Neft həftəni fevral qiyməti ilə başa vurdu
Bu gün UFC Fight Night Baku keçiriləcək
Gürcüstan parlamentinin iclasında əlbəyaxa dava
-VİDEO
Azərbaycan nefti bir dollar bahalaşıb
Kadir İnanır vəfat etdi
“Mən kişi kimi qadınam” - Renka
SON DƏQİQƏ!
Nəriman Həsənzadə xəstəxanaya yerləşdirildi
Son beş ayda Azərbaycanda cəzaçəkmə müəssisələrində 31 nikah qeydə alınıb
“Narkotik asılılığı qarşısı alına və müalicə oluna bilən xəstəlikdir”
Zakir Həsənov Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunu təbrik edib
Bu günkü yürüşdən maraqlı anlar -
FOTOLAR
Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir
Əvvəlki
Sonrakı
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib
Dünən, 21:14
İlham Əliyev Sərdar Berdiməhəmmədovu Füzulidə qarşıladı
-FOTO
23-06-2026, 12:29
Bakının bəzi ərazilərində işıq kəsiləcək
23-06-2026, 00:52
İrandan sonra növbəti hədəfini açıqladı
16-06-2026, 09:32
Milli Qurtuluşdan tarixi zəfərə
15-06-2026, 11:07
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Moskva Qarabağla bağlı yeni sənəd hazırlığında -
Zəngəzur dəhlizi üçün konkret vaxt...
Mümkündür ki, sərhədlərin müəyyənləşdirilməsi, Zəngəzur dəhlizi ilə bağlı məsələni əhatə edəcək sənəd 10 noyabr razılaşmasının bir illiyi ərəfəsində imzalansın
Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında oktyabrın 12-də keçiriləcək görüşdən əvvəl erməni müdafiə nazirinin də Moskvaya səfəri diqqət çəkir. Ümumilikdə indi Qarabağla əlaqəli (Ermənistan-Azərbaycan danışıqları da Qarabağ danışıqlarının əsas hissəsidir, o səbəbdən bunu elə ümumi olaraq “Qarabağ danışıqları” adlandırmaq daha məntiqlidir) dörd paytaxtda fəallıq var. Bunlardan birincisi ənənəvi olaraq Moskvadır. Brüssel (Avropa İttifaqı) sülh danışıqlarında fəal rol almaq üçün Bakı və İrəvanın razılığını alıb. BMT sessiyasında iştirak edən Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü həmsədrlərin araçılığı ilə keçirilsə də, bu təmasları Vaşinqton öz aktivinə yaza bilər. Nəhayət, Qarabağ danışıqlarında daha bir vasitəçi Tiflisdir.
Gürcüstan bütün fəallıqlarına baxmayaraq, bu məsələdə “ən zəif bənddir”. Gürcüstanın Qarabağ danışıqlarından əlavə, Ankara ilə İrəvan arasında da vasitəçi olduğu sirr deyil. Bu baxımdan Tiflis hər iki missiyanı üzərinə götürməklə, reallıqları sanki bir qədər nəzərdən qaçırmış kimi görünür. Gürcüstanın hazırkı hökumət başçısının həm Paşinyanla, həm Prezident Əliyevlə yaxşı münasibətləri var. Gürcüstanın regionda dayanaqlı sülh üçün etdiyi cəhdlər əlbəttə ki, alqışlanmalıdır. Amma reallıq budur ki, Gürcüstan on illiklərlə qulağının dibində olan bu münaqişədə heç vaxt fəal vasitəçi rolunu üstlənməyib. Gürcüstanın yeni “oyunçu” kimi indiki fəallığının səbəbləri haqda da bir neçə versiya deyilir. Bunların sırasında kommunikasiya xətlərinin açılacağı təqdirdə Gürcüstanın regional rolunun azala biləcəyi haqda versiya da var. Gürcüstan bu səbəbdən kommunikasiya və enerji xabından, regionda “geosiyasi ildırımötürənə” çevrilmək şansını sınamaq istəyə bilər. Bu işdə həm Vaşinqtonun, həm Avropa Birliyinin dəstəyini ala biləcəyi şübhə doğurmur.
Amma unutmamaq lazımdır ki, Gürcüstanın Rusiya ilə həll edilməyən bir çox ciddi problemləri qalmaqdadır. Qarabağ məsələsində aparıcı rol alan Rusiya Gürcüstanı bu prosesdə təşəbbüsü ələ almasına çətin ki, razılaşa. Çünki Moskva onun da fərqindədir ki, Avropa İttifaqı və ABŞ Tiflis vasitəsilə Rusiyanın regionda təsirlərini də azaltmaq istəyir, üstəlik, sürüşkən mövqeli Ermənistanı müxtəlif şirnikləndirici vasitələrlə Moskvaya qarşı da qoya bilər. O səbəbdən Gürcüstanın Qarabağla deyil, Ankara-İrəvan vasitəçiliyi uğurlu alına bilər. Moskva da buna qarşı deyil, çünki Ankara-İrəvan danışıqlarında uğur, iki ölkə arasında münasibətlərin normallaşması, sərhədlərin, kommunikasiyaların açılması Rusiyaya da sərfəlidir.
Avropa İttifaqının və ABŞ-ın roluna gəlincə, bu vasitəçilikdən də uzaqgedən nəticələr-sərhədlərin müəyyənləşməsinin tez zamanda bitməsini, Ermənistanın sülh müqaviləsini imzalamağa hazır olduğunu bəyan edəcəyini- gözləməyə dəyməz. Beləliklə, vəziyyət yenə əvvəlki kimidir: Qarabağ məsələsində liderlik, moderatorluq statusunu Moskva kimsəyə güzəştə getmir.
Azərbaycan ictimai rəyinin Kremlə münasibətinin ziqzaqvari olduğunu nəzərə almaqla, qeyd etmək lazımdır ki, bəlkə də Rusiyanın aparıcı rolunun qalması bizim üçün daha yaxşıdır. Bu, həmin Avropa, ATƏT-dir ki, 29 il bizim zamanımızı boşuna aldılar, Azərbaycanı isə öz torpaqlarını güzəştə getməyə məcbur edirdilər. Bunu son olaraq Prezident Əliyev 2016-cı il aprel döyüşlərindən sonra Vyana görüşünü yada salaraq bir daha təsdiqlədi. ABŞ-ın isə Qarabağ probleminin həllində rolu olmadı, bizə müharibədə də dəstək vermədilər. Müharibədən sonrakı rollarına gəlincə də, ABŞ-ın Ermənistandakı erməniyanlı səfiri hər ağzını açanda Vaşinqtonun mövqeyini ortaya qoyur.
Rusiyanın moderatorluğu bizə həm də ona görə sərfəlidir ki, Azərbaycan hakimiyyətinin Rusiya ilə münasibətləri çox yaxşıdır, Moskva ilə istənilən problemi danışıb həll etmək mümkündür. Hansısa yolunu azmış əsiri və ya diversantı, eləcə də mina xəritəsini almaq həmsədrlərin, Avropa İttifaqının aktivinə yazıla bilər, amma Ermənistan-Azərbaycan arasında həll ediləsi daha ciddi məsələlər var ki, bunu Rusiya olmadan etmək faktiki mümkünsüzdür.
Məsələn, Zəngəzur dəhlizi ilə bağlı İranın nə hoqqa çıxardığı göz qabağındadır. Tehrana bu məsələdə təsir edə biləcək, Zəngəzur dəhlizinin açılmasının İran üçün heç bir təhlükəsi ola bilməyəcəyinə qarantiya verəcək yeganə dövlət də Rusiyadır.
Həm erməni müdafiə nazirinin, həm Paşinyanın Moskva səfəri belə deməyə əsas verir ki, Rusiya vasitəçiliyə həvəslənənənlərə mesaj vermək üçün hazırlıq içərisindədir. Böyük ehtimalla Rusiya Moskvada(Soçi də ola bilər) imzalanacaq yeni bir sənədin razılaşdırılması mərhələsindədir. Zəngəzur dəhlizi ilə bağlı məsələ artıq regional qarşıdurma səviyyəsinə çatıb, İranın hərbi təlimlərinə cavab olaraq Azərbaycan və Türkiyə Naxçıvanda təlimlər keçirir. Digər maraqlı dövlətlər də(İsrail, ABŞ, Türkiyə və sairə) bu qarşıdurmada tərəfə çevrilə bilər. O səbəbdən, Rusiya regionda “əsas skripka” rolunu oynamağa başlamalıdır.
Ehtimal etmək olar ki, Paşinyandan sonra Azərbaycan Prezidenti də Moskvaya dəvət edilsin. Mümkündür ki, sərhədlərin müəyyənləşdirilməsi, Zəngəzur dəhlizi ilə bağlı məsələni əhatə edəcək sənəd 10 noyabr razılaşmasının bir illiyi ərəfəsində imzalansın. Ermənistanın hazırkı rəhbərliyi də yaxşı anlayır ki, yeni razılaşma, bəlkə də Zəngəzur dəhlizi ilə bağlı konkret vaxtın müəyyənləşməsini və sülh müqaviləsinə hazırlıq mərhələsinin başlamasını müxtəlif bəhanələrlə ləngitmək İrəvanın ziyanına işləyir.
Ona görə Paşinyan Moskvadan razı qayıdacaq və gözlənilən sənədin anonsunu tezliklə onun öz dilindən də eşidə bilərik...
Oxşar Xəbərlər
İlham Əliyevdən sonra Paşinyanla danışdı - DETALLAR
Paşinyan sabah Putinlə görüşəcək: Gündəmdə Qarabağ məsələsidir
Paşinyan Putinlə görüşdən sonra açıqlama yaydı:
Qarabağ üzrə YENİ SAZİŞ: gələn həftə Ermənistana ÖLÜMCÜL ZƏRBƏ ENDİRİLƏ BİLƏR
Xəbər lenti
Neft həftəni fevral qiyməti ilə başa vurdu
Bu gün UFC Fight Night Baku keçiriləcək
Nazirlikdən hava ilə bağlı əhaliyə MÜRACİƏT
Gürcüstan parlamentinin iclasında əlbəyaxa dava
-VİDEO
Xidmət rəisi “neqodnı” olan vətəndaşlara
- Çağırış etdi
Azərbaycan nefti bir dollar bahalaşıb
Bakının məşhur bazarı sökülür
-KİV
Kadir İnanır vəfat etdi
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib
KRIMDA KÜTLƏVİ "TƏMİZLƏMƏ" ƏMƏLİYYATI - Ukrayna eyni anda 38 strateji obyekti vurdu!
“Mən kişi kimi qadınam” - Renka
SON DƏQİQƏ!
Nəriman Həsənzadə xəstəxanaya yerləşdirildi
Son beş ayda Azərbaycanda cəzaçəkmə müəssisələrində 31 nikah qeydə alınıb
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
Sərhəd Məmmədov – Şərəfli ömrün 80 illik yubileyi
“Narkotik asılılığı qarşısı alına və müalicə oluna bilən xəstəlikdir”
Zakir Həsənov Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunu təbrik edib
Bu günkü yürüşdən maraqlı anlar -
FOTOLAR
Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir
AZAL təyyarə parkına ilk yeni nəsil “Airbus A321neo”nu əlavə etdi-
Fotolar
İlham Əliyevin qalibiyyət raportu Ali Baş Komandan Heydər Əliyevə verilirdi…
Telefonları da izləyəcəklər:
yol kameralarında yeni dövr başladı
Yağış yağacaq -
PROQNOZ
5 polkovnikə “general-mayor” ali hərbi rütbəsi verildi -
ADLAR
MN-in hərbi qulluqçuları təltif edildi -
SİYAHI
Hava ilə bağlı SON DƏQİQƏ xəbərdarlığı -
Sabahdan...
Bəylər Nəcəfov vəzifəsindən azad olundu
TƏBİB-dən əhaliyə VƏD -
İlin sonuna qədər xəstəxanalarda...
Bu dərmanlar ürək çatışmazlığına yol AÇIR
MTN generalı azadlığa çıxdı
Tramp Ankaraya Ərdoğan üçün xoş sürprizlə gedəcək
Bu gün Aşuradır
Bir gecə yuxusuz qalmaq nə ilə nəticələnir? —
Araşdırma
Xankəndi, Xocavənd, Şuşa, Cəbrayıl və Ağdərəyə növbəti köç karvanı yola salındı
Dünya bazarında neft bu qiymətə oldu
Sabah ölkədə qısa iş günü olacaq
KTMT-dən Cənubi Qafqazla bağlı XƏBƏRDARLIQ:
"Vəziyyət kəskinləşəcək"
Pensiya artımı ilə bağlı mühüm xəbər
Peyman Sadıqov Nigar Fərhadın qurucusu olduğu AID GROUP-dan ayrıldı
Bakıda dəhşətli qəza:
Ölən var
Bu yolda hərəkət məhdudlaşdırıldı
SON DƏQİQƏ!
Azərbaycan neftinin qiyməti ilə bağlı VACİB XƏBƏR
Eldar Namazov:
“Türk dünyası renessans yaşayır”
İlham Əliyev konfrans iştirakçılarına müraciət ünvanladı
ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 132 milyard dolları ötüb
Əli Əsədov sərəncam imzaladı
Dənizdə batanlar qohumdurlar, biri evli, üçü subaydır
Polad Bülbüloğlu atasının Şuşadakı ev-muzeyində -
Fotolar
Daşaltı kəndinin fonunda
Fotolar
1200 abonentin qazı kəsiləcək
PRİZMA
Sərhəd Məmmədov – Şərəfli ömrün 80 illik yubileyi
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 132 milyard dolları ötüb
SOSİAL
1
2
3
4
5
6
Nazirlikdən hava ilə bağlı əhaliyə MÜRACİƏT
Xidmət rəisi “neqodnı” olan vətəndaşlara
- Çağırış etdi
Bakının məşhur bazarı sökülür
-KİV
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
Yağış yağacaq -
PROQNOZ
Hava ilə bağlı SON DƏQİQƏ xəbərdarlığı -
Sabahdan...