Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının binasının tikintisi ilə tanışlıq -
FOTOLAR
Mehriban Əliyeva Zəngilandan paylaşım etdi -
FOTOLAR
“Şəfəq” yarımstansiyasının açılışı oldu -
FOTOLAR
Dəhşətli virus SÜRƏTLƏ YAYILIR -
Yeni yoluxmalar aşkarlandı
Quru sərhədlər bu məsələ bitdikdən sonra AÇILACAQ
İlham Əliyev və Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər -
FOTOLAR
DİN-in şəxsi heyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
İran öz neftini daşıyan tankerə hücum edib
Mehriban Əliyeva Qələbə Günü ilə bağlı paylaşım etdi -
FOTO
“Yaralıdır, amma müharibəni idarə edir” -
Xamenei ilə bağlı yeni iddia
Bu gün faşizm üzərində qələbənin ildönümüdür
Ölkəmizdə hantavirusa yoluxma olub? —
RƏSMİ
Əvvəlki
Sonrakı
BU ŞƏXSLƏRƏ 2750 MANAT YARDIM ÖDƏNİLDİ
-Nazirlik məlumat yaydı
8-05-2026, 18:42
BƏƏ yenidən İranın dron və raket hücumuna məruz qaldığını bildirir
5-05-2026, 23:48
Tramp müharibənin həlli ilə bağlı İranın son təklifindən narazıdır
28-04-2026, 12:14
TRAMP İRANLA ATƏŞKƏSİ UZATDI
- Pakistanın müraciətini nəzərə alıb...
22-04-2026, 13:21
Tramp İsrailin Livanı bombalamasını QADAĞAN ETDİ
17-04-2026, 19:33
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Sülh müqaviləsi uzaqda deyil! -
Bakı və Moskva son dəfə saat əqrəblərini tutuşdurur
Paşinyanın bugünkü Moskva səfəri Azərbaycan əsgərinin yaratdığı reallığı daha qalıcı edəcək; ermənipərəst “Regnum”un baş redaktoru: “Ermənistan dövlətçiliyini itirir”; rusiyalı politoloq: “Paşinyanın yerində Köçəryan olsaydı da vəziyyət dəyişməyəcəkdi...”
Bugün Moskvada Rusiya Prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan arasında görüş gözlənilir. Əslində bu, daha çox Kreml rəhbərinin öz vassalını yanına çağırmasına bənzəyir. Rusiya lideri ona yəqin ki, son təlimatlarını verəcək.
Ola bilsin danlaq da olsun. Həm də o səbəbə ki, görüş Ermənistanın imzaladığı 10 noyabr kapitulyasiya aktının birinci ildönümünə sayılı həftələr qalmış zamana təsadüf edir və üstəlik, İranın ermənidən çox ermənilik edərək, bölgəmizdə gərginliyi durmadan artırması, Azərbaycanı hətta hədələməyə qalxması və 10 noyabr sənədini (Zəngəzur dəhlizi haqda bənd) sabotaj eləməyə çalışması fonunda İrəvanın da özünü şübhəli aparması ilə diqqət çəkir.
*****
Mövcud durumda Ermənistan təbii ki, İran amilindən də maksimum faydalanmağa çalışır. Əsas hədəf isə Azərbaycanla qaçılmaza çevrilmiş sülh müqaviləsini imzalamağı bacardıqca uzatmaqdır. Bundan ötrü İrəvanın “büllur” arzusu ATƏT-in Minsk Qrupunu diriltməyə, onu təzədən danışıqlar prosesində əsas oyunçuya və ya moderatora çevirməyə nail olmaqdır. Son olaraq, belə bir arzunu Ermənistan prezidenti Armen Sərkisyan ötən həftə İtaliyaya səfəri çərçivəsində bu ölkənin baş naziri Mario Darqi ilə görüşdə dilə gətirib. “Konfliktin Minsk Qrupu çərçivəsində həllinin vacib olduğunu” deyib.
Bu isə yumşaq desək, Moskvanın ürəyincə deyil. Çünki Rusiya artıq öz hərbi qüvvələri ilə məhdud ərazidə də olsa, Qarabağdadır və bu üstünlüyü Fransa və ABŞ-la bölüşmək, onları bölgəyə buraxmaq niyyətində deyil. Doğrudur, ara-sıra Moskva da Minsk Qrupunun prosesə qoşulmasını dəstəklədiyini bildirir. Rusiya bu yaxınlarda hətta MQ-də öz həmsədrini təzələyib - Bakıda Prezident İlham Əliyev yeni həmsədri qəbul eləməsə də. Niyə?
Ona görə ki, Minsk Qrupu “kartı” çox köhnəlsə də, Kreml bir yandan onun hesabına “ipə-sapa yatmayan” qalib Bakıya əlavə təzyiq rıçaqı qazanmaq istəyirsə, ikinci yandan qurumun “çox şeylərə burun soxmasını” da arzulamır və MQ-nin hələlik yalnız Azərbaycanla Ermənistan arasında həll olunmamış qalan humanitar problemlərin çözümündə iştirakına çalışır. Ki, öz “yükü” də bir az azalsın...
*****
Ancaq artıq qatı ermənipərəst rusiyalı şərhçilər belə, Azərbaycanın möhtəşəm hərbi zəfərindən sonra bölgədə yaranan yeni gerçəyin fərqindədir və “Dağlıq Qarabağ”, “status” qatarının getdiyini etiraf eləməyə başlayıblar.
Məsələn, rusiyalı tarixçi-ekspert, yarandığı ilk gündən erməni maraqlarına xidmət edən “Regnum” İnformasiya Agentliyi və internet nəşrinin baş redaktoru Modest Kolerov özünün iki gün öncəki redaksiya məqaləsində yazır: “Çətin ki, Minsk Qrupu, prinsipcə, hətta ideal olaraq, Dağlıq Qarabağı Azərbaycandan ayırmağa cürət eləsin, əgər bunu heç Ermənistanın özü də istəmirsə. O, Ermənistan ki, indi Rusiyanın müttəfiqindən daha çox özünü İranın vəkili qismində aparır. Paşinyan Ermənistanı Rusiyanın müttəfiqi deyil, sadəcə, Rusiyadan güzəştli (KTMT qiymətləri ilə) silah alıcısıdır. Bu gün Ermənistan Cənubi Qafqazda Rusiyanın təhlükəsizliyi üçün faydalı olacaq qüvvələr balansını ifadə etməkdə belə acizdir... Ermənistan özü öz sərhədlərini qorumur, hətta özünün hesab etdiyi sərhədlərdən geri çəkilir. Açıq demək lazımdır: Ermənistan müstəqil dövlətçiliyini itirir”.
Modest Kolerov
Daha çox Rusiya və Ermənistan maraqları üzərində qurulan məqalənin başqa bir yerində deyilir: “Hətta Ermənistanın özünün Dağlıq Qarabağın müstəqilliyindən imtina elədiyi indiki vaxtda Rusiyanın Dağlıq Qarabağda edə biləcəyi və yerli ermənilərlə Azərbaycanın maraqlarını uzlaşdırmağa yönəlik əsas şey - Bakıdan sülhməramlılar üçün mandatı mümkün qədər uzatmaq razılığını almağa nail olmaqdır. Hansı mandat ki, Dağlıq Qarabağın özünüidarə etnoqrafik subyektivliyinin qorunub saxlanmasına imkan verəcək, eyni zamanda həm Bakının, həm də İrəvanın ora birbaşa və təhlükəsiz ərazi girişini təmin edəcək. Azərbaycanın razılığı ilə Rusiyanın yaratdığı bu cür daxili özünüidarəetmə statusu, son qərarı gələcəyə buraxmaqla Qarabağın Azərbaycan daxilində hüquqi statusu problemini aradan qaldıra bilər. Hazırda isə əsas məsələ - erməniləri rus sülhməramlılarının qoruduğu Dağlıq Qarabağda saxlamaqdır. Yerdə qalan hər şey bu vəzifəyə tabe edilməlidir. Bunun üçün hələ şanslar qalır”.
*****
“Dağlıq Qarabağ münaqişəsi mahiyyət etibarilə 1991-ci ilə qayıdıb”.
Sergey Markedonov
Belə bir iddia ilə isə “Yeni Müsavat”ın məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyi yanında MDBMİ (MGIMO) Beynəlxalq Araşdırmalar İnstitutunun Avro-Atlantik Təhlükəsizlik Mərkəzinin aparıcı elmi işçisi Sergey Markedonov çıxış edib.
“İkinci Qarabağ müharibəsi nəticəsində heç də birmənalı situasiya yaranmayıb. Müəyyənlik hələ ki yoxdur. Bakıda hesab edirlər ki, ”DQR" balaca ərazidə belə qalsa, orada xarici qoşunlar mövcud olduqca müharibə tam bitməyib. Eyni zamanda mən tam əminəm ki, əgər hansısa möcüzə nəticəsində Robert Köçəryan sabah birdən-birə baş nazir olsa, o da mövcud status-kvonu dəyişə bilməyəcək. Bölgədəki ümumi vəziyyət budur ki, bir adam heç nə edə bilməz. Onu nail ola biləcəyi maksimum - Azərbaycanla sərhədlərin ədalətli demarkasiyasında və Qarabağın statusunu müzakirə masasında saxlanmasında israr etmək ola bilər", - deyə o, “Sputnik-Armneniya”ya müsahibəsində qeyd edib.
Analitikin proqnozlarına görə, bu baxımdan bütün bu vəziyyəti nizamlamaq naminə danışıqlar masasına qayıdılması gözləniləndir. Onun fikrincə, hazırkı mərhələdə anlaşma üçün ilkin - bazis şərtlərin formalaşdırılmasına diqqət yetirmək vacibdir.
Bu sırada Markedonov iqtisadi əlaqələrin bərpasını və Ermənistanla Azərbaycan arasında kommunikasiyaların açılmasını önə çəkib. “Status” məsələsi isə onun fikrincə, ənsonda həllini tapa bilər...
*****
Təbii ki, axırıncı fikir ermənilərə ürək-dirək vermək cəhdindən savayı bir şey deyil. Çünki bölgədə bir ildir şərtləri heç Rusiya da yox, Azərbaycan diktə edir - qardaş Türkiyə ilə siyasi-hərbi tandemdə.
Şübhə eləmirik, Paşinyanın növbəti Moskva səfəri bu reallığı daha qalıcı edəcək. Bu xüsusda ən önəmli məqam odur ki, Bakı və Moskva, fikrimizcə, son dəfə saat əqrəblərini tutuşdurmağa qərar verib.
Beləcə, ermənilərin “büllur” arzusu çilik-çilik olmaqdadır. Sülh müqaviləsi, deyəsən, uzaqda deyil...
Oxşar Xəbərlər
İlham Əliyevdən sonra Paşinyanla danışdı - DETALLAR
Paşinyanın arvadı Qarabağdan qaçdı
Putinlə Makron telefonla danışdı
MOSKVADA KEÇİRİLƏCƏK MÜHÜM QARABAĞ GÖRÜŞÜ
Xəbər lenti
Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının binasının tikintisi ilə tanışlıq -
FOTOLAR
Mehriban Əliyeva Zəngilandan paylaşım etdi -
FOTOLAR
“Şəfəq” yarımstansiyasının açılışı oldu -
FOTOLAR
Dəhşətli virus SÜRƏTLƏ YAYILIR -
Yeni yoluxmalar aşkarlandı
Quru sərhədlər bu məsələ bitdikdən sonra AÇILACAQ
İlham Əliyev və Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər -
FOTOLAR
DİN-in şəxsi heyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
SON DƏQİQƏ!
Azərbaycanda zəlzələ oldu
Bazar gününün HAVA PROQNOZU
Restorandan çıxarkən ov tüfəngi ilə vuruldu-
Zaqatalada hadisə
Bu vitaminləri ehtiyacınız olmadan qəbul etməyin -
XƏBƏRDARLIQ
25 yaşlı oğlan işlədiyi bağda öldü
İran öz neftini daşıyan tankerə hücum edib
Pendir əhvalı yaxşılaşdırır
Həftəsonu bu yollar bağlı olacaq
Mehriban Əliyeva Qələbə Günü ilə bağlı paylaşım etdi -
FOTO
“Yaralıdır, amma müharibəni idarə edir” -
Xamenei ilə bağlı yeni iddia
Bu gün faşizm üzərində qələbənin ildönümüdür
Bu şəxslər almadan uzaq durmalıdır —
Həkim
Ölkəmizdə hantavirusa yoluxma olub? —
RƏSMİ
Yaşıllıqlara 149 520 manat məbləğində ziyan dəyib
Ayan Babakişiyeva TANINMAZ HALDA -
FOTO
BU ŞƏXSLƏRƏ 2750 MANAT YARDIM ÖDƏNİLDİ
-Nazirlik məlumat yaydı
Heydər Əliyev- dünənimizi xilas, bugünümüzü və gələcəyimizi təyin edən lider.
Bu rayonlarda qaz olmayacaq
12 aprel imtahanlarının nəticələri AÇIQLANDI
Prezident bu qanuna dəyişiklik etdi
Rayonlara yağış və qar yağır
Prezidentdən prokurorluqla bağlı QƏRAR
Azərbaycan neftinin qiyməti ilə bağlı SON DƏQİQƏ XƏBƏRİ
Bu gün işdən 1 saat tez çıxacağıq
Azərbaycanlı qadınlar Türkiyə, BƏƏ və Pakistanda cinsi istismara məruz qalıblar
Pensiyalar bu tarixdə kartda olacaq —
RƏSMİ
Avtomobil 1-ci sinif şagirdini vurub öldürdü
Hamının axtardığı o üsul —
Saçlar günlərlə təmiz qalacaq
İran BƏƏ ərazisinə zərbələr endirir -
RƏSMİ
Dünyanın ən sağlam ədviyyatı seçildi — Zəncəfil deyil
Bu tarixdə qısa iş günü olacaq
Bakıdakı kirayə evlərlə bağlı
VACİB XƏBƏR
Ləğv edilən qurumların rəhbərləri kimdir? -
MARAQLI FAKTLAR
Akif İslamzadə xəstəxanaya yerləşdirildi
Baş nazir qazla bağlı yeni qərar imzaladı
İcra başçısı onu vəzifədən azad etdi -
FOTO
10 mayda başlayır -
RƏSMİ
Xaçmazda narkotiklə bağlı 2 nəfər saxlanıldı
Pezeşkiandan Müctəba Xamenei ilə bağlı SON DƏQİQƏ açıqlaması
Sızanaqları yox edən möcüzəvi su —
Dərini şüşə kimi parlaq edəcək
Azərbaycan kartofu rusiyalı fermerləri müflis etdi
Allergiyanı azaldan göyərti:
Azərbaycanda da yetişdirilir
Kredit götürmək istəyənlərin diqqətinə — Faizlər qalxa bilər
PRİZMA
SEPAH bütün gəmiləri Hörmüz boğazından İranın marşrutu ilə keçməyə çağırıb
MÜSAHİBƏ
1
2
3
4
5
6
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
Himnimizin müəllifi kimdir?
-MÜSAHİBƏ
TƏHLİL
ABŞ Senatında İran dilemması
-Müharibə, məsuliyyət və seçki riski
SOSİAL
1
2
3
4
5
6
Bazar gününün HAVA PROQNOZU
Bu vitaminləri ehtiyacınız olmadan qəbul etməyin -
XƏBƏRDARLIQ
Pendir əhvalı yaxşılaşdırır
Həftəsonu bu yollar bağlı olacaq
Bu şəxslər almadan uzaq durmalıdır —
Həkim
Ayan Babakişiyeva TANINMAZ HALDA -
FOTO