Gürcüstan parlamentinin iclasında əlbəyaxa dava
-VİDEO
Azərbaycan nefti bir dollar bahalaşıb
Kadir İnanır vəfat etdi
“Mən kişi kimi qadınam” - Renka
SON DƏQİQƏ!
Nəriman Həsənzadə xəstəxanaya yerləşdirildi
Son beş ayda Azərbaycanda cəzaçəkmə müəssisələrində 31 nikah qeydə alınıb
“Narkotik asılılığı qarşısı alına və müalicə oluna bilən xəstəlikdir”
Zakir Həsənov Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunu təbrik edib
Bu günkü yürüşdən maraqlı anlar -
FOTOLAR
Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir
AZAL təyyarə parkına ilk yeni nəsil “Airbus A321neo”nu əlavə etdi-
Fotolar
İlham Əliyevin qalibiyyət raportu Ali Baş Komandan Heydər Əliyevə verilirdi…
Əvvəlki
Sonrakı
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib
Dünən, 21:14
İlham Əliyev Sərdar Berdiməhəmmədovu Füzulidə qarşıladı
-FOTO
23-06-2026, 12:29
Bakının bəzi ərazilərində işıq kəsiləcək
23-06-2026, 00:52
İrandan sonra növbəti hədəfini açıqladı
16-06-2026, 09:32
Milli Qurtuluşdan tarixi zəfərə
15-06-2026, 11:07
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
İlham Əliyevin fransız tribunasından həmsədrlərə mesajı:
neinki“status”, muxtariyyət də olmayacaq...
Sentyabrın 28-də Azərbaycan Prezidenti İlham Əliyev Fransanın “France-24" (Frans-24) televiziya kanalına müsahibəsində xeyli mühüm məqamlara bir daha aydınlıq gətirdi. Dövlət başçısı həm Fransanın həmsədr ölkə kimi tutduğu mövqeni tənqid etdi, həm Qarabağda ermənilərə hər hansı muxtariyyət verilməyəcəyini növbəti dəfə bəyan etdi, o cümlədən hərbi əsirlərin artıq qaytarıldığını açıqladı.
Sozcu.info xəbər verir ki, Prezident müsahibəsində müharibə zamanı Fransanın özünü dürüst vasitəçi kimi aparmadığını qeyd etdi. Sitat: “Fransa tərəf seçdi - Ermənistanın tərəfini. Özünün hərəkət və bəyanatlarında Azərbaycanı açıq şəkildə ittiham etdi və qərəzli yanaşma nümayiş etdirdi”.
İ.Əliyev jurnalistin sualına cavabınva onu da bildirdi ki, məsələnin həll edilmədiyini deyən həmin ölkələr öz ərazilərində erməniləri yerləşdirmək və ikinci Ermənistan dövləti yaratmaq üzərində düşünsünlər:
“Dağlıq Qarabağ” dedikdə onlar nəyi nəzərdə tuturlar? Hansı sərhədlər çərçivəsində, hansı ərazidə, hansı formada? Həmin sualları cavablandırmaq üçün eyham belə yoxdur. Sizin muxtariyyətlə bağlı sualınıza gəldikdə, Minsk Qrupunun həmsədrləri 28 il sürən mənasız danışıqlarda Azərbaycanın mövqeyindən çox yaxşı xəbərdardırlar. Biz Azərbaycanda yaşayan ermənilərə müəyyən səviyyədə özünüidarəetmə təqdim etməyə hazır idik. Ermənilər hər zaman bunu rədd edirdilər. Onlar hər zaman “yox” deyirdilər - yalnız müstəqillik. İndi isə münaqişə başa çatdığından, onlar muxtariyyət haqqında danışırlar. Bu isə bizim gündəliyimizə daxil deyil. Bu gün Qarabağda Rusiya sülhməramlılarının məsuliyyət zonasında yaşayan ermənilər ölkəmizdə yaşayan digər etnik qrupların nümayəndələri kimi Azərbaycan vətəndaşlarıdır. Onlara muxtariyyət verilməyəcək. Bu, artıq müzakirə mövzusu deyil".
Hərbi əsirlərə gəldikdə, İ.Əliyev bildirib ki, müharibə zamanı əsir götürülmüş bütün hərbi əsirlər Ermənistana qaytarılıb:
“Noyabr Bəyannaməsi imzalandıqdan iki həftə sonra Ermənistanın hərbi komandirləri tərəfindən bizim mövqelərə doğru göndərilmişdilər və beləliklə, dörd azərbaycanlı hərbçini qətlə yetirərək cinayət törətmişlər. Onlar zərərsizləşdirildi və həbs olundular. Cinayətdə iştirakı olmayanların çoxu artıq qaytarılıb. Cinayət törədənlərə isə məhkəmələr tərəfindən cəza müəyyən edilib”. Prezident Minsk Qrupu həmsədrlərinin təklifi olarsa, Ermənistan rəhbərliyi ilə görüşməyə qarşı çıxmayacağını da vurğulayıb. Bir sözlə, dövlət başçısı fransız tribunasından da dünyaya Azərbaycanın hadisələrə baxışını diqqətə çatdırdı. Ona görə regiona səfər edəcəyi gözlənilən həmsədrlərin müzakirə masasında hansısa muxtariyyət, əsirlər deyil, sülh müqaviləsi imzalanması istiqamətində təşəbbüsləri ola bilər. Yəni Prezident nəinki “status”, muxtariyyət belə verilməyəcəyini bəyan etdi. O zaman bu açıqlamaları Minsk Qrupuna səfər öncəsi mesaj kimi qiymətləndirmək olarmı?
Qulamhüseyn Əlibəyli: “Açıq mesajdır ki, onlar hansı məqsədlə bölgəyə gəlirlər, Minsk Qrupunun səfəri mənasızdır”
Aydınlar Partiyasının sədri, hüquqşünas Qulamhüseyn Əlibəyli “Yeni Müsavat”a bildirdi ki, həmsədrlər regiona turist kimi səfər edə bilərlər:
“Prezidentin müsahibəsində ”status" haqda söylədikləri açıq bir mesajdır ki, onlar hansı məqsədlə bölgəyə gəlirlər, niyyətləri nədən ibarətdir. Amma onların istəyi baş tutmayacaq. Çünki həmin ərazilərdə cəmi 20-25 min erməni yaşayır, bu qədər adama status verilməsi mümkün deyil. Məsələn, Kaliforniyada yarım milyon erməni var, əgər istəyirlərsə, orada status versinlər, yaxud Marseldə ermənilərə muxtariyyət versinlər".
Partiya sədrinin fikrincə, Minsk Qrupunun səfəri mənasızdır:
“Bu 30 ildə heç bir iş görməyiblər, münaqişəni dondurulmuş vəziyyətdə saxlayaraq uzadıblar. İndi Azərbaycan özü problemi həll etdikdən sonra mövcudluqlarını göstərmək üçün fəallaşıblar. Artıq qaçqınlar da yurduna qayıtdıqdan sonra Minsk Qrupunun görməli olduğu iş qalmır, bütün məsələlər icra olunub. Ona görə ölkə başçısının Fransa telekanalına müsahibəsində dedikləri haqlı idi, onlara heç bir ”status" nəzərdə tutulmur".
Professor Toğrul İsmayılın sözlərinə görə, əslində münaqişənin hərbi mərhələsi yekunlaşıb, lakin sülh müqaviləsi məsələsi dayanır:
“Lavrovun çıxışında da əsas vurğu Qarabağda Azərbaycan və erməni icmalarının birgəyaşayışı məsələsi idi. Bu ərazilərdə erməni tərəfinin süni dövlət qurmaq cəhdləri artıq başa çatıb, beynəlxalq ictimaiyyət tərəfindən də reallıq qəbul olunur. Ona görə ilk baxışda Minsk Qrupunun fəaliyyətinin bitdiyi anlama gələ bilər, ancaq həmsədrlər sülh sazişi üçün danışıqlarda vasitəçi ola bilər. Ona görə cənab Prezident Fransa telekanalına müsahibəsində Qarabağda ”erməni dövləti" məsələsi deyil, iki ölkə rəhbərinin görüşünə işarə etdi".
Toğrul İsmayıl: “Əgər həmsədrlər Xankəndinə icazəsiz gedərsə, Azərbaycan üç ölkəyə nota verərək birdəfəlik bağlantını kəsməlidir”
T.İsmayıl hesab edir ki, Minsk Qrupunun missiyası başa çatıb, yalnız sülh sazişi üçün vasitəçilik edə bilər:
“Onlar hər iki ölkəyə təzyiq mexanizminə sahib deyillər. Qarabağda qondarma respublika qurulması artq gündəmdən çıxıb. Azərbaycan hərbi əməliyyatlarla Qarabağda de-fakto dövlət anlayışını belə puça çıxardı. Yəni ermənilər orada hansısa dövlət qurmaq iqtidarında deyil”.
Professorun fikrincə, həmsədrlərin Xankəndinə səfər istəyinə təbii baxmaq lazımdır:
“Münaqişə bu ərazi üzərindədir, orada erməni əhali var. Biz niyə Lavrovun ”Stepanakert" deməsi haqda çox düşünməli deyilik, çünki rusca adı belədir, həm də onun içindəki niyyət ortaya çıxır, burada ciddi bir problem görmürəm, Azərbaycan yavaş-yavaş bu adları da öz adına qaytaracaq. Sadəcə, həmsədrlər Xankəndinə gedərkən Azərbaycan ərazisindən Şuşa üzərindən keçməklə getməlidirlər. Azərbaycanlılar orada necə yaşamaqla bağlı təminat verir, ancaq məsələ tək bizlik deyil, beynəlxalq qurumlar bunu müzakirə edəcək, ermənilərin fikrini öyrənəcəklər. Odur ki, həmsədrlərin gəlişinə xoş ziyarət kimi baxmaq lazımdır. Sadəcə, Azərbaycan elə etməlidir ki, üçüncü ölkə təmsilçiləri bura getməsinlər. Bu funksiya üzərimizə düşür - diplomatlar, İran maşınları icazəsiz keçməməlidirlər. Əgər həmsədrlər icazəsiz gedərsə, Azərbaycan üç ölkəyə nota verərək birdəfəlik bağlantını kəsməlidir. Amma ehtimal etmirəm ki, bizim icazəmiz olmadan həmsədrlər ora getsinlər. Əslində Laçın dəhlizini açıq qoymuşuq, oradan getmələri üçün problem də yoxdur. Sadəcə, bu məsələdə Azərbaycan iradə göstərməlidir. Ermənistan üzərindən getsələr, təbii olaraq nota verməliyik".
Şair Ramaldanov: “Hərbi əsirlərlə bağlı suala Prezident aydın fikrini bildirdi, hansı humanistlik ola bilər?”
Polkovnik Şair Ramaldanov Fransa telekanalının əməkdaşının hərbi əsirlərlə bağlı sualına Prezidentin aydın fikrini bildirdiyini düşünür. Onun sözlərinə görə, cinayətkara qarşı humanistliyin bir rəngi var:
“Bir var cinayətkar oğurluq etsin, bir də var insan qətlə yetirsin, özü də məqsədyönlü şəkildə... Buna hansı humanistlik ola bilər? Onların törətdiyi cinayətlər sübut olunub və müvafiq sənədlər əsasında hüquqi qiymət verilib. Azərbaycan buna qədər çoxlu humanizm nümayiş etdirib”.
Polkovnik yada saldı ki, Azərbaycan müharibə dövründə dəfələrlə atəşkəsə hazır olduğunu bildirib, cəsədlərin ermənilərə verilməsi ilə bağlı onların müraciətlərinə müsbət yanaşıb, amma özləri bir sıra hallarda bundan imtina ediblər:
“Cənab Prezident açıq şəkildə hərbi əsirlərin kim olduğunu hüquqi cəhətdən izah etdi. Düşünürəm ki, humanizmdən söhbət gedə bilməz. O adam terrorçuluq niyyəti ilə addım atırsa, ona heç bir yumşaqlıq ola bilməz. O baxımdan Prezident bütün suallara düzgün cavab verərək aydınlıq gətirdi. Lakin əgər humanizm göstərmək üçün qanuna hər hansı zidd hal olmasa, əlbəttə, Azərbaycan dövləti hər zaman olduğu kimi, öz humanistliyini göstərə bilər. Bunun üçün qanunvericiliyə baxmaq lazımdır”.
Oxşar Xəbərlər
İlham Əliyev: “Səmimi desəm, müharibə zamanı Fransa özünü dürüst vasitəçi kimi aparmadı”
İlham Əliyev “France 24” televiziya kanalına müsahibə verib - FOTO
İlham Əliyev:
Prezident:
Xəbər lenti
Gürcüstan parlamentinin iclasında əlbəyaxa dava
-VİDEO
Xidmət rəisi “neqodnı” olan vətəndaşlara
- Çağırış etdi
Azərbaycan nefti bir dollar bahalaşıb
Bakının məşhur bazarı sökülür
-KİV
Kadir İnanır vəfat etdi
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib
KRIMDA KÜTLƏVİ "TƏMİZLƏMƏ" ƏMƏLİYYATI - Ukrayna eyni anda 38 strateji obyekti vurdu!
“Mən kişi kimi qadınam” - Renka
SON DƏQİQƏ!
Nəriman Həsənzadə xəstəxanaya yerləşdirildi
Son beş ayda Azərbaycanda cəzaçəkmə müəssisələrində 31 nikah qeydə alınıb
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
Sərhəd Məmmədov – Şərəfli ömrün 80 illik yubileyi
“Narkotik asılılığı qarşısı alına və müalicə oluna bilən xəstəlikdir”
Zakir Həsənov Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunu təbrik edib
Bu günkü yürüşdən maraqlı anlar -
FOTOLAR
Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir
AZAL təyyarə parkına ilk yeni nəsil “Airbus A321neo”nu əlavə etdi-
Fotolar
İlham Əliyevin qalibiyyət raportu Ali Baş Komandan Heydər Əliyevə verilirdi…
Telefonları da izləyəcəklər:
yol kameralarında yeni dövr başladı
Yağış yağacaq -
PROQNOZ
5 polkovnikə “general-mayor” ali hərbi rütbəsi verildi -
ADLAR
MN-in hərbi qulluqçuları təltif edildi -
SİYAHI
Hava ilə bağlı SON DƏQİQƏ xəbərdarlığı -
Sabahdan...
Bəylər Nəcəfov vəzifəsindən azad olundu
TƏBİB-dən əhaliyə VƏD -
İlin sonuna qədər xəstəxanalarda...
Bu dərmanlar ürək çatışmazlığına yol AÇIR
MTN generalı azadlığa çıxdı
Tramp Ankaraya Ərdoğan üçün xoş sürprizlə gedəcək
Bu gün Aşuradır
Bir gecə yuxusuz qalmaq nə ilə nəticələnir? —
Araşdırma
Xankəndi, Xocavənd, Şuşa, Cəbrayıl və Ağdərəyə növbəti köç karvanı yola salındı
Dünya bazarında neft bu qiymətə oldu
Sabah ölkədə qısa iş günü olacaq
KTMT-dən Cənubi Qafqazla bağlı XƏBƏRDARLIQ:
"Vəziyyət kəskinləşəcək"
Pensiya artımı ilə bağlı mühüm xəbər
Peyman Sadıqov Nigar Fərhadın qurucusu olduğu AID GROUP-dan ayrıldı
Bakıda dəhşətli qəza:
Ölən var
Bu yolda hərəkət məhdudlaşdırıldı
SON DƏQİQƏ!
Azərbaycan neftinin qiyməti ilə bağlı VACİB XƏBƏR
Eldar Namazov:
“Türk dünyası renessans yaşayır”
İlham Əliyev konfrans iştirakçılarına müraciət ünvanladı
ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 132 milyard dolları ötüb
Əli Əsədov sərəncam imzaladı
Dənizdə batanlar qohumdurlar, biri evli, üçü subaydır
Polad Bülbüloğlu atasının Şuşadakı ev-muzeyində -
Fotolar
Daşaltı kəndinin fonunda
Fotolar
1200 abonentin qazı kəsiləcək
Narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olundu
Prezidentlərin Şuşa gəzintisindən GÖRÜNTÜLƏR -
Video
Sabah Bakıda və rayonlarda yağış yağacaq
PRİZMA
Sərhəd Məmmədov – Şərəfli ömrün 80 illik yubileyi
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 132 milyard dolları ötüb
SOSİAL
1
2
3
4
5
6
Xidmət rəisi “neqodnı” olan vətəndaşlara
- Çağırış etdi
Bakının məşhur bazarı sökülür
-KİV
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
Yağış yağacaq -
PROQNOZ
Hava ilə bağlı SON DƏQİQƏ xəbərdarlığı -
Sabahdan...
Bir gecə yuxusuz qalmaq nə ilə nəticələnir? —
Araşdırma