Ermənistan parlament komissiyasının adına "artsax" sözünü yazmaqdan imtina etdi

Ermənistan Parlamenti Dövlət və Hüquq Məsələləri Komissiyası tərəfindən keçirilən iclasda xarici əlaqələr komissiyasının adına "artsax" toponiminin əlavə edilməsi təklifini rədd edib.
Sozcu.info“Sputnik Armenia”ya istinadla xəbər verir ki, bəhs edilən təklif "Ermənistan" fraksiyasının nümayəndəsi Ağvan Vardanyan tərəfindən gündəmə gətirilib. Qaydaya görə, yeni struktur, "xarici əlaqələr və Artsax üzrə daimi komissiya" - adlandırılmalı idi.
Qərar Ermənistan parlamentində səs çoxluğu ilə rədd edilib.
Qeyd edək ki, “artsax” sözü Ermənistan tərəfindən uydurulan qondarma respublikaya verilən addır.


Oxşar Xəbərlər

Xəbər lenti