla Fransa deyir ki, Azərbaycan işğaldan azad etdiyi ərazilərdən çıxmalıdır. Belə vəziyyətdə Fransa ilə münasibətləri davam etdirə bilmərik. Fransanın hakim dairələri ermənipərəst mövqedən çıxış etməyə davam edirlər. Fransanın ardınca bəzi dövlətlər də gedə bilər. Amma hesab edirəm ki, Azərbaycan öz hədəflərinə çatdıqdan sonra bu ölkələr xarici siyasətlərində redaktələr etməyə məcbur olacaqlar. Görəcəklər ki, bölgənin əsas açar dövləti Azərbaycandır. Bir müddətdən sonra ölkəmizlə əməkdaşlığın onlar üçün necə faydalı olduğunu anlayacaqlar”.
Cavanşir ABBASLI,
Oxşar Xəbərlər
Fransa portalı
Ermənistan:
"İlham Əliyev həmişə olduğu kimi Paşinyanı yerində otuzdurdu"
Paşinyan xalqı təslim olmağa hazırlayır
Xəbər lenti
Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılır
Əli Əsədov yeni qərar İMZALADI
Xankəndidə ev yandı
Baş nazir Samir Şərifovu sədr
TƏYİN ETDİ
TƏCİLİ! Nazirlər toplandı -
İclas keçirilir
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi
Ali Məhkəmə mühüm məlumat yaydı
Günay Malikqızı vəzifəsindən ayrıldı
SON DƏQİQƏ! Azərbaycan neftinin qiyməti ilə bağlı VACİB XƏBƏR
Bakının iki rayonunda qaz kəsiləcək
Avqust ayının qeyri-iş günləri-
Təqvim
Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək
İlham Əliyev Trampa təşəkkür etdi
Cavid Qurbanov bu xanıma yüksək VƏZİFƏ VERDİ
İlham Əliyev "John Deere" şirkətinin nümayəndə heyətini qəbul etdi -
Fotolar
Flora Kərimova ilə bağlı üzücü xəbər
İsti havalarda infarkt riski arta bilər:
Bu əlamətləri laqeyd yanaşmayın!
Ceyhun Bayramov Rusiya Federasiyasına rəsmi səfərə yola düşüb
Kişi SMS üstündə arvadını parkda döydü, cinayət məsuliyyətindən azad edildi
İlham Əliyev Fələstinin Baş nazirini qəbul edib
Foto
Neft bazarında SON DURUM –
Qiymətlər belə dəyişdi
Bu ərazilərdə işıq olmayacaq
Azər Məmmədov: “Şuşa Qlobal Media Forumu siyasi məzmunu və verdiyi strateji mesajlar baxımından önəmli beynəlxalq platformaya çevrilib”
-Müshibə
Şəmkirdə 11 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib
Rayonlarda leysan olacaq - Xəbərdarlıq
TƏCİLİ! Xankəndidə partlayış: Ölən var
Amal qəzadan 2 saat 7 dəqiqə sonra ölüb - Ekspertiza nəticələri
Yeni 100 manatlıqlar tədavüldə -
Taleh Kazımovun imzası ilə
Bakıda güclü külək əsəcək, bu rayonlara leysan yağacaq -
Sabahın havası
Zaur Kamaldan dələduzluq xəbərdarlığı
Dayı bacısı qızının evindən qızıl oğurladı
Azərbaycanın ilk masonu kim olub? –
Tarixin gizli səhifəsi açıldı
Heydər Əliyevin siyasi hakimiyyətə ilk gəlişinin ildönümü Beyləqanda qeyd edilib
-Fotolar
21 nömrəli bağça bağlanır? -
Təhsil İdarəsindən açıqlama
Sükan arxasında yuxulayan sürücü maşını körpüdən aşırdı -
Yol polisindən XƏBƏRDARLIQ
IV Şuşa Qlobal Media Forumu başa çatdı
İlham Əliyev Makrona: Dövlətlərarası münasibətlərimizdə yeni dövr başlayır
Pensiya ödənişlərinə yönəldilən vəsait 3,9 milyard manata çatdı
İşğal dövründə güllələnmiş büstlərə baxdılar -
Fotolar
İlham Əliyev Slovakiya Prezidentinə təşəkkür etdi
Tramp İranla bağlı xalqa müraciət edəcək
Bu ölkədə güclü zəlzələ baş verdi
Kəlbəcərdə çaya düşən yeniyetmənin axtarışları aparılır -
TƏFƏRRÜAT
“Turbo.az” və “Bina.az”la bağlı gözlənilməz qərar
Beynəlxalq dil sertifikatları tanınmır? —
DİM-dən açıqlama
Səfər ayı iyulun 15-də başlayacaq
Sabahdan hava kəskin dəyişir:
Leysan yağacaq, dolu düşəcək
Bank kartı məlumatlarınızı heç kimlə paylaşmayın - DİN çağırış edir
DİN çağırış edir
Polkovnik BYD aldı, işə düşdü: “Tapa bilmirəm”
Bakıda hoteldə FACİƏ:
Gənc işçinin ürəyi dayandı
PRİZMA
Azər Məmmədov: “Şuşa Qlobal Media Forumu siyasi məzmunu və verdiyi strateji mesajlar baxımından önəmli beynəlxalq platformaya çevrilib”
-Müshibə
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 132 milyard dolları ötüb
SOSİAL
1
2
3
4
5
6
Bakının iki rayonunda qaz kəsiləcək
Avqust ayının qeyri-iş günləri-
Təqvim
İsti havalarda infarkt riski arta bilər:
Bu əlamətləri laqeyd yanaşmayın!
Bu ərazilərdə işıq olmayacaq
Şəmkirdə 11 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib
Rayonlarda leysan olacaq - Xəbərdarlıq