5 polkovnikə “general-mayor” ali hərbi rütbəsi verildi -
ADLAR
MN-in hərbi qulluqçuları təltif edildi -
SİYAHI
Bəylər Nəcəfov vəzifəsindən azad olundu
TƏBİB-dən əhaliyə VƏD -
İlin sonuna qədər xəstəxanalarda...
Bu dərmanlar ürək çatışmazlığına yol AÇIR
MTN generalı azadlığa çıxdı
Tramp Ankaraya Ərdoğan üçün xoş sürprizlə gedəcək
Bu gün Aşuradır
Xankəndi, Xocavənd, Şuşa, Cəbrayıl və Ağdərəyə növbəti köç karvanı yola salındı
Dünya bazarında neft bu qiymətə oldu
KTMT-dən Cənubi Qafqazla bağlı XƏBƏRDARLIQ:
"Vəziyyət kəskinləşəcək"
SON DƏQİQƏ!
Azərbaycan neftinin qiyməti ilə bağlı VACİB XƏBƏR
Əvvəlki
Sonrakı
İlham Əliyev Sərdar Berdiməhəmmədovu Füzulidə qarşıladı
-FOTO
23-06-2026, 12:29
Bakının bəzi ərazilərində işıq kəsiləcək
23-06-2026, 00:52
İrandan sonra növbəti hədəfini açıqladı
16-06-2026, 09:32
Milli Qurtuluşdan tarixi zəfərə
15-06-2026, 11:07
Müharibə bitir: ABŞ və İran yekun sülhə razılaşdı
Green
12-06-2026, 21:58
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Ermənistan bu halda xəritədən silinəcək - Bakının masa üzərindəki təklifi əbədi deyil!
Azərbaycanın qarantı sonsuzadək qüvvədə olmayacaq; Qərbə, Rusiyaya və Türkiyə-Azərbaycan ittifaqına qarşı “üçlü oyunu” ilə məğlub ölkə özünə daha dərin quyu qazır...
Ermənistanın “sorosçu” hakimiyyəti kapitulyasiyadan sonra da Bakı və Ankaraya qarşı çoxbaşlı oyununu davam etdirir. Bugünlərdə erməni mediası baş nazir Nikol Paşinyanın Azərbaycanla sülh müqaviləsi imzalamaq üçün siqnal verdiyi haqda yazmışdı. Dünən isə N.Paşinyan hökumətin iclasında Ermənistanın Türkiyə ilə dialoqa hazır olduğunu bəyan edib.
Sitat:
“Bu yaxınlarda Türkiyə prezidenti Ermənistanla münasibətlər məsələsinə toxunub. Onun bəyanatlarında biz Ermənistan-Türkiyə əlaqələrinin normallaşması, avtomobil və dəmir yolların bərpasını müzakirə etmək üçün bir fürsət görürük. Biz daha geniş kontekst əldə edə biləcək belə danışıqlara hazırıq. Söhbət bölgəni Şimalı Cənubla, Şərqi isə Qərblə birləşdirəcək bir qovşağa çevirməkdən gedir. Sevinclə bildirmək istəyirəm ki, bu prosesə Rusiya, Avropa Birliyi, Fransa və ABŞ da töhfə vermək istəyir. Həmçinin Çin və Hindistanın da bölgədə kommunikasiya layihələrinin inkişafında maraqlıdır”.
*****
Amma bu da faktdır ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzəyan ötən həftə bəyan eləmişdi ki, İrəvan Bakı ilə heç bir danışıq aparmır. Üstəgəl, o, bir daha “status” şərtini ortaya atmış, ATƏT-in Minsk Qrupunun “məlum 3 prinsipi”ndən dəm vurmuşdu. “Status”, “3 prinsip” Paşinyanın da dilindən düşmür və az qala, hər xarici qonaqla görüşdə rəsmi Bakıya qarşı şərt kimi səsləndirilir. Nikol Paşinyan analoji fikri hökumətin dünənki iclasında da təkrarlayıb: “Biz ATƏT-in Minsk Qrupunun həmsədrliyi çərçivəsində Azərbaycanla sülh prosesini bərpa eləmək niyyətindəyik”.
Ararat Mirzəyan
Yəni qənaət hasil olur ki, Ermənistan Azərbaycanla sülh istəsə də, əslində bu sülhü beynəlxalq hüquq normaları çərçivəsində deyil, sırf özünün təsəvvüründəki kimi başa düşür. Başqa sözlə, “Qarabağsız Azərbaycan”la müqavilə bağlamağı xəyal edir. Bunu isə onlar nə qədər istəyir xəyal edə, yuxularında görə bilərlər.
Azərbaycanın mövqeyi isə ən əvvəl beynəlxalq hüquqdan qaynaqlandığı üçün güclü, qəti və prinsipialdır. Bunu son olaraq, xarici işlər naziri Ceyhun Bayramov iki gün öncə növbəti dəfə dilə gətirdi:
“Bakı İrəvanla bir-birinin ərazi bütövlüyü və suverenliyini tanımağa əsaslanan sülh sazişi imzalamağa hazırdır və qarşı tərəfdən öz təklifinə cavab gözləyir”.
Lakin nazir onu da vurğuladı ki, bu təklif masa üzərində əbədi qalmayacaq. Diplomatik dildən tərcümədə bu xəbərdarlıq, o anlama gəlir ki, Ermənistan böyük sülh müqaviləsinin imzalanmasını əngəllədikcə ən əvvəl özünün ərazi bütövlüyünü şübhə altına alır, özünə quyu qazır. Çünki indiki Ermənistanın bütünlüklə əzəli Türk torpaqlarında təşəkkül tapdığı və üstəlik, SSRİ dönəmində məhz Azərbaycan SSR-in hesabına, Moskvanın əli ilə ərazisinin genişləndiyi məlumdur. Bundan əlavə, hazırkı Azərbaycan Respublikası 89 min kv km-lik Azərbaycan SSR-in yox, 110 min kv km-lik ADR-in siyasi və hüquqi varisidir.
Odur ki, seçim İrəvanındır. Ermənistan heç olmasa, dünyanın siyasi xəritəsində hazırkı formal sərhədləri daxilində, simvolik dövlət olaraq qalmaq istəyirsə, onda tələsməlidir. Buraxılan növbəti tarixi səhv Ermənistana 44 günlük müharibədəki nəticədən də baha başa gələ bilər. Çünki zaman artıq onun xeyrinə işləmir - erməni tərəfi bunun əksini güman edib hər vəchlə vaxtı uzatmağa çalışsa da...
*****
“Əgər öz xalqının rifahı və təhlükəsizliyi hakimiyyəti üçün yalnız boş şüar olan bir hökumətə malik Ermənistan xaos ərazisi kimi yox, tanınan dövlət kimi qalmaq istəyirsə, o zaman o, Rusiyanın təzyiqi və iqtisadi tənəzzülün pressinqi altında imzaladığı müqavilələrə riayət etməli, sərhədləri delimitasiya və demarkasiya etməli, ardınca Azərbaycanla sülh müqaviləsi imzalamalıdır. Başqa yol yoxdur”.
Bu sözləri rusiyalı tanınmış konfliktoloq Yevgeni Mixaylov deyib. Onun sözlərinə görə, 10 noyabr üçtərəfli bəyanatın müddəalarının icrasının ləngiməsinə görə əsas günahkar Ermənistandır.
Rauf Rəcəbov
“3rd View” Analitik Mərkəzinin rəhbəri
Rauf Rəcəbov
isə hesab edir ki, Azərbaycan bütün hallarda İrəvanın sülh oyunlarına reaksiya verməlidir. “Yeni Müsavat”ın məlumatına görə, bu barədə o, Minval.az-a müsahibəsində deyib.
“Niyə? Əvvəla, bu fakt nəzərə alınmalıdır ki, Paşinyan və komandası öz oyunları ilə artıq daxili auditoriya üçün işləmir. Çünki seçkilər bitib və heç nə Paşinyan iqtidarını təhdid etmir. Bu halda Paşinyanın oyunu eyni zamanda Qərbə, Rusiyaya, Türkiyə və Azərbaycana ünvanlanıb. Qərbdən başlayaq”, - deyə politoloq qeyd edib.
Onun sözlərinə görə, bununla Paşinyan və komandası Qərbə guya Ermənistanın Azərbaycanla əməkdaşlığa hazır, sülh müqavilə imzalamağa qadir olduğunu nümayiş etdirir və xüsusən də Minsk Qrupuna bu hazırlığını göstərmək istəyir: “Di gəl, böyük ”əmma" budur ki, həm Ermənistan Xarici İşlər Nazirliyi, həm də Paşinyanın özü dəfələrlə İrəvanın eyni zamanda “status” məsələsinin həllini istədiklərini bildiriblər. Amma həm də sülh müqaviləsi haqda bəyanatla bahəm “status” məsələsi sanki yoxdur və qaldırılmır, lakin ermənilər tərəfindən birmənalı olaraq nəzərdə tutulur. Qərbə yönəlmiş erməni oyunu da budur".
Rusiyaya gəlincə, ekspertin fikrincə, bu halda Ermənistan “molodes”ə layiq iş gördüyünü nümayiş etdirməyə çalışır.
“Yəni ki, guya İrəvan Rusiya-Ermənistan münasibətləri çərçivəsində öhdəliklərini yerinə yetirməyə hazırdır. Axı elə bu günlərdə Rusiya XİN başçısı Sergey Lavrov və digər rus diplomatları Bakı ilə böyük sülh müqaviləsi imzalamağın zəruriliyindən danışıblar. Beləcə, İrəvanda Moskvanı sakitləşdirmək və guya bu istiqamətdə işləməyə hazır olduqlarını göstərmək istəyirlər”,
- deyə təhlilçi vurğulayıb.
Türkiyəyə gəlincə, politoloq hesab edir ki, heç bir yeniliyi ilə seçilməyən bu oyuna paralel surətdə Ermənistan guya Türkiyə ilə də ikitərəfli əlaqələr qurmağa hazır olduğu barədə birbaşa danışıqlar getdiyi görüntüsünü yaratmağa səy edir:
“Lakin aydındır ki, Bakı ilə böyük siyasi müqavilə imzalanmadan Ermənistan-Türkiyə münasibətlərinin nizamlanması nə Azərbaycanın, nə də Türkiyənin özünün milli maraqlarına uyğundur. Demək, Ermənistanın bu hiyləgər oyunu Bakı ilə Ankara arasında münaqişə yaratmağa yönəlib. Ona görə də hesab edirəm ki, Ermənistan XİN-dən konkret olaraq bir suala cavab tələb etmək lazımdır: İrəvan həqiqətən böyük sülh sazişini hazırlamaq prosesinə başlamağa hazırdırmı? Ermənistan, nəhayət, anlamalıdır ki, onun heç bir oyunu Azərbaycanla Türkiyə arasında hansısa qarşıdurma vəziyyətinə səbəb ola bilməz. Eyni şey Azərbaycan-Qərb münasibətlərinə, konkret halda Minsk Qrupu ilə münasibətlərə aiddir”.
Ekspert fikrini İrəvana xəbərdarlıq şəklində belə tamamlayıb:
“Azərbaycan ümumən öz ərazi bütövlüyünü bərpa edib və yerdə qalan məsələlər də yaxın bir neçə ildə həllini tapacaq. Ermənistanın ərazi bütövlüyü isə ciddi məsələdir. Qafqaza bitişik ölkələrdə və ilk növbədə Ermənistanın özündə söhbətin nədən getdiyini gözəl başa düşürlər. Ona görə də Ermənistan özü bu məsələnin həlli və sülh sazişi imzalanması üçün Azərbaycanla ikitərəfli formatda əməkdaşlığa çalışmalıdır. Ermənistan öz dövlətçiliyini bu yolla saxlaya bilər. Əks təqdirdə, yəni İrəvan sülh müqaviləsi imzalamaqdan imtina edərsə, düşünürəm ki, Ermənistanın özünün gələcəyi böyük bir sual altına düşəcək”.
Necə deyərlər, indi
“Bu - daş, bu da tərəzi”.
Gəlir-çıxarı hesablamaq erməni xalqının və onun rəhbərlərinin işidir. Azərbaycanın isə itirəcəyi bir şey yox. Yaxşı-yaxşı fikirləşsinlər. Bakının masa üzərindəki təklifi gerçəkdən də əbədi deyil!..
Oxşar Xəbərlər
PAŞİNYAN TÜRKİYƏDƏN İSTƏDİYİNİ AZƏRBAYCANDAN ALA BİLƏR – “Ən azı bu iki addımı atmalıdır...”
Paşinyandan İlham Əliyevə mesaj: “Hazıram...”
Rusiya XİN Paşinyanın məktubuna cavab verdi:
Erməni keşiş Paşinyanı ifşa etdi: Döyüşən Türkiyə deyil...
Xəbər lenti
5 polkovnikə “general-mayor” ali hərbi rütbəsi verildi -
ADLAR
MN-in hərbi qulluqçuları təltif edildi -
SİYAHI
Hava ilə bağlı SON DƏQİQƏ xəbərdarlığı -
Sabahdan...
Bəylər Nəcəfov vəzifəsindən azad olundu
TƏBİB-dən əhaliyə VƏD -
İlin sonuna qədər xəstəxanalarda...
Bu dərmanlar ürək çatışmazlığına yol AÇIR
MTN generalı azadlığa çıxdı
Tramp Ankaraya Ərdoğan üçün xoş sürprizlə gedəcək
Bu gün Aşuradır
Bir gecə yuxusuz qalmaq nə ilə nəticələnir? —
Araşdırma
Xankəndi, Xocavənd, Şuşa, Cəbrayıl və Ağdərəyə növbəti köç karvanı yola salındı
Dünya bazarında neft bu qiymətə oldu
Sabah ölkədə qısa iş günü olacaq
KTMT-dən Cənubi Qafqazla bağlı XƏBƏRDARLIQ:
"Vəziyyət kəskinləşəcək"
Pensiya artımı ilə bağlı mühüm xəbər
Peyman Sadıqov Nigar Fərhadın qurucusu olduğu AID GROUP-dan ayrıldı
Bakıda dəhşətli qəza:
Ölən var
Bu yolda hərəkət məhdudlaşdırıldı
SON DƏQİQƏ!
Azərbaycan neftinin qiyməti ilə bağlı VACİB XƏBƏR
Eldar Namazov:
“Türk dünyası renessans yaşayır”
İlham Əliyev konfrans iştirakçılarına müraciət ünvanladı
ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 132 milyard dolları ötüb
Əli Əsədov sərəncam imzaladı
Dənizdə batanlar qohumdurlar, biri evli, üçü subaydır
Polad Bülbüloğlu atasının Şuşadakı ev-muzeyində -
Fotolar
Daşaltı kəndinin fonunda
Fotolar
1200 abonentin qazı kəsiləcək
Narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olundu
Prezidentlərin Şuşa gəzintisindən GÖRÜNTÜLƏR -
Video
Sabah Bakıda və rayonlarda yağış yağacaq
Bu qaydanı pozanlar cərimələnəcək -
2 min manatadək
Güneldən atası ilə bağlı paylaşım -
Foto
Daşınmaz əmlakla bağlı BUNU EDİN-
Əks halda CƏRİMƏ
İlham Əliyev Sərdar Berdiməhəmmədovu Füzulidə qarşıladı
-FOTO
Kanadada silahlı insidentdə 3 nəfər öldü
-VİDEO
Suyu Zaur Mikayılov verir, yoxsa Adil Əliyev?
Məşhur şirkətlə bağlı ŞOK İDDİA:
20 milyard dollarlıq MƏHKƏMƏ
Bakıda 6 istiqamətdə tıxac var -
SİYAHI
XİN-dən dövlət qulluqçuları ilə bağlı PAYLAŞIM
“Dəmir Yumuruq TT”nin vergi borcu 1,1 milyon manatı keçdi
Bakının bəzi ərazilərində işıq kəsiləcək
75 yaşlı qadının üzərindən keçən marşrutun rəhbəri İradə Əliyeva kimdir?
Bakıda 24 yaşlı qız faciəli şəkildə ÖLDÜ
Prezidentlərin geniş tərkibdə görüşü oldu
FOTO
DİQQƏT: Maşın bazarında "Dovşan" adlı dələduz qruplaşma fəliyyət göstərir
Azərbaycan Türkmənistana tanker hədiyyə edib
İlham Əliyevin Türkmənistan Prezidenti ilə təkbətək görüşü olub
İyulun 1-dən qadınları gözləyən DƏYİŞİKLİK:
Pensiya yaşı rəsmən 65-ə çatır
AZAL yeni "Airbus A320neo" təyyarəsini istismara verdi
Türkiyədə toy yasa çevrildi - 15 yaşlı yeniyetmə 11 nəfəri güllələdi
PRİZMA
Peyman Sadıqov Nigar Fərhadın qurucusu olduğu AID GROUP-dan ayrıldı
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 132 milyard dolları ötüb
SOSİAL
1
2
3
4
5
6
Hava ilə bağlı SON DƏQİQƏ xəbərdarlığı -
Sabahdan...
Bir gecə yuxusuz qalmaq nə ilə nəticələnir? —
Araşdırma
Sabah ölkədə qısa iş günü olacaq
Pensiya artımı ilə bağlı mühüm xəbər
Bu yolda hərəkət məhdudlaşdırıldı
1200 abonentin qazı kəsiləcək