Neft həftəni fevral qiyməti ilə başa vurdu
Bu gün UFC Fight Night Baku keçiriləcək
Gürcüstan parlamentinin iclasında əlbəyaxa dava
-VİDEO
Azərbaycan nefti bir dollar bahalaşıb
Kadir İnanır vəfat etdi
“Mən kişi kimi qadınam” - Renka
SON DƏQİQƏ!
Nəriman Həsənzadə xəstəxanaya yerləşdirildi
Son beş ayda Azərbaycanda cəzaçəkmə müəssisələrində 31 nikah qeydə alınıb
“Narkotik asılılığı qarşısı alına və müalicə oluna bilən xəstəlikdir”
Zakir Həsənov Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunu təbrik edib
Bu günkü yürüşdən maraqlı anlar -
FOTOLAR
Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir
Əvvəlki
Sonrakı
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib
Dünən, 21:14
İlham Əliyev Sərdar Berdiməhəmmədovu Füzulidə qarşıladı
-FOTO
23-06-2026, 12:29
Bakının bəzi ərazilərində işıq kəsiləcək
23-06-2026, 00:52
İrandan sonra növbəti hədəfini açıqladı
16-06-2026, 09:32
Milli Qurtuluşdan tarixi zəfərə
15-06-2026, 11:07
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
İrana Zəngəzur dəhlizi ilə bağlı sadə izah: Söz sahibi Tehran yox, Bakıdır!
İran dövləti regionumuzda yaranmış yeni reallıqları qəbul etməməklə sabitliyin əleyhinə yönəlmiş yanlış siyasi təbliğatına hələ də davam edir. Görünür, regiondakı münaqişələrin başa çatması, kommunikasiyaların açılması, bir sözlə dinc həyat və sülhün inamla bərqərar olması İranın maraqlarına xidmət etmir. Əks halda heç bir arqumentlə İranın “mehriban qonşuluq”dan dəm vurduğu mühitdə bu cür təzadlı fikirlər səsləndirməsini və zidd mövqe nümayiş etdirməsini əsaslandırmaq mümkün deyil.
İran dövlətinin maraqlarını müdafiə edən mətbuat orqanları isə bu təzadlı mövqeyin nümayişində ön sıralarda dayanır. İran mətbuatı inadla Zəngəzur dəhlizinin yaradılmasının əleyhinə çıxışları tirajlamağa davam edir. Bu cür təxribat xarakterli yazılardan birində Zəngəzur dəhlizinin yaradılması ilə bağlı heç bir razılaşmanın olmadığı iddia edilir. Eyni yazıda 10 noyabr bəyanatına istinad olunsa da, ya riyakarlıq, ya da siyasi savadsızlıq onun düzgün təhlil olunmasının qarşısını alır. Beləliklə, İran informasiyanı təhrif etməklə özü üçün təhlükənin olması barədə süni imic formalaşdırmağa cəhd göstərir.
10 noyabr bəyanatında göstərilmiş həmin məqama diqqət edək:
“Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək”.
Regionda sülh və inkişaf üçün səy göstərən tərəflər məhz bu maddəyə istinad edərək Zəngəzur dəhlizi kimi tərəqqi yolunun açılmasını tələb edirlər. Lakin İran bu dəhlizi Ermənistan ərazisindən keçən tranzit yollarına təhlükə kimi qəbul edir, bütün region üçün daha əlverişli mühitin yaradılması təşəbbüslərinə sadəcə saxta qorxuları səbəbilə əngəl törətməyə çalışır.
Bəlkə də, İran dövləti Ermənistanla apardığı qanunsuz ticarət əməliyyatlarının, daşınmaların ifşasından qorxur. Çünki istənilən halda regionda kommunikasiyaların açılması, daha əvvəl mövcud olan yolların bağlanmasına səbəb ola bilməz. Yəni, İranın bununla bağlı qorxuları tamamilə əsassızdır və gizlində yatan başqa mətləbləri ört-basdır cəhdinin nəticəsi kimi qarşımıza çıxır.
Qarabağın işğalı illərində aparılan qanunsuz ticarət, İranın Azərbaycan ərazilərində müxtəlif təsərrüfat işləri aparması, qeyri-leqal yükdaşımalar və işğalçı üçün nəfəslik rolu oynamaq Tehranın nüfuzunu sarsan faktlar olaraq qalmaqdadır. Lakin İran bu gün əlinə düşən fürsətdən istifadə edib öz səhvlərini düzəltmək, həqiqətən mehriban qonşuluq siyasəti güdmək əvəzinə, özü üçün uydurma təhdid və təhlükələri ortaya atmaqla əsl niyyətini və iç üzünü ortaya qoyur.
İran Ermənistanla olan qanunsuz ticarətindən, narkotik vasitələrin gizli yollarla daşınmasından imtina edə bilmir. Beynəlxalq sanksiyaları da nəzərə alsaq, İran üçün narkotik biznesinin gəlirli bir sahə olduğunu söyləyə bilərik, ancaq istənilən halda regionda irəli sürülən təşəbbüslər İran dövləti üçün də leqal yollarla daha böyük gəlir və imkanlar vəd edir.
Bütün bunlardan imtina və Zəngəzur dəhlizini böyük təşviş fonunda inkar etmək İran üçün müsbət heç nə vəd edə bilməz. Çünki bəyanatda onsuz da “tərəflərin razılığı əsasında” ifadəsi mövcuddur. İran isə bu məsələdə tərəf olaraq iştirak etmir. Azərbaycan özünün və regionda sabitliyin tərəfdarı olan bütün qüvvələrin marağını təmin edən Zəngəzur dəhlizini açmaq üçün İranın razılığına ehtiyac duymur. Bu məsələdə İranın mövqeyinin öyrənilməsi təşəbbüsləri belə, rəsmi Bakının cənub qonşusuna etdiyi jestdən başqa bir şey deyil.
Bu gün isə İran tərəfi özünü ərköyün və şıltaq uşaq kimi aparmağa davam edir. İran var gücü ilə hay-şivən qopardığı istənilən məsələdə haqlı olduğunu düşünsə də, reallıq ortadadır. Azərbaycan dövlətinin yaratdığı yeni reallıqlar var və burada əsas söz sahibi də məhz rəsmi Bakıdır.
İran sadəcə yeni yaranmış reallıq və imkanlardan istifadə edərək, bütün regionla birgə inkişafa köklənməklə bu yanlış yoldan geri qayıda bilər. Zəngəzur dəhlizini inkar etməyə çalışarkən belə 10 noyabr bəyanatındakı yaradılacaq dəhlizin hüquqi əsasını təşkil edən bəndə istinad edəcək qədər sağlam düşüncə və siyasi səriştədən uzaq, siyasi savadı informasiyanı düzgün qəbul və şərh etməyə imkan verməyən mətbuata sahib İran bu minvalla onsuzda təcrid olunduğu dünyada daha ağır sınaqlarla üzləşə bilər.
Sonda İranda prosesləri şərh edənlərin və mövqe bildirənlərin potensialını ortaya qoyduğumuz və imkanlarını gördüyümüz üçün sadə dillə hər şeyin icmalını təqdim və izah edək:
Zəngəzur dəhlizinin hüquqi əsasını 10 noyabr bəyanatında İran tərəfinin yanlış təfsir etdiyi maddə təşkil edir. İran bu dəhlizin yaradılması prosesində söz sahibi deyil. Azərbaycan dövlətinin öz maraqlarını təmin etmək, regionda sülh və təhlükəsizlik naminə addımlar atması üçün İranın fikrinə və icazəsinə ehtiyacı yoxdur. İran sadəcə mehriban qonşu kimi bu işə can atmalı, ambisiyalarını bir kənara qoyub yeni reallıqları qəbul etməlidir…
Oxşar Xəbərlər
Fərid Şəfiyev: “İran Vətən müharibəsindən sonra özünü uduzmuş tərəf sayır”
“Zəngəzur dəhlizi Ermənistanı blokadadan çıxaracaq”
Zəngəzur dəhlizinin layihəsi hazırlanır - Dövlət Agentliyi
Naxçıvan nümayəndəsi ABŞ səfiri ilə Zəngəzur dəhlizinin açılmasını müzakirə edib
Xəbər lenti
Neft həftəni fevral qiyməti ilə başa vurdu
Bu gün UFC Fight Night Baku keçiriləcək
Nazirlikdən hava ilə bağlı əhaliyə MÜRACİƏT
Gürcüstan parlamentinin iclasında əlbəyaxa dava
-VİDEO
Xidmət rəisi “neqodnı” olan vətəndaşlara
- Çağırış etdi
Azərbaycan nefti bir dollar bahalaşıb
Bakının məşhur bazarı sökülür
-KİV
Kadir İnanır vəfat etdi
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib
KRIMDA KÜTLƏVİ "TƏMİZLƏMƏ" ƏMƏLİYYATI - Ukrayna eyni anda 38 strateji obyekti vurdu!
“Mən kişi kimi qadınam” - Renka
SON DƏQİQƏ!
Nəriman Həsənzadə xəstəxanaya yerləşdirildi
Son beş ayda Azərbaycanda cəzaçəkmə müəssisələrində 31 nikah qeydə alınıb
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
Sərhəd Məmmədov – Şərəfli ömrün 80 illik yubileyi
“Narkotik asılılığı qarşısı alına və müalicə oluna bilən xəstəlikdir”
Zakir Həsənov Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunu təbrik edib
Bu günkü yürüşdən maraqlı anlar -
FOTOLAR
Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir
AZAL təyyarə parkına ilk yeni nəsil “Airbus A321neo”nu əlavə etdi-
Fotolar
İlham Əliyevin qalibiyyət raportu Ali Baş Komandan Heydər Əliyevə verilirdi…
Telefonları da izləyəcəklər:
yol kameralarında yeni dövr başladı
Yağış yağacaq -
PROQNOZ
5 polkovnikə “general-mayor” ali hərbi rütbəsi verildi -
ADLAR
MN-in hərbi qulluqçuları təltif edildi -
SİYAHI
Hava ilə bağlı SON DƏQİQƏ xəbərdarlığı -
Sabahdan...
Bəylər Nəcəfov vəzifəsindən azad olundu
TƏBİB-dən əhaliyə VƏD -
İlin sonuna qədər xəstəxanalarda...
Bu dərmanlar ürək çatışmazlığına yol AÇIR
MTN generalı azadlığa çıxdı
Tramp Ankaraya Ərdoğan üçün xoş sürprizlə gedəcək
Bu gün Aşuradır
Bir gecə yuxusuz qalmaq nə ilə nəticələnir? —
Araşdırma
Xankəndi, Xocavənd, Şuşa, Cəbrayıl və Ağdərəyə növbəti köç karvanı yola salındı
Dünya bazarında neft bu qiymətə oldu
Sabah ölkədə qısa iş günü olacaq
KTMT-dən Cənubi Qafqazla bağlı XƏBƏRDARLIQ:
"Vəziyyət kəskinləşəcək"
Pensiya artımı ilə bağlı mühüm xəbər
Peyman Sadıqov Nigar Fərhadın qurucusu olduğu AID GROUP-dan ayrıldı
Bakıda dəhşətli qəza:
Ölən var
Bu yolda hərəkət məhdudlaşdırıldı
SON DƏQİQƏ!
Azərbaycan neftinin qiyməti ilə bağlı VACİB XƏBƏR
Eldar Namazov:
“Türk dünyası renessans yaşayır”
İlham Əliyev konfrans iştirakçılarına müraciət ünvanladı
ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 132 milyard dolları ötüb
Əli Əsədov sərəncam imzaladı
Dənizdə batanlar qohumdurlar, biri evli, üçü subaydır
Polad Bülbüloğlu atasının Şuşadakı ev-muzeyində -
Fotolar
Daşaltı kəndinin fonunda
Fotolar
1200 abonentin qazı kəsiləcək
PRİZMA
Sərhəd Məmmədov – Şərəfli ömrün 80 illik yubileyi
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 132 milyard dolları ötüb
SOSİAL
1
2
3
4
5
6
Nazirlikdən hava ilə bağlı əhaliyə MÜRACİƏT
Xidmət rəisi “neqodnı” olan vətəndaşlara
- Çağırış etdi
Bakının məşhur bazarı sökülür
-KİV
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
Yağış yağacaq -
PROQNOZ
Hava ilə bağlı SON DƏQİQƏ xəbərdarlığı -
Sabahdan...