Daşnak deputat vitse-spiker olacaq

"Daşnaksütyun" partiyasının millət vəkili İşxan Saqatelyan müxalifətdən parlamentinin vitse-spikeri vəzifəsinə namizəd irəli sürülüb.
Sozcu.info “Sputnik Armenia”ya istinadla xəbər verir ki, təklif Robert Köçəryanın rəhbərlik etdiyi "Ermənistan" blokundan gəlib.
İşxan Saqatelyan jurnalistlərə verdiyi müsahibədə vitse-spiker vəzifəsinə namizəd olacağını təsdiqləyib.
Xatırladaq ki, bir müddət əvvəl müxalif "Ermənistan" və "Şərəfim var" fraksiyaları Ermənistan parlamentinin sədr müavini vəzifəsinə vahid namizədin irəli sürülməsi barədə qərar qəbul edib.
Ermənistan qanunlarına görə, parlamentin üç vitse-spikerindən biri müxalifətin nümayəndəsi olmalıdır.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}