Paşinyandan SENSASİON ETİRAF: "Gərək 7 rayonu..."

"Müharibədən yayınmaq üçün torpaqlar geri qaytarılmalı idi".
Sozcu.info Meydan TV-ə istinadən bildirir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
O qeyd edib ki, 7 rayon qeyd-şərtsiz Azərbaycana qaytarılmalı idi:
"Bu gün çoxları müharibəyə yol verməməkdən danışır. Bunun yeganə şərti ərazilərin qaytarılması idi. Odur ki, müharibəyə yol verməmək üçün biz əraziləri qaytarmalıydıq. Ən azı beş rayonu, o biri iki rayon məsələsi başqadır. Əslində isə gərək qeyd-şərtsiz 7 rayonu qaytaraydıq. Bu gün mənim əleyhimə olanlar Şuşa haqqında danışırlar. Bəs, 30 il ərzində Şuşada neçə yaşayış binası tikilib? Cavab verirəm, heç biri. Pulları olmayıb? Nədir bunun səbəbi? Məncə, cavabı aydındır”.


Oxşar Xəbərlər

Xəbər lenti