İransevərlərin coşan ehtirasları, DTX-nin çağırışı, Qərbin qərəzi

Sosial şəbəkələr platformasında İranın “işığına” yığışıb müxtəlif video və saxta məlumatlarla Azərbaycana qarşı savaş açmağa hansı adı qoymaq lazımdır – hüquqi lüğət fondu buna adlar tapsa da, mənəvi lüğət fondu bunu ifadə etməkdə acizdir.
Söhbət İran vətəndaşlarından da getmir, onlar da öz dövlətlərininin müdafiəsinə qalxaraq sinələrini sipər verə bilərlər, lakin Azərbaycanın bəzi vətəndaşlarının bunu etməsi qədər dəhşətli bir şey yoxdur.
Yəni, təsəvvür edin, belələri üçün bir iranlıdan çox iranlı olmağı fəaliyyətlərinin müqəddəs amalına çevirmək adi haldır. İctimai təsəvvürlərdə çaşdırıcı və hədyan dolu, Bakı əleyhinə “silah” tuşlanması üçün rəylərin yaradılmasına canla-başla xidmət edənlər bir şeyi anlamırlar: Bura müstəqil, dünyəvi Azərbaycan dövlətidir, cəmiyyət sekulyardır və onların QUMla dolu beyinləri heç kimə lazım deyil.


Oxşar Xəbərlər

Xəbər lenti