“Azərbaycanla sərhəddə gömrük postları yaradılmalıdır” - Paşinyan

"Mən dəfələrlə demişəm ki, Ermənistan dəhliz məntiqi çərçivəsində heç bir məsələni müzakirə etməyib, müzakirə etmir və müzakirə etməyəcək".
Sozcu.info “Armenian News”a istinadla xəbər verir ki, bunu hökumətin iclasında Ermənistan baş naziri Nikol Paşinyan bildirib.
Onun sözlərinə görə, nə 9 Noyabr bəyanatının 9 -cu bəndində, nə də 11 Yanvar bəyanatında dəhlizlə bağlı hər hansı bir ifadə və ya tərif verilməməyib və konkret marşrutlar göstərilməyib.
Baş nazir bölgədəki bütün nəqliyyat və iqtisadi əlaqələrin blokdan çıxarılması lazım olduğunu da sözlərinə əlavə edib.
Paşinyan qeyd edib ki, Ermənistan Azərbaycan ərazisindən keçməklə Rusiya, Orta Asiya və İranla, Azərbaycan isə öz növbəsində, Ermənistan ərazisi vasitəsilə Naxçıvan, Gürcüstan və İranla əlaqə saxlamalıdır. "Bu proqramı həyata keçirmək üçün müvafiq bölmələrdə gömrük keçid məntəqələri yaratmaq lazım olacaq", - Nikol Paşinyan MDB sərhədlərində fəaliyyət göstərən nəzarət-buraxılış məntəqələrini nümunə göstərib.


Oxşar Xəbərlər

Xəbər lenti