Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının binasının tikintisi ilə tanışlıq -
FOTOLAR
Mehriban Əliyeva Zəngilandan paylaşım etdi -
FOTOLAR
“Şəfəq” yarımstansiyasının açılışı oldu -
FOTOLAR
Dəhşətli virus SÜRƏTLƏ YAYILIR -
Yeni yoluxmalar aşkarlandı
Quru sərhədlər bu məsələ bitdikdən sonra AÇILACAQ
İlham Əliyev və Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər -
FOTOLAR
DİN-in şəxsi heyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
İran öz neftini daşıyan tankerə hücum edib
Mehriban Əliyeva Qələbə Günü ilə bağlı paylaşım etdi -
FOTO
“Yaralıdır, amma müharibəni idarə edir” -
Xamenei ilə bağlı yeni iddia
Bu gün faşizm üzərində qələbənin ildönümüdür
Ölkəmizdə hantavirusa yoluxma olub? —
RƏSMİ
Əvvəlki
Sonrakı
BU ŞƏXSLƏRƏ 2750 MANAT YARDIM ÖDƏNİLDİ
-Nazirlik məlumat yaydı
8-05-2026, 18:42
BƏƏ yenidən İranın dron və raket hücumuna məruz qaldığını bildirir
5-05-2026, 23:48
Tramp müharibənin həlli ilə bağlı İranın son təklifindən narazıdır
28-04-2026, 12:14
TRAMP İRANLA ATƏŞKƏSİ UZATDI
- Pakistanın müraciətini nəzərə alıb...
22-04-2026, 13:21
Tramp İsrailin Livanı bombalamasını QADAĞAN ETDİ
17-04-2026, 19:33
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Zirzəmidə gizlənmiş erməniyə müasir rus silahı:
Paşinyan Putindən nə xahiş edəcək
Ermənistan baş naziri Nikol Paşinyan Kreml sahibindən ən müasir Rusiya silahları ala bilsə belə, yəqin ki, o qədər də çox şey dəyişməyəcək; Rəsmi İrəvan hələ uzun illər xahiş və şikayət siyasətinə məhkum qalacaq...
Ermənistan cəmiyyəti yenə ümidlənib. Bu düşmən ölkənin baş naziri Nikol Paşinyan nəhayət ki, Rusiya prezidenti Vladimir Putin ilə növbəti görüşə nail olub. Və bu görüşdə Ermənistan üçün hansısa güzəştlərin ola biləcəyinə inanırlar.
Putin-Paşinyan görüşünün olacağını Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da təsdiq edib. O, bildirib ki, oktyabrın 12-də Rusiya prezidenti Dövlət Dumasının yeni üzvləri ilə ölkə üçün hansı məsələlərin önəmli olduğunu müzakirə edəcək: "Elə eyni gün də V.Putin Ermənistanın baş naziri Nikol Paşinyanla görüş keçirəcək”.
Göründüyü kimi, Kreml sahibi Ermənistan baş naziri ilə məhdud zaman çərçivəsində görüş keçirəcək. Böyük ehtimalla erməni baş nazirə o qədər də çox zaman ayrılmayacaq. Və bu görüşdə əsasən erməni baş nazirin xahişləri, Kreml sahibinin təlimatları ön plana çıxa bilər.
Hazırda Ermənistanı daha çox sosial-iqtisadi mövzular maraqlandırır. Xüsusilə də, Rusiyadan idxal olunan təbii qazın qiyməti Paşinyan hakimiyyəti üçün prinsipial əhəmiyyət daşıyır. Çünki, Avropada təbii qazın qiyməti bahalaşmaqda davam edir. Qarşıdan isə şaxtalı qış ayları gəlir.
Əgər, rəsmi İrəvan Rusiyadan təbii qazı dünya bazarında olan qiymətlərlə almalı olsa, Ermənistan qarşıdakı soyuq aylarda sadəcə, "buzlaya" bilər. Hər halda, Ermənistanın təbii qaz idxalı üçün maliyyə imkanlarının olmadığı heç kimə sirr deyil. Yəni, Ermənistana dünya qiymətləri tətbiq olunarsa, rəsmi İrəvan Rusiyadan təbii qaz idxalını dayandırmalı olacaq. Və bu, Ermənistanda güclü sosial təlatümlər doğura bilər.
Ona görə də, erməni baş nazirin Rusiya prezidentindən təbii qazın qiymətində Ermənistana güzəşt xahiş edəcəyi qətiyyən şübhə doğurmur. Kremlin isə belə dəyərli enerji resursunu Ermənistana xüsusi şərtlər daxilində "ucuzlaşdıra" biləcəyi ehtimal olunur. Çünki Rusiya artıq Ermənistana heç nəyi müftə verməyə həvəsli deyil. Yəni, verilən dəstəyin əvəzi mütləq ödənməlidir.
Əlbəttə ki, erməni baş nazirin Kreml sahibindən xahişləri yalnız ucuz təbii qazla məhdudlaşmayacaq. Onun Rusiya prezidentindən güzəştli kreditlər və müftə silah təchizatı da xahiş edəcəyi qətiyyən istisna deyil. Çünki, Ermənistan həm maliyyə qaynağına, həm də darmadağın edilmiş ordusu üçün hərbi texnikaya ehtiyacı var.
Bütün bunlar onu göstərir ki, Ermənistanın xarici siyasəti əsasən iki faktor - xahiş və şikayət üzərində qurulub. Halbuki daha xahişlər yerinə yetirilərkən onun əvəzi də tələb olunur. Onilliklər boyu Ermənistanı bəsləmiş Rusiya da artıq xəyanətə vərdişli rəsmi İrəvana əvəzini almadan nəsə verməyə həvəsli deyil. Bu baxımdan, erməni baş nazirin Rusiya ilə Ermənistanın əbədi dostluğundan bəhs edən nağıllarının Kreml sahibini aldada biləcəyi qətiyyən inandırıcı görünmür.
Rusiya siyasi dairələrində də Ermənistana qarşı daha sərt mövqe tutulmasının vacibliyinə əmin olanlar kifayət qədərdir. Rusiya hərbi eksperti İqor Korotçenko hesab edir ki, erməni baş nazirə yalnız diplomatiya xatirinə gülümsəməyi məsləhət görür.
Onun fikrincə, Kreml sahibi baş nazir Nikol Paşinyanı və Ermənistanı güzəştlərin əvəzini ödəməyə məcbur etmək lazımdır: "Əgər, pulları yoxdursa, qoy, başqa cür ödəsinlər. Məsələn, Krım yarımadasını Rusiyanın ərazisi kimi rəsmən tanısınlar, "Soros" Fonduna bağlı təşkilatları qapatsınlar, İrəvandakı ABŞ səfirliyinin tərkibini ən azı yarıya qədər azaltsınlar və s."
Rusiyalı hərbi ekspert Ermənistana müftə silah-sursat verilməsinin də əleyhinədir. Onun fikrincə, əgər, rəsmi İrəvan hərbi texnikanın dəyərini ödəyə bilmirsə, bunu erməni milyarderləri və erməni diasporu rahatlıqla edə bilər.
Belə anlaşılır ki, Rusiyanın siyasi dairələrində Ermənistana münasibət ciddi şəkildə dəyişməyə başlayıb. Kreml artıq Ermənistanı müftə bəslənmək istəmir. Və rəsmi İrəvanın ilk imkanda Rusiyaya xəyanət etməyə hazır olduğunun fərqindədir.
Bütün bunları nəzərə aldıqda, Ermənistanın xarici siyasətdə xahiş və şikayət üzərindən hansısa uğurlar qazana biləcəyi o qədər də inandırıcı görünmür. Rəsmi İrəvan indiki mövqeyini ciddi şəkildə dəyişməyincə Ermənistan yalnız xahiş və şikayət etmək məcburiyyətindən xilas ola bilməyəcək. Və bunun əsas səbəbləri Ermənistanın regionda zəif bənd olması ilə birbaşa bağlıdır.
Məsələ ondadır ki, hər bir ölkənin gücü onun iqtisadiyyatı və ordusu ilə müəyyən edilir. Ermənistanın iqtisadiyyatı çöküb, ordusu isə darmadağın edilib. Belə vəziyyətdə olan ölkələrin müttəfiq tapması da olduqca çətindir. Çünki, Ermənistan kimi ölkələr elə bir ciddi hərbi-strateji əhəmiyyət daşımır.
Bu problemin həlli ilk növbədə iqtisadiyyatın dirçəldilməsi və ordunun yenidən qurulmasına birbaşa bağlıdır. Azərbaycan və Türkiyə ilə münasibətlər normallaşdırılmadıqca isə bu, sadəcə, xəyaldan başqa bir şey deyil.
İndiki şərtlər daxilində Ermənistanın özünə müasir ordu qura biləcəyi hazırda heç kimə inandırıcı görünmür. Çünki, rəsmi İrəvan bunun üçün vacib olan daxili resurslardan məhrumdur. Hətta Ermənistanın insan resursları belə, ümidverici deyil. Hər halda, ölkədə sosial-iqtisadi böhranın dərinləşməkdə olması əhalini sürətlə Ermənistanı tərk etmək məcburiyyətində qoyur.
Digər tərəfdən Ermənistan özünü qorumaq problemləri ilə də üzləşməyə başlayıb. Xüsusilə də, ölkənin hərbi və strateji obyektlərini xarici müdaxilə təhlükəsinə qətiyyən hazır deyil. Yəni, Ermənistan hazırda tam şəkildə hərbi cəhətdən müdafiə qabiliyyətini itirmiş ölkə durumuna düşüb.
Ölkəni xarici müdaxilə təhlükəsindən qorumaq qabiliyyətinə malik ordu olmadan rəsmi İrəvanın hansısa siyasi bəyanatlar verməsi isə tamamilə mənasız məşğuliyyətdir. Məsələ ondadır ki, rəsmi İrəvanın sadəcə, kiminsə əvəzi ödənməyəcək xarici dəstəyə ümid bəsləməsi yalnış taktikadır. Çünki Ermənistanın hələ də ümid bəslədiyi Qərb regiona çox uzaqdır. Rusiya üçün isə birmənalı şəkildə Ermənistanın himayədarı rolunda çıxış etmək artıq qətiyyən sərfəli deyil.
Ona görə də, böyük ehtimalla Azərbaycan və Ermənistan arasında hərbi-siyasi potensial fərqi bundan sonra da durmadan açılmaqda davam edəcək. Məsələ ondadır ki, son illərdə rəsmi Bakı iki önəmli hədəfi reallaşdıra bilib. Birincisi, Azərbaycan ordusunu modernləşdirərək, regionun mübahisəsiz ən güclü hərbi güc mənbəyinə çevirib.
Bu, ciddi resurslar hesabına başa gəlsə də, indi rəsmi Bakının siyasi hədəflərinin reallaşdırılmasında əsas faktor rolunu oynayır. Digər tərəfdən isə, rəsmi Bakı NATO ölkəsi olan Türkiyənin dəstəyinə təminat alıb. Şuşa Bəyannaməsi hazırda Azərbaycanın təhlükəsizlik maraqlarının əsas qarantına çevrilib. Üstəlik, Türkiyənin bu regionda əsas geopolitik oyunçu statusu qazandığı da inkaredilməz reallıqdır.
Təbii ki, bütün bunlar Ermənistanı Azərbaycan qarşısında aciz duruma salan önəmli faktorlardır. Eyni zamanda Azərbaycan ordusu və Ermənistan hərbçiləri arasında döyüş ruhunun fərqli olması da həlledici məqamlardan biridir. Və erməni hərbçiləri bu məsələdə də ciddi şəkildə geridə qalırlar.
Maraqlıdır ki, ermənilərin savaşmağa həvəsli olmaması, döyüş meydanından qaçmağa meyl göstərməsi Ermənistan cəmiyyətində də ciddi müzakirə mövzusudur. Erməni hərbi analitik Tevos Arşakyan bununla bağlı məyusluğunu qətiyyən gizlətmir.
O, hətta bu mövzuda Ermənistan cəmiyyətində ruh düşkünlüyü yarada biləcək etiraflar da edib: "Mən uzun müddət müharibəni yaxından izləyən erməni bloger Roman Baqdasaryana inanmırdım. O, deyirdi ki, "artsaxlı” kişilər müharibə zamanı qaçıb, gizlənməklə məşğul idilər. Onlar hətta yaralıları daşımaq üçün avtomobillərindən istifadə etməyə də icazə vermirdilər. Əsgərlərimiz öküz kimi güclü, sağlam erməni cavanlarını onların yaşadıqları evlərin zirzəmilərindən tapırdılar. Bu, sadəcə, biabırçılıqdır".
Bütün bunları nəzərə alan erməni ekspert hesab edir ki, Ermənistan məğlubiyyətə layiqdir: "Artıq göz yaşı axıtmaq lazım deyil. Yüzlərlə müharibə iştirakçısı ilə söhbət etmişəm. İndi başa düşürəm ki, R.Baqdasaryan həqiqəti deyirmiş. Bundan sonra bu qorxaqlar hələ bir revanş arzusundadırlar? Bu, sadəcə, gülüncdür”.
Göründüyü kimi, Ermənistanda reallığı dərk edənlər də kifayət qədərdir. Hər halda, erməni toplumunun savaş qabiliyyətində və əhval-ruhiyyəsində olmadığı bu etiraflardan da aydınlaşır. İndi baş nazir Nikol Paşinyan Kreml sahibindən ən müasir Rusiya silahları ala bilsə belə, yəqin ki, o qədər də çox şey dəyişməyəcək. Çünki bütün savaş dövrünü zirzəmidə gizlənmiş erməni əlində hansı silah olsa da, qalib gələ bilməz. Bu baxımdan, Ermənistan hələ uzun müddət xahiş və şikayət siyasətinə məhkum qalacaq.
Oxşar Xəbərlər
Paşinyan Rusiyada Putinlə görüşəcək
MOSKVADA KEÇİRİLƏCƏK MÜHÜM QARABAĞ GÖRÜŞÜ
Putinlə Makron telefonla danışdı
Paşinyan Putinlə görüşdən sonra açıqlama yaydı:
Xəbər lenti
Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının binasının tikintisi ilə tanışlıq -
FOTOLAR
Mehriban Əliyeva Zəngilandan paylaşım etdi -
FOTOLAR
“Şəfəq” yarımstansiyasının açılışı oldu -
FOTOLAR
Dəhşətli virus SÜRƏTLƏ YAYILIR -
Yeni yoluxmalar aşkarlandı
Quru sərhədlər bu məsələ bitdikdən sonra AÇILACAQ
İlham Əliyev və Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər -
FOTOLAR
DİN-in şəxsi heyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
SON DƏQİQƏ!
Azərbaycanda zəlzələ oldu
Bazar gününün HAVA PROQNOZU
Restorandan çıxarkən ov tüfəngi ilə vuruldu-
Zaqatalada hadisə
Bu vitaminləri ehtiyacınız olmadan qəbul etməyin -
XƏBƏRDARLIQ
25 yaşlı oğlan işlədiyi bağda öldü
İran öz neftini daşıyan tankerə hücum edib
Pendir əhvalı yaxşılaşdırır
Həftəsonu bu yollar bağlı olacaq
Mehriban Əliyeva Qələbə Günü ilə bağlı paylaşım etdi -
FOTO
“Yaralıdır, amma müharibəni idarə edir” -
Xamenei ilə bağlı yeni iddia
Bu gün faşizm üzərində qələbənin ildönümüdür
Bu şəxslər almadan uzaq durmalıdır —
Həkim
Ölkəmizdə hantavirusa yoluxma olub? —
RƏSMİ
Yaşıllıqlara 149 520 manat məbləğində ziyan dəyib
Ayan Babakişiyeva TANINMAZ HALDA -
FOTO
BU ŞƏXSLƏRƏ 2750 MANAT YARDIM ÖDƏNİLDİ
-Nazirlik məlumat yaydı
Heydər Əliyev- dünənimizi xilas, bugünümüzü və gələcəyimizi təyin edən lider.
Bu rayonlarda qaz olmayacaq
12 aprel imtahanlarının nəticələri AÇIQLANDI
Prezident bu qanuna dəyişiklik etdi
Rayonlara yağış və qar yağır
Prezidentdən prokurorluqla bağlı QƏRAR
Azərbaycan neftinin qiyməti ilə bağlı SON DƏQİQƏ XƏBƏRİ
Bu gün işdən 1 saat tez çıxacağıq
Azərbaycanlı qadınlar Türkiyə, BƏƏ və Pakistanda cinsi istismara məruz qalıblar
Pensiyalar bu tarixdə kartda olacaq —
RƏSMİ
Avtomobil 1-ci sinif şagirdini vurub öldürdü
Hamının axtardığı o üsul —
Saçlar günlərlə təmiz qalacaq
İran BƏƏ ərazisinə zərbələr endirir -
RƏSMİ
Dünyanın ən sağlam ədviyyatı seçildi — Zəncəfil deyil
Bu tarixdə qısa iş günü olacaq
Bakıdakı kirayə evlərlə bağlı
VACİB XƏBƏR
Ləğv edilən qurumların rəhbərləri kimdir? -
MARAQLI FAKTLAR
Akif İslamzadə xəstəxanaya yerləşdirildi
Baş nazir qazla bağlı yeni qərar imzaladı
İcra başçısı onu vəzifədən azad etdi -
FOTO
10 mayda başlayır -
RƏSMİ
Xaçmazda narkotiklə bağlı 2 nəfər saxlanıldı
Pezeşkiandan Müctəba Xamenei ilə bağlı SON DƏQİQƏ açıqlaması
Sızanaqları yox edən möcüzəvi su —
Dərini şüşə kimi parlaq edəcək
Azərbaycan kartofu rusiyalı fermerləri müflis etdi
Allergiyanı azaldan göyərti:
Azərbaycanda da yetişdirilir
Kredit götürmək istəyənlərin diqqətinə — Faizlər qalxa bilər
PRİZMA
SEPAH bütün gəmiləri Hörmüz boğazından İranın marşrutu ilə keçməyə çağırıb
MÜSAHİBƏ
1
2
3
4
5
6
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
Himnimizin müəllifi kimdir?
-MÜSAHİBƏ
TƏHLİL
ABŞ Senatında İran dilemması
-Müharibə, məsuliyyət və seçki riski
SOSİAL
1
2
3
4
5
6
Bazar gününün HAVA PROQNOZU
Bu vitaminləri ehtiyacınız olmadan qəbul etməyin -
XƏBƏRDARLIQ
Pendir əhvalı yaxşılaşdırır
Həftəsonu bu yollar bağlı olacaq
Bu şəxslər almadan uzaq durmalıdır —
Həkim
Ayan Babakişiyeva TANINMAZ HALDA -
FOTO