Nəriman Həsənzadənin SON DURUMU
General bu vəzifəyə gətirilə bilər -
FOTO
SON DƏQİQƏ! Ceyhun Bayramov Hakan Fidanla danışdı
Elman Himayətoğluna yeni vəzifə verildi
AZAL Bakı–Naxçıvan reyslərini ləğv etdi
Bakıda ŞOK! 15 mərtəbəli binanın damında mənzil tikib, satışa çıxardılar
Vidio
İtkin kimi axtarılırdı, meyiti göldə tapıldı
Xaricdə təhsil adı ilə möhlət almaq istəyənlərə pis xəbər
Neft həftəni fevral qiyməti ilə başa vurdu
Bu gün UFC Fight Night Baku keçiriləcək
Gürcüstan parlamentinin iclasında əlbəyaxa dava
-VİDEO
Azərbaycan nefti bir dollar bahalaşıb
Əvvəlki
Sonrakı
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib
26-06-2026, 21:14
İlham Əliyev Sərdar Berdiməhəmmədovu Füzulidə qarşıladı
-FOTO
23-06-2026, 12:29
Bakının bəzi ərazilərində işıq kəsiləcək
23-06-2026, 00:52
İrandan sonra növbəti hədəfini açıqladı
16-06-2026, 09:32
Milli Qurtuluşdan tarixi zəfərə
15-06-2026, 11:07
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Türkiyə qırıcıları İranın hədə dişini qıracaq - Azərbaycanın iradəsi Tehranı susduracaq
İran-Azərbaycan münasibətləri kritik mərhələyə gəlib, müharibə öncəsi durumu xatırladır. İran Ermənistana görə qonşusu və dindaşı Azərbaycanla üz-göz olub. Bu, İran üçün utancverici, biabırçı vəziyyət olmalıdır, əslində.
Düzdür, İranın Azərbaycanla münasibətinin korlanmasında öz maraqları var. Amma bu böhrana İranın Ermənistan üzərindən Qarabağa göndərdiyi yük maşınları səbəb oldu. Azərbaycan İranın qanunsuzluğunu və mənəviyyatsızlığını isbat edəndən sonra rəsmi Tehran geri çəkilmək əvəzinə, üstümüzə gəldi, ölkəmizi suçladı. “Sionist rejim” terminini işlətdi. Ali dini lider Xameneinin məlum bəyanatı isə gərginliyi daha da artırdı. Ardından İran xarici işlər naziri Azərbaycanı təhdid etdi.
Dünən isə İran hava məkanını Azərbaycandan Naxçıvana uçan hərbi təyyarələr üçün bağladı.
Azərbaycan tərəf indiyədək olanlara reaksiya verdi. Xameneinin Azərbaycandakı nümayəndəsi höccətülislam Seyid Əli Əkbər Ocaqnejadın Bakıda fəaliyyət göstərən ofisi bağlandı.
Ən tutarlı cavab isə Naxçıvanda Türkiyə qırıcılarının havaya qaldırılması oldu.
Naxçıvanda Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimin adına diqqət edək: “Sarsılmaz qardaşlıq-2021”.
İranın ölkəmizə qarşı tutduğu mövqeyə ən tutarlı cavab Türkiyə ilə birgə hərbi təlimlərdir. Rəsmi Tehran Türkiyə-Azərbaycan qardaşlığından, müttəfiqliyindən, birgə hərbi təlimlərdən çox narahatdır. Artıq Türkiyə ilə Azərbaycanın arasındakı münasibətlər mənəvi, fəlsəfi, poetik mərhələni keçib. Ortada daha ciddi, daha real müttəfiqlik var. Bu müttəfiqlik Türkiyə və Azərbaycan prezidentlərinin imzaları ilə rəsmi müqavilə şəklində təsdiqlənib. İyunun 15-də Şuşada imzalanan Şuşa Bəyannaməsi Azərbaycana qarşı ola biləcək hərbi aqressiyalarda Türkiyənin hansı mövqe tutacağını bəlli edir. Bu, boşuna “İkinci Qars müqaviləsi” adlandırılmır. İlham Əliyev ötən il xalqa telemüraciətlərində də bunun anonsunu vermişdi. Prezident Türkiyə qırıcılarının Azərbaycanda olmasından danışarkən demişdi ki, Azərbaycana 3-cü ölkə tərəfindən hərbi aqressiya olacağı təqdirdə F-16-lar havaya qalxacaq.
İndi əsas suallardan biri budur: Azərbaycanla İran qarşıdurmasında bizə qahmar çıxacaq dövlətlər hansılar olacaq? Türkiyənin mövqeyi bəllidir. Qardaş ölkənin Azərbaycanı bütün növ təhdidlərdən müdafiə edəcəyinə şübhə yoxdur. 44 günlük müharibədə və sonrakı mərhələdə Türkiyə öz ordusu, siyasəti, diplomatiyası ilə Azərbaycanın yanında olduğunu sübut etdi.
Bəs Qərbin mövqeyi necədir? Bu sualdan sonra ilk ağıla gələn ölkə ABŞ-dır. Amerika İranla gərgin münasibətlərimizin olduğu bugünlərdə sanki seyrçi mövqedədir.
Yəqin ki Ağ Evdə, Pentaqonda bu prosesə iki qonşu ölkənin sıradan söz və diplomatiya atışması kimi baxmırlar. Tərəflərdən biri (İran) ABŞ-ın düşməni, digəri (Azərbaycan) Birləşmiş Ştatların regionda ən etibarlı və vacib portnyorudur. Azərbaycan Amerika üçün önəmlidir, vazkeçilməzdir. Hələ İranla müharibə vəziyyətindəyiksə, Azərbaycanın önəmi ABŞ üçün daha da artmalıdır.
Avropa Birliyi üçün durum dəyərləndirməsi nədir? Adətən, AB-ın aparıcı dövlətləri (Almaniya, Fransa) Amerikanın Şərqdəki hərbi-siyasi düşmənlərinə, rəqiblərinə qarşı çıxmır, əksinə, onlarla əməkdaşlığa üstünlük verirlər. Çin və İran məsələsində AB-ın mövqeyi Amerikanı hər zaman narahat edir və qıcıqlandırır. Bəs bu dəfə Avropanın aparıcı dövlətlərinin mövqeyi necə olacaq? Bunu yaxın zamanlarda görəcəyik.
Pakistan Ermənistanla müharibədə bizə açıq dəstək verən 3 dövlətdən biridir. Onun İranla bizim davamızda hansı mövqe tutacağı maraqlıdır.
İsrailə gəlincə, bu ölkə İran məsələsində hələlik aktiv görünmür. Sadəcə İsrailin Rusiyadakı səfiri Aleksandr Ben Zvi ölkəsinin Silahlı Qüvvələrinin Qarabağda mövcud olması ilə bağlı İranın bəyanatına cavab verib. Səfir İranın məlum bəyanatlarını axmaqlıq adlandırıb.
Rusiyanın mövqeyi də maraqlıdır. Putin İranla münasibətləri zədələmədən Azərbaycana dəstəyini əsirgəmir və yəqin ki bundan sonrq da əsirgəməyəcək. Rusiya üçün İranın mövcudluğu önəmlidir. Çünki İran olduğu müddətcə Qərbin hədəfində Rusiya ikinci plandadır. Amma İranın regionda söz sahibi olması, şərtləri diktə edən tərəfə çevrilməsi Moskva üçün arzuedilən deyil.
İlk real dəstək Gürcüstandan gəldi. Gürcüstan mediası xəbər verir ki, Tbilisi İran vətəndaşlarının və nəqliyyat vasitələrinin ölkə ərazisinə quru yolu ilə daxil olmalarına qadağa qoyub və bütün yolları bağlayıb.
Ermənistan üzərindən keçərək Gürcüstana daxil olmaq və tranzit vasitəsilə Rusiyaya getmək istəyən yüzlərlə İran yük maşınları və TIR-lar sərhəddə saxlanıb.
İran isə növbəti dəfə təhdid dilində danışıb. İranın Beynəlxalq münasibətlər üzrə strateji şurasının sədri Kamal Xərrazi deyib ki, “Azərbaycan təhlükəsizik məsələlərində xarici qüvvələrlə bağlı illüziyalara qapılmasın”. Bu nə demək olur? Bizimlə duelə çıxmaq istəyir İran? Rəsmi Tehran yaxşı başa düşür ki, onunla davada Azərbaycan tək qalmayacaq. Türkiyə başda olmaqla, müttəfiqləri onu müdafiə edəcək. Bu üzdən belə gülünc bəyanat verir.
Bəs biz özümüz İrana cavab vermək gücündəyikmi? Söhbət hərbi cavabdan gedir.
Açıq söyləmək lazımdır ki, Azərbaycana hazırda üçüncü ölkə ilə gərgin münasibət sərf etmir. Hələ bu ölkə qonşumuzdursa, heç sərf etmir. Prezident İlham Əliyev İranla hər zaman dinc, yanaşı qonşuluq siyasəti aparıb. Amma İran qırmızı xətləri keçməyə başlasa, bizə bir mərmi belə atsa, o zaman cavabını artıqlaması ilə verəcəyimizə kimsənin şübhəsi olmasın.
Cəbrayıl rayonunda başı sığallanan pilotsuz hava maşınlarının və digər texnikaların mövcudluğu çox şey deyir. İnanırıq ki, bu böhranın aradan qaldırılmasında Azərbaycanın müttəfiqləri, regionda sülh istəyən güclər bizə öz dəstəklərini əsirgəməyəcək. Həmçinin İran da hədə dilindən, gövdəgöstərmək oyunlarından imtina edib, bizimlə normal davranmaq yolu tutacaq. Başqa yolu yoxdur. İslam düşməni olan bir ölkəyə - Ermənistana açıq dəstək verməsi İranı bütün dünyada biabırçı duruma salıb. Durumu düzəltməsi hər şeydən öncə özünə lazımdır.
İranla bağlı yaranmış vəziyyət dost-düşmənimizi bəlli edir, ortaya qoyur. İstər ölkə daxilində, istər xaricdə kimsə maskalana, manevr edə bilmir, bilməyəcək. Hamı (şəxslər və dövlətlər) gerçək simasını otrtaya qoyur. Biz də ölkə olaraq buna görə davranmalı, siyasətimizi, münasibətlər sistemimizi bu amil üzərində qurmalıyıq.
Hər şərdə bir xeyir var.
Şər kimi üstümüzə gələnlərə deyəcək sözümüz, verəcək cavabımız var, çox şükür...
Oxşar Xəbərlər
Türkiyə qırıcıları İranın hədə dişini qıracaq -
Azərbaycan və İran Gorus-Qafan yolundakı vəziyyəti müzakirə edib
İransayağı “İslam həmrəyliyi”
Fərid Şəfiyev: “İran Vətən müharibəsindən sonra özünü uduzmuş tərəf sayır”
Xəbər lenti
Nəriman Həsənzadənin SON DURUMU
Avtobusda ödəniş etməsəniz, sürücü CƏRİMƏLƏNƏCƏK
General bu vəzifəyə gətirilə bilər -
FOTO
SON DƏQİQƏ! Ceyhun Bayramov Hakan Fidanla danışdı
Qarpızın min dərdə dərman faydaları
Elman Himayətoğluna yeni vəzifə verildi
AZAL Bakı–Naxçıvan reyslərini ləğv etdi
Bakıda ŞOK! 15 mərtəbəli binanın damında mənzil tikib, satışa çıxardılar
Vidio
İtkin kimi axtarılırdı, meyiti göldə tapıldı
Bakıda gənc oğlan bıçaqlandı
Xaricdə təhsil adı ilə möhlət almaq istəyənlərə pis xəbər
Neft həftəni fevral qiyməti ilə başa vurdu
Bu gün UFC Fight Night Baku keçiriləcək
Nazirlikdən hava ilə bağlı əhaliyə MÜRACİƏT
Gürcüstan parlamentinin iclasında əlbəyaxa dava
-VİDEO
Xidmət rəisi “neqodnı” olan vətəndaşlara
- Çağırış etdi
Azərbaycan nefti bir dollar bahalaşıb
Bakının məşhur bazarı sökülür
-KİV
Kadir İnanır vəfat etdi
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib
KRIMDA KÜTLƏVİ "TƏMİZLƏMƏ" ƏMƏLİYYATI - Ukrayna eyni anda 38 strateji obyekti vurdu!
“Mən kişi kimi qadınam” - Renka
SON DƏQİQƏ!
Nəriman Həsənzadə xəstəxanaya yerləşdirildi
Son beş ayda Azərbaycanda cəzaçəkmə müəssisələrində 31 nikah qeydə alınıb
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
Sərhəd Məmmədov – Şərəfli ömrün 80 illik yubileyi
“Narkotik asılılığı qarşısı alına və müalicə oluna bilən xəstəlikdir”
Zakir Həsənov Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunu təbrik edib
Bu günkü yürüşdən maraqlı anlar -
FOTOLAR
Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir
AZAL təyyarə parkına ilk yeni nəsil “Airbus A321neo”nu əlavə etdi-
Fotolar
İlham Əliyevin qalibiyyət raportu Ali Baş Komandan Heydər Əliyevə verilirdi…
Telefonları da izləyəcəklər:
yol kameralarında yeni dövr başladı
Yağış yağacaq -
PROQNOZ
5 polkovnikə “general-mayor” ali hərbi rütbəsi verildi -
ADLAR
MN-in hərbi qulluqçuları təltif edildi -
SİYAHI
Hava ilə bağlı SON DƏQİQƏ xəbərdarlığı -
Sabahdan...
Bəylər Nəcəfov vəzifəsindən azad olundu
TƏBİB-dən əhaliyə VƏD -
İlin sonuna qədər xəstəxanalarda...
Bu dərmanlar ürək çatışmazlığına yol AÇIR
MTN generalı azadlığa çıxdı
Tramp Ankaraya Ərdoğan üçün xoş sürprizlə gedəcək
Bu gün Aşuradır
Bir gecə yuxusuz qalmaq nə ilə nəticələnir? —
Araşdırma
Xankəndi, Xocavənd, Şuşa, Cəbrayıl və Ağdərəyə növbəti köç karvanı yola salındı
Dünya bazarında neft bu qiymətə oldu
Sabah ölkədə qısa iş günü olacaq
KTMT-dən Cənubi Qafqazla bağlı XƏBƏRDARLIQ:
"Vəziyyət kəskinləşəcək"
Pensiya artımı ilə bağlı mühüm xəbər
Peyman Sadıqov Nigar Fərhadın qurucusu olduğu AID GROUP-dan ayrıldı
PRİZMA
Sərhəd Məmmədov – Şərəfli ömrün 80 illik yubileyi
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 132 milyard dolları ötüb
SOSİAL
1
2
3
4
5
6
Avtobusda ödəniş etməsəniz, sürücü CƏRİMƏLƏNƏCƏK
Qarpızın min dərdə dərman faydaları
Nazirlikdən hava ilə bağlı əhaliyə MÜRACİƏT
Xidmət rəisi “neqodnı” olan vətəndaşlara
- Çağırış etdi
Bakının məşhur bazarı sökülür
-KİV
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək