Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının binasının tikintisi ilə tanışlıq -
FOTOLAR
Mehriban Əliyeva Zəngilandan paylaşım etdi -
FOTOLAR
“Şəfəq” yarımstansiyasının açılışı oldu -
FOTOLAR
Dəhşətli virus SÜRƏTLƏ YAYILIR -
Yeni yoluxmalar aşkarlandı
Quru sərhədlər bu məsələ bitdikdən sonra AÇILACAQ
İlham Əliyev və Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər -
FOTOLAR
DİN-in şəxsi heyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
İran öz neftini daşıyan tankerə hücum edib
Mehriban Əliyeva Qələbə Günü ilə bağlı paylaşım etdi -
FOTO
“Yaralıdır, amma müharibəni idarə edir” -
Xamenei ilə bağlı yeni iddia
Bu gün faşizm üzərində qələbənin ildönümüdür
Ölkəmizdə hantavirusa yoluxma olub? —
RƏSMİ
Əvvəlki
Sonrakı
BU ŞƏXSLƏRƏ 2750 MANAT YARDIM ÖDƏNİLDİ
-Nazirlik məlumat yaydı
Dünən, 18:42
BƏƏ yenidən İranın dron və raket hücumuna məruz qaldığını bildirir
5-05-2026, 23:48
Tramp müharibənin həlli ilə bağlı İranın son təklifindən narazıdır
28-04-2026, 12:14
TRAMP İRANLA ATƏŞKƏSİ UZATDI
- Pakistanın müraciətini nəzərə alıb...
22-04-2026, 13:21
Tramp İsrailin Livanı bombalamasını QADAĞAN ETDİ
17-04-2026, 19:33
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
LAÇINDAKI BİRGƏ TƏLİMLƏ VERİLƏN MESAJ ÜNVANINA ÇATDI... -
“Ermənistan qorxu içindədir, Rusiya narahatdır”
Sülhəddin Əkbər: "Ermənistanın ən müxtəlif təxribatlara əl atacağı gözləniləndir. Azərbaycan hər an hazırlıqlı olmalıdır"
Azərbaycan-Türkiyə birgə hərbi təlimlərinin Laçında keçirilməsi gözlənildiyi kimi, Ermənistanı, qorxuya salıb. Ermənistan Xarici İşlər Nazirliyi Laçın rayonunda Azərbaycan və Türkiyə birgə təlimlərinin keçirilməsinin 10 noyabr 2020-ci il üçtərəfli bəyanatına uyğun olmadığı və sülh və təhlükəsizliyə xələl gətirdiyini iddia edib.
Azərbaycan Xarici İşlər Nazirliyi isə Laçındakı təlimlərlə bağlı Ermənistanın iddiasına cavab verib. “Beynəlxalq sərhədləri çərçivəsindəki ərazisində müxtəlif təlimlər keçirmək hər bir dövlətin suveren hüququdur. Azərbaycan bu günədək ərazisində çoxsaylı hərbi təlimlər, o cümlədən tərəfdaş ölkələrin iştirakı ilə birgə təlimlər keçirib. Laçın rayonunda başlanılan birgə taktiki təlim də məhz bu qəbildən olan və bölgədə sabitliyin təmin olunmasına xidmət edən addımdır. Ermənistan XİN-in diqqətinə çatdırırıq ki, regional sülhə və təhlükəsizliyə təhdid dövlətin öz ərazisində hərbi təlim keçirməsi yox, Ermənistanın uzun illər ərzində tətbiq etdiyi kimi, digər dövlətin ərazilərinə iddialar irəli sürmək, hərbi təcavüz siyasəti yürütmək, digər dövlətin ərazilərini işğal altıda saxlamaq və nəhayət, beynəlxalq hüququn prinsiplərini tapdalamaqdır. Əgər Ermənistan bölgədə sülh və təhlükəsizliyin təmin olunmasını istəyirsə, o zaman özünün də imza atdığı öhdəliklərin icrasına riayət etməlidir”, - deyə XİN-in bəyanatında deyilir.
Bir sıra siyasi analitiklərə görə, birgə hərbi təlimlərin müharibədən sonra ilk dəfə işğaldan azad bölgədə keçirilməsi Moskvanı da narahat edə bilərdi. Çünki Qarabağda özünün “üsul-idarəsini” qurduğunu zənn edən Rusiya Türkiyə kimi güclü ordunun Laçında keçirdiyi birgə təlimlərin alt yapısındakı mesajı oxumamış deyil. O səbəbdən Ermənistanın bəyanatında Moskvanın qarant ölkə olduğu 10 noyabr razılaşmasının şərtlərinin pozulduğu iddiası qabardılır. Ehtimal ki, Rusiya da diplomatik kanallarla bu təlimlərə etiraz etsin və ya İrəvanı qızışdırıcı addımlara sövq etsin. O səbəbdən Azərbaycan ehtiyatı əldə verməməli, Qarabağda təxribatlara hazır olmalıdır.
Sülhəddin Əkbər
Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər “Yeni Müsavat”a bildirib ki, burada başlıca məsələ ikinci Qarabağ savaşında Azərbaycanın həm qlobal, həm regional geopolitik durumu düzgün dəyərləndirməsi, operativ-taktiki planda düzgün müttəfiq və tərəfdaşlar seçməsidir:
“Məsələnin kökündə bu dayanır. Ermənistana burada böyük əhəmiyyət verilməməlidir, çünki bu, strateji məsələ olduğuna görə burada strateji oyunçunu-Rusiyanı nəzərə almaq lazımdır.
Rusiya bu vəziyyətdən çox narahatdır. Çünki ikinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsi ortadadır və bu müharibədən sonrakı dövrdə də Azərbaycan özünün münasibətlər sistemini inkişaf etdirir.
İkinci Qarabağ müharibəsinin geopolitik nəticələrindən biri də budur ki, Türkiyə legitim şəkildə regiona daxil oldu. Şuşa Bəyannaməsinin imzalanması ilə Türkiyə-Azərbaycan münasibətləri strateji müttəfiqlik səviyyəsinə yüksəldi. Bütün bunlar Rusiyanı narahat etməyə bilməz. Ermənistan isə bütün bunlardan qorxuya düşüb.
Ermənistan qorxu içindədir. Onları narahat edən və qoxudan əsas məsələ qeyd etdiyim münasibətlərin inkişafıdır. Birgə hərbi təlimlər isə təbii ki, bu münasibətlərin inkişafı çərçivəsində həyata keçirilir. Qarşıda hələ Ermənistanın qorxusunu daha da artıracaq ”Üç qardaş-2021"- Azərbaycan-Türkiyə-Pakistan birgə hərbi təlimləri olacaq. Rusiya təbii ki, bundan da narahat olacaq. Çünki bu təlimdə də geopolitik mesaj var. Bu təlimin yerinin Azərbaycan ərazisi seçilməsi də təsadüfi deyil. Yəni 10 noyabr üçtərəfli razılaşması tam yerinə yetirilməzsə, Azərbaycan istənilən an həmin razılaşmadan çıxar və Laçın dəhlizini də bağlaya bilər. Bundan sonra ermənilər və dəstəkçiləri ortada qalan kiçik “kotyol”da nə edəcəklər?!
Birgə təlimin Laçında keçirilməsi ilə bax bu mesaj verilir. Bu mesaj ilk növbədə Rusiyaya verilir ki, təxribatlar durdurulsun, Ermənistan 10 noyabr razılaşmasından irəli gələn addımları atsın".
S.Əkbərin sözlərinə görə, Azərbaycan Müdafiə Nazirliyinin son gördüyü bu tədbir adekvat tədbirlərdən biridir, çox yerində, düzgün atılmış addım idi ki, “Rusiya ”sülhməramlıları"nın nəzarət zonasından Azərbaycan tərəfinə atılan atəş çox effektiv şəkildə susduruldu:
“Rusiyanın narahatlığı, Ermənistanın qorxusu getdikcə artacaq. Narahatlıq və qorxu artdıqca, müxtəlif təxribat cəhdlərinə əl atılacağı da gözləniləndir. Mən əvvəllər də demişəm ki, bir müddət sonra Rusiya ilə həm bizim, həm də Türkiyənin münasibətləri gərginləşəcək və müəyyən bir nöqtədə kəskinləşəcək. Bunu gözləmək və buna hazırlıqlı olmaq lazımdır. Çünki bu, zaman məsələsidir.
Artıq Türkiyə Azərbaycanın beynəlxalq təhlükəsizlik təminatçısıdır. Rusiyanı narahat edən və narazı salan münasibətlərimizin bu səviyyəyə gəlib inkişaf etməsidir. İndi də Pakistan qeyd etdiyim prosesə cəlb olunur. Bu da Azərbaycanın beynəlxalq təhlükəsizlik təminatının gücləndirilməsi istiqamətində atılan növbəti addımdır. Rusiyanı bu da narahat edir.
Ermənistanın ən müxtəlif təxribatlara əl atacağı gözləniləndir. Azərbaycan hər an hazırlıqlı olmalıdır. Ümumiyyətlə, kəşfiyyat, təhlükəsizlik və müdafiə sahəsi elə bir sahədir ki, mümkün olan bütün variantlar qiymətləndirilir, ehtimallar sırasına görə düzülür və buna uyğun da hazırlıqlar görülür. Odur ki, Azərbaycanın hərbi müvafiq qurumlarının hazırlıqları ciddi şəkildə olmalıdır".
S. Əkbərin fikrincə, biz Rusiyaya göstərməliyik ki, onun Azərbaycana olan hər bir təzyiqi Azərbaycanı yolundan döndərmir, Azərbaycanı Rusiyaya tərəf gətirmir, Azərbaycan əvvəlki kimi baş əyib Rusiyanın dizinin dibində oturmur. Əksinə, hər bir təzyiq Azərbaycanı Rusiyadan uzaqlaşdırır və Azərbaycanı öz təbii müttəfiqləri ilə yaxınlaşdırır:
“Rusiya bunu bir nöqtədə anlayacaq. Əgər rasional siyasət aparacaqsa, təzyiqləri durduracaq, irrasional siyasət aparacaqsa, Azərbaycana yönəlik daha sərt tədbirlərə əl ata bilər. Bunu da daha çox ermənilərin əli ilə həyata keçirməyə çalışa bilər və biz buna ciddi hazır olmalıyıq”.
Oxşar Xəbərlər
Türkiyə Müdafiə Nazirliyi birgə təlimlə bağlı bəyanat yaydı
Türkiyə Müdafiə Nazirliyi Azərbaycanla birgə keçirilən hərbi təlimlərdən görüntülər paylaşdı - Video
Azərbaycan hərbçiləri Gürcüstanda NATO ilə birgə təlimlərə başladı
4 ölkə Xəzərdə birgə hərbi təlimlər keçirəcək
Xəbər lenti
Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının binasının tikintisi ilə tanışlıq -
FOTOLAR
Mehriban Əliyeva Zəngilandan paylaşım etdi -
FOTOLAR
“Şəfəq” yarımstansiyasının açılışı oldu -
FOTOLAR
Dəhşətli virus SÜRƏTLƏ YAYILIR -
Yeni yoluxmalar aşkarlandı
Quru sərhədlər bu məsələ bitdikdən sonra AÇILACAQ
İlham Əliyev və Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər -
FOTOLAR
DİN-in şəxsi heyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
SON DƏQİQƏ!
Azərbaycanda zəlzələ oldu
Bazar gününün HAVA PROQNOZU
Restorandan çıxarkən ov tüfəngi ilə vuruldu-
Zaqatalada hadisə
Bu vitaminləri ehtiyacınız olmadan qəbul etməyin -
XƏBƏRDARLIQ
25 yaşlı oğlan işlədiyi bağda öldü
İran öz neftini daşıyan tankerə hücum edib
Pendir əhvalı yaxşılaşdırır
Həftəsonu bu yollar bağlı olacaq
Mehriban Əliyeva Qələbə Günü ilə bağlı paylaşım etdi -
FOTO
“Yaralıdır, amma müharibəni idarə edir” -
Xamenei ilə bağlı yeni iddia
Bu gün faşizm üzərində qələbənin ildönümüdür
Bu şəxslər almadan uzaq durmalıdır —
Həkim
Ölkəmizdə hantavirusa yoluxma olub? —
RƏSMİ
Yaşıllıqlara 149 520 manat məbləğində ziyan dəyib
Ayan Babakişiyeva TANINMAZ HALDA -
FOTO
BU ŞƏXSLƏRƏ 2750 MANAT YARDIM ÖDƏNİLDİ
-Nazirlik məlumat yaydı
Heydər Əliyev- dünənimizi xilas, bugünümüzü və gələcəyimizi təyin edən lider.
Bu rayonlarda qaz olmayacaq
12 aprel imtahanlarının nəticələri AÇIQLANDI
Prezident bu qanuna dəyişiklik etdi
Rayonlara yağış və qar yağır
Prezidentdən prokurorluqla bağlı QƏRAR
Azərbaycan neftinin qiyməti ilə bağlı SON DƏQİQƏ XƏBƏRİ
Bu gün işdən 1 saat tez çıxacağıq
Azərbaycanlı qadınlar Türkiyə, BƏƏ və Pakistanda cinsi istismara məruz qalıblar
Pensiyalar bu tarixdə kartda olacaq —
RƏSMİ
Avtomobil 1-ci sinif şagirdini vurub öldürdü
Hamının axtardığı o üsul —
Saçlar günlərlə təmiz qalacaq
İran BƏƏ ərazisinə zərbələr endirir -
RƏSMİ
Dünyanın ən sağlam ədviyyatı seçildi — Zəncəfil deyil
Bu tarixdə qısa iş günü olacaq
Bakıdakı kirayə evlərlə bağlı
VACİB XƏBƏR
Ləğv edilən qurumların rəhbərləri kimdir? -
MARAQLI FAKTLAR
Akif İslamzadə xəstəxanaya yerləşdirildi
Baş nazir qazla bağlı yeni qərar imzaladı
İcra başçısı onu vəzifədən azad etdi -
FOTO
10 mayda başlayır -
RƏSMİ
Xaçmazda narkotiklə bağlı 2 nəfər saxlanıldı
Pezeşkiandan Müctəba Xamenei ilə bağlı SON DƏQİQƏ açıqlaması
Sızanaqları yox edən möcüzəvi su —
Dərini şüşə kimi parlaq edəcək
Azərbaycan kartofu rusiyalı fermerləri müflis etdi
Allergiyanı azaldan göyərti:
Azərbaycanda da yetişdirilir
Kredit götürmək istəyənlərin diqqətinə — Faizlər qalxa bilər
PRİZMA
SEPAH bütün gəmiləri Hörmüz boğazından İranın marşrutu ilə keçməyə çağırıb
MÜSAHİBƏ
1
2
3
4
5
6
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
Himnimizin müəllifi kimdir?
-MÜSAHİBƏ
TƏHLİL
ABŞ Senatında İran dilemması
-Müharibə, məsuliyyət və seçki riski
SOSİAL
1
2
3
4
5
6
Bazar gününün HAVA PROQNOZU
Bu vitaminləri ehtiyacınız olmadan qəbul etməyin -
XƏBƏRDARLIQ
Pendir əhvalı yaxşılaşdırır
Həftəsonu bu yollar bağlı olacaq
Bu şəxslər almadan uzaq durmalıdır —
Həkim
Ayan Babakişiyeva TANINMAZ HALDA -
FOTO