Gürcüstan parlamentinin iclasında əlbəyaxa dava
-VİDEO
Azərbaycan nefti bir dollar bahalaşıb
Kadir İnanır vəfat etdi
“Mən kişi kimi qadınam” - Renka
SON DƏQİQƏ!
Nəriman Həsənzadə xəstəxanaya yerləşdirildi
Son beş ayda Azərbaycanda cəzaçəkmə müəssisələrində 31 nikah qeydə alınıb
“Narkotik asılılığı qarşısı alına və müalicə oluna bilən xəstəlikdir”
Zakir Həsənov Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunu təbrik edib
Bu günkü yürüşdən maraqlı anlar -
FOTOLAR
Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir
AZAL təyyarə parkına ilk yeni nəsil “Airbus A321neo”nu əlavə etdi-
Fotolar
İlham Əliyevin qalibiyyət raportu Ali Baş Komandan Heydər Əliyevə verilirdi…
Əvvəlki
Sonrakı
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib
Dünən, 21:14
İlham Əliyev Sərdar Berdiməhəmmədovu Füzulidə qarşıladı
-FOTO
23-06-2026, 12:29
Bakının bəzi ərazilərində işıq kəsiləcək
23-06-2026, 00:52
İrandan sonra növbəti hədəfini açıqladı
16-06-2026, 09:32
Milli Qurtuluşdan tarixi zəfərə
15-06-2026, 11:07
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Prezidentin Vətən Müharibəsi dövründə işlətdiyi 10 məşhur ifadə
Vətən Müharibəmiz hər şeydən əlavə, Azərbaycan dilinin frazeoloji ehtiyatlarını da xeyli zənginləşdirdi. Psixoloji-emosional atmosferin maksimum qatılaşdığı həmin günlərdə Dövlət Başçımızın hər bir maraqlı ifadəsi dərhal qanadlanaraq, dillərə düşürdü.
Peşəkar diplomat olan İlham Əliyev hətta ən gərgin anlarda belə, hisslərinə və nitqinə nəzarəti əsla itirmirdi. Amma o, diplomat və siyasətçi olmaqdan əlavə, həm də Azərbaycan vətəndaşıdır, ona görə bəzən hisslərini əsl, sadə xalq dilində ifadə etmək lüksünü özünə rəva görmüşdü. Yaxşı ki, görmüşdü. Hisslər burulğanı yaşadığımız o günlərdə bu sözlərin hər biri bizim üçün qiymətsiz idi. Elə indi də elədir.
1. “Nooldu, Paşinyan?”
Vətən Müharibəsi dövrünün ən məşhur ifadəsi, sözsüz ki, budur. Bu sözlər geniş xalq yaradıcılığına rəvac verdi, onun əsasında mahnılar yazıldı, meyxanalar qoşuldu, internetin “Youtube”dan “TikTok”a qədər bütün künc-bucağı bu səslə əks-səda verdi: “Nooldu, Paşinyan?!”
İlham Əliyev bu meqapopulyar, hətta əfsanəvi ifadəni ilk dəfə oktyabrın 26-da xalqa müraciət zamanı işlətmişdi:
- Bəs, Cəbrayıla yol çəkirdin, Paşinyan? Nə oldu? Hanı bu yol? Bəs, Şuşada parlament binası tikirdin? Nə oldu o? Cəhənnəmə getdi!
İkinci dəfə isə Ali Baş Komandan
noyabrın 10-da xalqa Qələbə müraciətində
bu ifadəni işlətdi:
- Mən onlara muxtariyyət təklif edəndə razı olmadılar, dedilər ki, yox, bu, “müstəqil dövlətdir”. Bunlar uzun illərdir “müstəqil dövlət” kimi yaşayır və Azərbaycandan müstəqillik almalıdırlar. Bir kəlmə də yoxdur, Paşinyan. Nə oldu bəs?!..
Bu “nə oldu, Paşinyan?” deyəsən, çox illər ərzində dillərdə qalacaq. Nə oldu Paşinyan, yol çəkirdin Cəbrayıla?! Rəqs edirdin, nə oldu bəs status?
Cəhənnəmə getdi status, gora getdi status, gorbagor oldu status, yoxdur status və olmayacaq! Nə qədər ki, mən Prezidentəm, olmayacaq!
Amma sonra bu sözləri daha Cənab Prezidentin dilindən eşitmədik. Səbəbini təxminən bir il sonra “CNN-Türk” kanalına müsahibəsində açıqladı: Mehriban xanım ondan daha bu ifadəni işlətməməyi xahiş edibmiş. Kübar, alicənab, mədəni və ziyalı birinci xanımın yanaşmasını anlayırıq, amma Paşinyana ayrı necə xitab etmək olar axı?! “Nooldu, Paşinyan?!” – mümkün variantların arasında optimalı idi…
2. “İti qovan kimi qovuruq”
- Mən 27 sentyabr hadisələrindən əvvəl Ermənistana demişdim,
gəl, təkbətək vuruşaq. Baxaq kim-kimdir! İndi nə oldu?
– Prezident oktyabrın 4-də xalqa ikinci müraciəti zamanı soruşmuşdu -
Paşinyan hər gün bir dünya liderinə zəng edir. Hər gün! Mən heç kimə zəng etməmişəm, heç bir liderə zəng etməmişəm. Təmaslarım olub, mənə zəng ediblər. Amma o, adam qalmayıb ki, zəng etməsin, yalvarmasın, emissar göndərməsin, ağlamasın, onların ayağına yıxılmasın. Bax, budur bunun sonu. Əgər bizimlə normal dildə danışsaydı, bizim müqəddəs şəhərimizi murdarlamasaydı, əlbəttə, biz ümidlərlə yaşayıb, çalışardıq ki, bu məsələ danışıqlar yolu ilə həll olunsun. Amma hər addım təxribat, hər addım təhqir və hesab edir ki, biz bununla barışacağıq?!
İndi biz göstərdik kim-kimdir. İti qovan kimi qovuruq onları! Azərbaycan əsgəri onları iti qovan kimi qovur!
İşğal edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırılır! Onların səngərlərində Azərbaycan əsgəri dayanır! Onların postları bizim əlimizdədir! Onların tanklarını biz sürürük! Onların digər silahlı texnikaları bizim əlimizdədir, yük maşınları bizim əlimizdədir!
Bütün ölkədə ayaq üstə alqışlanan bu sözlər Prezidentin dilindən
müharibənin birinci həftəsinin tamamında bizim açıq-aşkar hərbi üstünlüyümüzün özünəməxsus etirafı idi. Öz rəhbərinə birmənalı, qeydsiz-şərtsiz inanan Azərbaycan xalqı bu tezisi bütün sonrakı dövr üçün əsas götürdü və heç vaxt zərrəcə də olsa, şübhə etmədi ki, “İti qovan kimi qovuruq!”
Məhz bu sözlərdən sonra xalq yaradıcılığının yeni lətifə dalğası da qabardı. Sosial şəbəkədə geniş yayılan
“Cənab Prezident, vallah, başa düşürük nə demək istəyirsən, söy, ürəyini boşalt”
və
“Axşam Cənabın xalqa müraciəti var, uşaqları otaqdan çıxararsınız”
zarafatları “iti qovmaq” ifadəsinə variasiyalar idi.
3. “Dəmir yumruq”
Vətən Müharibəsinin əsas assosiativ simvollarından birinə çevrilən “Dəmir Yumruq” həm Azərbaycanın hərbi gücünü, həm də onun arxa cəbhəsini möhkəmləndirən xalq-iqtidar birliyini ifadə edirdi. Dövlət başçımız bu ifadəni bir neçə dəfə işlətmişdi.
İlk dəfə oktyabrın 20-də xalqa müraciəti zamanı Prezident demişdi ki:
- Bizim yumruğumuz, sadəcə olaraq, düşmənin başını yaran yumruq deyil. Bizim yumruğumuz bizim birliyimizdir, xalqımızın birliyi, məqsədyönlü fəaliyyət, beynəlxalq müstəvidə bizə sərf edən və ədaləti əks etdirən qərarların, qətnamələrin qəbul edilməsidir.
Noyabrın 8-də Şuşanın azad edilməsi münasibətilə
xalqa müraciətində Prezident Dəmir Yumruğun fəlsəfəsini bir az da açmışdı:
- Bu günlərdə dəfələrlə Azərbaycan xalqına müraciət edərək düşmənə yumruq göstərmişdim.
Demişdim ki, bu yumruq elə-belə yumruq deyil. Bu, dəmir yumruqdur. Bu dəmir yumruqla düşmənin başını əzirik və əzəcəyik! Eyni zamanda, bu yumruq birliyimizin rəmzidir. Bax, bu gün Azərbaycan xalqı bu yumruq kimi birləşib! Həmişə belə olacaq!
Bu birlik əbədi olacaq! Bu birlik bizə gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq.
Nəhayət, noyabrın 10-da Paşinyanın kapitulyasiya sənədini nəyin hesabına imzalayacağını Cənab Prezident belə izah etmişdi:
- Onsuz da Paşinyan bunu imzalayacaq. Biz onu məcbur etdik. Ancaq onu hansısa bağlı, qapalı, kameralardan uzaq yerdə, qorxaqcasına, namərdcəsinə imzalayacaq.
Öz xoşu ilə bunu imzalamır. Dəmir yumruğun hesabına imzalayır!
Sonralar isə Ali Baş Komandan Ermənistana bir neçə dəfə də xatlırlatdı ki,
“Dəmir yumruq yerindədir”.
Həmişə də yerində olacaq. Bundan sonra Ermənistan Dəmir Yumruğun altında yaşamağa məhkumdur.
4. “Endir o bayrağı, bük… qoy cibinə”
Kapitulyasiya aktını imzalayandan sonra Ermənistanın Ağdam rayonunu boşaltması münasibətilə noyabrın 20-də Ali Baş Komandan xalqa növbəti müraciətini etdi. İlham Əliyev Ermənistanın bu günə qədər müstəqil dövlət kimi formalaşa bilməməsinə dəqiq diaqnoz qoyaraq, çox dəyərli bir məsləhət verdi:
- Ermənistan bu 30 ilə yaxın müddətdə müstəqil ölkə ola bilmədi, bu gün də müstəqil deyil. Ermənistan faktiki olaraq müstəmləkədir. Siyasi cəhətdən asılı, hərbi cəhətdən asılı, iqtisadi cəhətdən natamam. İdeologiya baxımından çox ziyanlı bir ideoloji əsaslar formalaşdırıblar. Bundan sonra “məğlub edilmiş ölkə” damğası ilə yaşayacaqlar.
Ermənistan müstəqil ölkə kimi yaşaya bilmirsə, gedib başqa ölkənin tərkibinə girsin. Endir o bayrağı dirəkdən, bük, qoy cibinə, get başqa ölkənin tərkibində yaşa.
Aradan keçən bir il Cənab Prezidentin nə qədər haqlı olduğunu əyani şəkildə göstərdi.
5,6,7 “Dabanyalayan”, “düşük”, “təlxək”
Paşinyan hakimiyyətə gələndən sonra iki il ərzində Azərbaycan xalqının əsəblərinə toxunan, hisslərilə oynayan çox addımlar atmışdı. Onun verdiyi
sırtıq, həyasız, başından min dəfə böyük bəyanatlar, Şuşada nümayişkaranə şəkildə içib, yallı getməsi kimi qudurğan hərəkəti bütün xalqın sinirlərinə iynə kimi batırdı. Buna görə də, Paşinyan Azərbaycan xalqının adından doyumlu bir təhqir porsiyasına qonaq edilmək haqqını çoxdan qazanmışdı.
Bunu gözəl bilən dövlət başçımız xalqın həmin sifarişini necə lazımdırsa, ünvanına çatdırdı. Özü də
bir neçə dəfə, ikiqat porsiya ilə!
- Kimə yalvarırsan yalvar, kimin ayağının altına yıxılırsan yıxıl,
kimin dabanlarını yalayırsan yala
- heç kim bizə təsir edə bilməz!
(9 oktyabr)
- Ona görə bu gün artıq özünü
lap dilənçi kimi, lap düşük kimi,
- bağışlayın, ifadəmə görə, amma onlar hər bir ifadəyə layiqdirlər, - aparan Ermənistan rəhbərliyi gecə-gündüz bütün beynəlxalq təşkilatlara zəng edir, məktublar göndərir, bəyanatlar verir ki, niyə, səsinizi çıxarmırsınız? Onlar necə səslərini çıxara bilərlər?
(20 oktyabr)
- Ermənistanı xilas etmək istəyirsinizsə, deyin ki, çıxsın torpağımızdan, dərhal rədd olsun! Şuşada,
Cıdır düzündə sərxoş vəziyyətdə oynayan o təlxək bəyan etsin ki, çıxıram.
Yoxsa, gündə beş-altı dəfə dünya liderlərinə zəng etməklə məsələ düzəlməz.
(26 oktyabr).
Və bonus:
- Bizim məscidlərimizdə donuz saxlayanın özüdür donuz!
(10 noyabr)
Noyabrın 10-da qələbəni qeyd etmək üçün küçələrə axışan insanların əlində bir neçə belə plakat görmüşdüm:
“Düşük, təlxək, donuz Paşik”.
Zərbələr tam hədəfə dəymişdi.
8. “Sən kimsən ki, bizə şərt qoyursan?!”
Paşinyanın Qarabağ nizamlaması ilə bağlı Azərbaycanın qarşısında irəli sürdüyü yeddi şərt, siyasəti və diplomatiyanı bir qırağa qoysaq, hətta məişət prizmasından baxanda da həyasızlığın və qudurğanlığın son həddi idi. Elə bir həyasızlıq ki, nə cavab verəcəyinə çətinlik çəkirsən. İlham Əliyev mümkün ola biləcək ən yüngül cavabı vermişdi:
- Ermənistan rəhbərliyi yaxşı düşünsün, hələ ki, gec deyil.
Bizə yeddi şərt irəli sürür. Sən kimsən ki, bizə şərt qoyasan?! İndi baxım görüm nə şərt qoyursan bizə!
Yıxılıb diz çöküb yalvarırsan ki, atəşkəs bərpa olunsun.
9. “Bu ad sizin başınıza dəysin!”
Gəncənin bombalanması ilə Füzulinin azad edilməsi təxminən eyni vaxtda olduğundan, Prezident onların ikisinə bir müraciətdə toxunmuşdu. Xalqımız
Gəncə üçün ağlayaraq, Füzuliyə sevinir, Füzuli üçün sevinərək, Gəncəyə ağlayırdı. Belə vəziyyətdə qəddimizi dik tutmaq üçün psixoloji üstünlüyümüzü təsbit edəcək bir neçə möhkəm sözə ehtiyac vardı.
Və dövlət başçısı onları dedi:
- Baxın, onlar Füzuliyə hansısa bir eybəcər ad veriblər.
Bu ad sizin başınıza dəysin! Bu ad cəhənnəmə getsin!
Bu ad yoxdur artıq. “Madagiz” adı da yoxdur - Suqovuşandır.
10. "Əziz Şuşa, sən azadsan!"
Azərbaycan tarixinin bəlkə də ən vacib sözlərindən biridir bu.
Bütün xalq sevincdən və qürurdan ağlaya-ağlaya dinləmişdi. Ali Baş Komandan da onu dövlət ərkanının bütün qaydalarına uyğun söyləmişdi: Şəhidlər Xiyabanında, hərbi geyimdə… “Əziz Şuşa, biz qayıtmışıq. Əziz Şuşa, biz səni dirçəldəcəyik”.
Prezident Şuşaya coğrafi obyekt kimi yox, canlı varlıq kimi müraciət edirdi. Heç bir mürəkkəb cümlə, qəliz fikir, dərin fəlsəfə Şuşanın Azərbaycan xalqı üçün önəmini bu sadə sözlər kimi aydın, dəqiq ifadə edə bilməzdi: “Əziz Şuşa, biz qayıtmışıq”. Yəni Əziz Şuşa, fərqindəyik ki, sən sadəcə şəhər deyilsən, sənin ruhun var, sən canlısan,
biz səni qoyub getməklə çox pis iş görmüşdük. Səni yadlar çox incidiblər. Gec qayıtdıqsa, bağışla bizi, Əziz Şuşa, bir də səni qoyub, heç yerə getməyəcəyik!
Oxşar Xəbərlər
“Vətən Müharibəsi Qəhrəmanı”
Azərbaycanda məktəblərdə şəhidlərin adlarına sinif otaqları yaradılıb - FOTO
Vətən müharibəsi iştirakçılarına 10 mindən artıq psixoloji xidmət göstərilib
Vətən Müharibəsi Qəhrəmanlarına ev veriləcək - SƏRƏNCAM
Xəbər lenti
Gürcüstan parlamentinin iclasında əlbəyaxa dava
-VİDEO
Xidmət rəisi “neqodnı” olan vətəndaşlara
- Çağırış etdi
Azərbaycan nefti bir dollar bahalaşıb
Bakının məşhur bazarı sökülür
-KİV
Kadir İnanır vəfat etdi
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib
KRIMDA KÜTLƏVİ "TƏMİZLƏMƏ" ƏMƏLİYYATI - Ukrayna eyni anda 38 strateji obyekti vurdu!
“Mən kişi kimi qadınam” - Renka
SON DƏQİQƏ!
Nəriman Həsənzadə xəstəxanaya yerləşdirildi
Son beş ayda Azərbaycanda cəzaçəkmə müəssisələrində 31 nikah qeydə alınıb
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
Sərhəd Məmmədov – Şərəfli ömrün 80 illik yubileyi
“Narkotik asılılığı qarşısı alına və müalicə oluna bilən xəstəlikdir”
Zakir Həsənov Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunu təbrik edib
Bu günkü yürüşdən maraqlı anlar -
FOTOLAR
Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir
AZAL təyyarə parkına ilk yeni nəsil “Airbus A321neo”nu əlavə etdi-
Fotolar
İlham Əliyevin qalibiyyət raportu Ali Baş Komandan Heydər Əliyevə verilirdi…
Telefonları da izləyəcəklər:
yol kameralarında yeni dövr başladı
Yağış yağacaq -
PROQNOZ
5 polkovnikə “general-mayor” ali hərbi rütbəsi verildi -
ADLAR
MN-in hərbi qulluqçuları təltif edildi -
SİYAHI
Hava ilə bağlı SON DƏQİQƏ xəbərdarlığı -
Sabahdan...
Bəylər Nəcəfov vəzifəsindən azad olundu
TƏBİB-dən əhaliyə VƏD -
İlin sonuna qədər xəstəxanalarda...
Bu dərmanlar ürək çatışmazlığına yol AÇIR
MTN generalı azadlığa çıxdı
Tramp Ankaraya Ərdoğan üçün xoş sürprizlə gedəcək
Bu gün Aşuradır
Bir gecə yuxusuz qalmaq nə ilə nəticələnir? —
Araşdırma
Xankəndi, Xocavənd, Şuşa, Cəbrayıl və Ağdərəyə növbəti köç karvanı yola salındı
Dünya bazarında neft bu qiymətə oldu
Sabah ölkədə qısa iş günü olacaq
KTMT-dən Cənubi Qafqazla bağlı XƏBƏRDARLIQ:
"Vəziyyət kəskinləşəcək"
Pensiya artımı ilə bağlı mühüm xəbər
Peyman Sadıqov Nigar Fərhadın qurucusu olduğu AID GROUP-dan ayrıldı
Bakıda dəhşətli qəza:
Ölən var
Bu yolda hərəkət məhdudlaşdırıldı
SON DƏQİQƏ!
Azərbaycan neftinin qiyməti ilə bağlı VACİB XƏBƏR
Eldar Namazov:
“Türk dünyası renessans yaşayır”
İlham Əliyev konfrans iştirakçılarına müraciət ünvanladı
ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 132 milyard dolları ötüb
Əli Əsədov sərəncam imzaladı
Dənizdə batanlar qohumdurlar, biri evli, üçü subaydır
Polad Bülbüloğlu atasının Şuşadakı ev-muzeyində -
Fotolar
Daşaltı kəndinin fonunda
Fotolar
1200 abonentin qazı kəsiləcək
Narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olundu
Prezidentlərin Şuşa gəzintisindən GÖRÜNTÜLƏR -
Video
Sabah Bakıda və rayonlarda yağış yağacaq
PRİZMA
Sərhəd Məmmədov – Şərəfli ömrün 80 illik yubileyi
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 132 milyard dolları ötüb
SOSİAL
1
2
3
4
5
6
Xidmət rəisi “neqodnı” olan vətəndaşlara
- Çağırış etdi
Bakının məşhur bazarı sökülür
-KİV
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
Yağış yağacaq -
PROQNOZ
Hava ilə bağlı SON DƏQİQƏ xəbərdarlığı -
Sabahdan...
Bir gecə yuxusuz qalmaq nə ilə nəticələnir? —
Araşdırma