“Paşinyan Batumidə 3-4 saatlığına "yoxa çıxıb"” – “İndiyədək o vaxt hara getdiyi bilinmir...”

Bir neçə gün öncə Nikol Paşinyan Gürcüstan Respublikasına rəsmi səfər etdi. Rəsmi açıqlamaya görə,  səfər Batumi şəhərində "Gürcüstanın Baş naziri ilə qeyri-formal görüş"lə başa çatıb.  Baş nazirin Batuma səfəri də erməni cəmiyyətinin əhəmiyyətli bir hissəsi, illah da Rusiyanın bəzi siyasi dairələri tərəfindən birmənalı qarşılanmadı. Amma indi məsələ bu deyil.
Səfərin "Batumi hissəsi" haqda diqqətəlayiq detallar məlum olub”.
 
Sozcu.info xəbər verir ki, bunu Ermənistanın “Pact” nəşri yazıb.
 
“Gürcüstandakı mənbələrimizə görə, Paşinyan həmin gün Batumidə təxminən 3-4 saatlığına "yoxa çıxıb". Və nə Gürcüstan tərəfinin, nə də baş nazirin ofisindən onun harada olduğunu biliblər. Həmin vaxt onu kimin müşayiət edib -etmədiyini də öyrənmək mümkün olmayıb. O vaxt Paşinyanın harada olduğu indiyədək bilinmir” – deyə erməni nəşri məlumatın davamında yazır.
 


Oxşar Xəbərlər

Xəbər lenti